Azərbaycan cəmiyyətində baş verən bütün proseslərdə YAP Gənclər Birliyi yaxından iştirak edir
01.02.2011 [10:51]
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq, Azərbaycan sürətlə inkişaf etməkdədir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi çərçivəsində paytaxtla yanaşı, ölkəmizin regionlarının inkişafı daha böyük vüsət alıb. Hər bir regionun təyinatına uyğun olaraq, rayonların inkişafını təmin edən sosial-iqtisadi planlar işlənib hazırlanır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində artıq Azərbaycanın bölgələri də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etmək imkanına malikdir. Hazırda bütün bölgələrimizin, o cümlədən, Qəbələ rayonunun da inkişafı intensiv xarakter alıb. ölkəmizin gözəl guşəsi olan, qədim tarixə malik Qəbələ bu gün özünün çiçəklənən dövrünü yaşayır. Yanvarın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin III konfransının Qəbələ şəhərində keçirilməsi də təsadüfi deyil. Bu tədbir nəticəsində gənclərimiz ölkəmizin regionlarının inkişafının bir daha şahidi olublar.
Konfrans iştirakçıları tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra konfrans iştirakçıları Qəbələ şəhər 2 saylı orta məktəbdə də olublar.
Konfransda YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, İcra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov, YAP İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkilləri Fəttah Heydərov, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Ceyhun Osmanlı və Rauf Əliyev iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransın gündəliyi haqqında məlumat verilib. Gündəlikdə YAP-ın Gənclər Birliyinin II və III konfransları arasında olan dövrün hesabatı və təşkilatı məsələlər yer alıb.
Konfransda hesabat məruzəsi ilə Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edib. O, öncə 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün Azərbaycan gəncliyini təbrik edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan ətraflı danışıb. Məruzədə Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar qeyd edilib və göstərilib ki, Azərbaycanda əldə edilən uğurlar gənclərimizin də ictimai - siyasi həyatda iştirakına böyük təsir göstərib. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladığı fərman və sərancamların əhəmiyyəti və onların həyata keçirilməsi sayəsində gənclərin dövlət idarəçiliyində iştiraklarının genişlənməsi istiqamətində ciddi irəliləyişə nail olunduğu xüsusi qeyd edilib. Hesabat məruzəsində YAP Gənclər Birliyinin ötən dövrdə həyata keçirdiyi tədbirlər və əldə edilən uğurlar barədə geniş məlumat verilib. “YAP 520 mindən çox insanı ətrafına birləşdirib. Belə partiyada təmsil olunmaq şərəfli və məsuliyyətlidir”, deyən S.Quliyeva partiyanın Gənclər Birliyi Şurasının və İdarə Heyətinin iclaslarında müxtəlif məsələlərin müzakirə olunduğunu və ötən illərdə YAP Gənclər Birliyinin fəaliyyətinin yüksələn xətt üzrə inkişaf etdiyini, bir sıra ölkələrin gənclər təşkilatları ilə əlaqələrin qurulduğunu bildirib. Qeyd olunub ki, hazırda YAP üzvlərinin 39.9 faizini gənclər təşkil edir və Azərbaycan cəmiyyətinin həyatı ilə bağlı bütün məsələlərdə YAP Gənclər Birliyi yaxından iştirak edir.
Daha sonra hesabat ətrafında çıxışlar dinlənilib.
çıxış edən TürkPA-nın baş katibi (YAP GB-nin sabiq sədri) Ramil Həsənov əldə etdiyi bütün uğurlarda YAP-ın böyük rolunun olduğunu qeyd edib. O, buna görə YAP rəhbərliyinə minnətdarlığını bildirib. “YAP-da cəmiyyətimizin aparıcı gənc qüvvəsi təmsil olunur”, - deyə o, vurğulayıb. Diplomatik işə keçməsi ilə əlaqədar, sədrlikdən getdiyini qeyd edən Ramil Həsənov YAP Gənclər Birliyinə rəhbərlik etdiyi illərdə YAP rəhbərliyinin, Milli Məclisin deputatlarının, nazirliklərin yaxından köməklik və dəstək göstərdiyini deyib. O, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədova TürkPA-nın mükafatını təqdim edib.
Naxçıvan Dövlət Universitetinin magistri Nargilə Əsədova çıxışında Azərbaycan dövlətinin gənclərə diqqət və qayğı göstərdiyini vurğulayıb: “Biz dövlətimizin qayğısını hər zaman hiss edirik”.
YAP GB-nin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Seymur Orucov ölkə gənclərinin yüksək intellektual potensiala malik olduğunu vurğulayıb: “Bu gün gənclərimiz yüksək bilik qazanır və öz biliklərini dövlətimizin inkişafına yönəldirlər”.
YAP Gənclər Birliyi Gəncə şəhər təşkilatının sədri Ramin İbrahimov isə çıxışında deyib ki, YAP gənclərimizin bilik və bacarıqlarının nümayiş etdirilməsində hərtərəfli dəstək verir.
YAP Gənclər Birliyi Göyçay rayon təşkilatının sədri Aytən Nəbiyeva gənclərin siyasi proseslərin önündə getdiyini deyib: “YAP gənclərin siyasi fəaliyyətinə də geniş imkanlar yaradıb”.
YAP GB-nin Ağdam rayon təşkilatının sədri Amil Cavadov çıxışında bildirib ki, YAP inkişaf və tərəqqi partiyasıdır: “Partiyamız hər bir gəncin fikrinə diqqətlə yanaşır. Ona görə də, hər bir sağlam düşüncəli gənc YAP-ın sıralarında cəmləşib”.
Konfransda qonaq kimi iştirak edən “Eurovision” mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. O, YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilat ölkə gəncləri arasında böyük nüfuz qazanıb. S.Əlizadə çıxışı zamanı YAP rəhbərliyinə partiya sıralarına üzv olmaq haqqında müraciət edib: “YAP cəmiyyətin aparıcı siyasi qüvvəsidir. ölkəmizin inkişafında bu partiyanın xüsusi rolu var. Mən də belə bir partiyanın üzvü olmaq istəyimi buradan bildirirəm”.
Tədbirdə digər çıxışçılar da YAP Gənclər Birliyinin II konfransından ötən dövr ərzində görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə fikir və mülahizələrini bildiriblər.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, təhsil naziri Misir Mərdanov isə bildirib ki, Azərbaycanda gənclər siyasəti sahəsində çox böyük uğurlar əldə edilib: “Azərbaycanda 20 il ərzində çox ölkələrin 100 ildə görə bilmədiyi işlər görülüb. Gənclərə üz tutub deyirəm ki, ümummilli lider Heydər Əliyevi heç zaman unutmaq olmaz, Onu hər zaman anmalıyıq. Biz bu uğurlara Ulu öndərin yuxusuz gecələrinin, əməyinin sayəsində nail olmuşuq”.
O, YAP-ın 200 mindən çox gənc üzvü olduğunu bildirərək bu gənclərin gücü ilə hər sahədə əhəmiyyətli uğurlar əldə etməyin mümkünlüyünü qeyd edib.
Təhsil naziri YAP-ın rəhbərliyində, İdarə Heyətində sağlam və işgüzar mühitin olduğunu vurğulayıb. O, gəncləri bütün sahələrdə dəstəklədiklərini və onlara köməklik göstərdiklərini bildirib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova da çıxışında 2 Fevral - Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib və yeni seçiləcək heyətə uğurlar arzulayıb: “İnanıram ki, yeni heyət də üzərinə düşən vəzifələri uğurla yerinə yetirəcək”.
O, YAP-ın gördüyü işlərdən, uğurlarından da ətraflı söz açıb.
Konfransda çıxış edən YAP İdarə Heyətinin üzvü, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamların əhəmiyyətini qeyd edib. “Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atan və cəmiyyətin ən mütərəqqi qüvvəsi olan YAP öz ətrafında ziyalı təbəqəsini birləşdirir” - deyə, Əli Həsənov vurğulayıb.
MM-in deputatı Fəttah Heydərov çıxış edərək, konfransın uğurla keçdiyini, Azərbaycan gəncliyinin gələcəyinin parlaq olduğunu bildirib. Millət vəkili Azərbaycan gəncliyinin Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yüksəldiyini vurğulayıb.
Konfransda çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu tədbirin YAP Gənclər Birliyinin, tədbirdə iştirak edən hər bir gəncin həyatında əlamətdar hadisə olduğunu deyib. O, qeyd edib ki, YAP Gənclər Birliyinin III konfransının Qəbələdə keçirilməsi təsadüfi deyil: “Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində təkcə paytaxt Bakı deyil, bütün bölgələrimiz də sürətlə inkişaf etməkdədir. Azərbaycanın bu gözəl guşəsinin inkişafına da bu gün hər birimiz şahidik. Bölgələrimizin inkişafı region gənclərinin də fəallığının artmasına özünün müsbət təsirini göstərir. Bu fakt həmçinin, onu sübut edir ki, gənclərimiz Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. ümumiyyətlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində müstəqil dövlətimiz daha da güclənməkdədir. Bu gün Azərbaycan dinamik inkişaf edir, ölkəmizin beynəlxalq müstəvidə mövqeləri güclənir, əhalinin rifahı daha da yüksəlir, o cümlədən, gənclər dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Bir sözlə, ölkəmizdə bütün sahələr üzrə inkişaf böyük vüsət alıb. Bütün bunlara görə, sizin adınızdan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.
Əli Əhmədov, YAP Gənclər Birliyinin üzvlərinin ölkəmizin inkişafı üçün hər cür fədarkarlığa, qəhrəmanlığa hazır olduqlarını qeyd edib: “Siz bunu işinizlə, əməlinizlə sübut etmisiniz. Buna heç bir şübhə yoxdur”.
YAP-ın Sədr müavini ölkədə inkişaf edən yaxşı nə varsa, hamısının gənclər üçün olduğunu dilə gətirib: “çünki bu millətin gələcəyi sizsiniz. Gənclər onlar üçün həyata keçirilən işlərdə yaxından iştirak edirlər. O gələcək ki, onlardan ötrü yaradılır, onlar da bu işlərdə yaxından iştirak etməlidirlər”.
Ə.Əhmədov YAP Gənclər Birliyinin gənclərinə güvəndiyini, onların Vətən sevgisinə inandığını bildirib. O, YAP-ın gənclərinin onlara inananlara buna layiq olduqlarını sübut edəcəklərini qeyd edib.
“Yeni seçiləcək idarə heyətinə seçilməyə sizin hər birinizin haqqı var. İnanıram ki, IV konfransda daha böyük uğurlardan, parlamış gənc siyasətçilərdən danışa biləcəyik. YAP elə bir siyasi meydandır ki, layiqli Azərbaycan gəncləri özlərini orada kifayət qədər göstərə biliblər və göstərə biləcəklər. Sizin xəyallarınız bu partiya vasitəsi ilə reallaşacaq”, - deyə o əlavə edib.
Konfransda daha sonra təşkilati məsələlər müzakirə edilib.
YAP Gənclər Birliyinin 58 nəfərdən ibarət Şurası və 17 nəfər tərkibdə İdarə heyəti seçilib. Azərbaycan İqtisad Universitetinin prorektoru Seymur Orucov YAP Gənclər Birliyinin sədri seçilib. Azərbaycan Texniki Universitetinin Həmkarlar təşkilatının sədri Samirə Quliyeva, YAP Mərkəzi Aparatının referenti Aytac Əliyeva, “İROM” MMC-nin direktoru Emil Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramin Məmmədov, Azərbaycan Dillər Universitetinin magistri Aygün Allahverdiyeva YAP GB-nın sədr müavinləri seçilib.
Qeyd edək ki, konfransda respublika üzrə 84 rayon (şəhər) təşkilatından 152 nümayəndə iştirak edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24

