Növbə ABŞ-a çatdı...
08.10.2022 [11:14]
Bu dəfə “ittihamçı” rolunda Ağ Ev çıxış edir
Bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsinin daha təhlükəli mərhələyə - nüvə mərhələsinə keçib-keçməyəcəyi hər kəsi düşündürür. Tərəflərin son dövrlərdə “atom ritorikası”na üstünlük verməsi isə bu təhdidi daha da artırır.
Maraqlıdır ki, tərəflər nüvə ritorikasının intensivləşməsinin günahını da bir-birində görür. Məsələn, Rusiya prezidenti Putin sentyabrın 21-də xalqa müraciəti zamanı bildirmişdi ki, ölkəsinə və xalqına ediləcək hücumlara daha ağır şəkildə cavab veriləcək. Prezident Putin bəzi Qərb siyasətçilərinin Rusiyaya qarşı ən təhlükəli silahlardan istifadə ilə bağlı təhrikedici çıxışlarını misal gətirmişdi.
Bu dəfə isə növbə ABŞ-a “çatıb”. Demokratlar Partiyasının Nyu-Yorkda keçirilən ianə gecəsində çıxış edən prezident Cozef Bayden Rusiya prezidentinin nüvə təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq edib. Bayden xəbərdarlıq edib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “armageddon”la (qiyamət savaşı) üzləşə bilər. ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir: “Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik”.
Maraqlıdır ki, Ağ Ev rəhbəri Moskvanın nüvə hücumuna hazırlaşdığına dair heç bir fakt olmadığını da açıqlayıb. Bununla belə, Bayden bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyir: “Mən düşünmürəm ki, taktiki nüvə silahından istifadə etmək və müharibə ilə nəticələnməmək kimi bir şey var. Putin taktiki nüvə silahlarından, bioloji və kimyəvi silahlardan istifadə haqqında danışarkən “blef etmədiyini” vurğuladı. Çünki onun ordusu qeyri-adi dərəcədə zəif performans göstərir”.
Bəli, Ağ Ev axır ki, etiraf etdi ki, Rusiyanın nüvə hücumuna hazırlaşdığı ilə bağlı işarə görmür. Demək ki, nüvə ritorikası eynilə İraq müharibəsi zamanı baş verənlərin analogiyasına çevrilə bilər. Həmin dövrdə də İraqı nüvə istehsalında “günahlandıran” koalisiya qüvvələri sonradan bu ölkədə nüvənin işartısını belə tapmamışdı, nəticədə üzr istəmişdi. İndiki halda da, bəzi məqamlarda müharibəni neytral şəkildə izləyəcəyini deyən, bəzi məqamlarda Ukraynaya silah-sursat təchizində köməklik göstərən rəsmi Vaşinqtonun gələcək planları qeyri-müəyyəndir - NATO-nun Rusiyaya müdaxiləsi üçün fürsət axtardığını aşkar şəkildə ortaya qoyan Ağ Ev atom məsə ləsindən də öz maraqları üçün istifadə etməyə çalışır. Çünki Bayden öz nitqində bildirib ki, onlar Putinə qarşı çıxış yolu tapmağa çalışırlar. ABŞ, NATO və Aİ-nin ən böyük qorxularından biri Ukraynanın əks-hücumunu dayandırmaq üçün Rusiyanın qısamənzilli “taktiki” nüvə silahından istifadə etməsi və Kiyevi danışıqlara getməyə və ərazilərdən imtina etməyə məcbur etməsidir.
Rəsmi Moskva isə prosesləri tam ciddiyyətlə izləyir. Lend-Lizin imzalanmasından sonra Ukraynanı hərbi yardımları ilə stimullaşdıran ABŞ Kiyevə maliyyə axınını dayandırmır. ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı Ukraynaya əlavə 625 milyon dollar hərbi yardım edəcəyini açıqlayıb. Kreml isə əlavə hərbi yardım göndərilməsi qərarının “Rusiya ilə Qərb arasında birbaşa münaqişə təhlükəsini” artıracağı ilə bağlı xəbərdarlıq edib. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Ukraynadakı müharibəyə müdaxilə edərsə, Vaşinqtonu münaqişə tərəfi kimi qiymətləndirəcəyik: “Ukrayna kütləvi qırğın silahlarından istifadə ilə bağlı risklər yaradır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə bağlı qabaqlayıcı tədbir görmək haqqında açıqlaması göstərir. ABŞ və müttəfiqləri Ukraynanı silahlandırmaqla beynəlxalq gərginliyin artmasına görə məsuliyyəti də öz üzərinə götürür”.
Təbii ki, bütün hallarda münaqişənin gedişi heç də pozitiv proqnozlar vəd etmir. Ən azından Zaporojye AES-lə bağlı təhlükələr hələ də mövcuddur. Tərəflərin bir-birini sabotaj etməsi üçün stansiyanın raketlə vurulmayacağını da istisna etmək mümkün deyil. Bu isə, yenə də nüvə təhlükəsi məsələsini aktuallaşdırır. Görünən budur ki, problemdən çıxış yolu yalnız birdir - Türkiyə prezidentinin təklif etdiyi kimi, silahdan imtina və danışıqlar masasında müzakirələrə getmək. Deyəsən, bu təklif də reallaşmayacaq. Çünki bu, hansısa qüvvələrin “planlarına” ziddir. Bu səbəbdən də iki ölkənin daha a ğır imtahanlar verməsinə şərait yaradılır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08

