16 oktyabr 1992-ci il... “91-lər”in müraciəti
15.10.2022 [10:32]
Heydər Əliyev bu müraciətə bir neçə gündən sonra müsbət cavab verdi
Nardar BAYRAMLI
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu il noyabrın 21-də YAP-ın yaradılmasının 30-cu ildönümü tamam olur. Partiyanın yaranma tarixi, o dövrdə baş verən proseslər, məşhur “91-lər”in ulu öndər Heydər Əliyevə müraciəti müstəqilliyimizin ilk illərinin ən yaddaqalan hadisələri sırasındadır. Sabah həmin müraciətin edilməsinin 30 ili tamam olacaq.
Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı
Həmin 91 ziyalıdan biri, YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Sudeif İmamverdiyevlə söhbətimizdə o dövrə qısa ekskurs etdik. 1990-cı illərin əvvəlində respublikada vəziyyətin olduqca ağır olduğunu deyən S.İmamverdiyev bildirdi ki, o dövrdə Azərbaycanda ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular. Onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, vətənin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası mənəvi cəhətdən sarsılmışdı. “Beləliklə, hakimiyyətə qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha da sürətləndi. Çox qısa zamanda xalq AXC-Müsavat hakimiyyətinin idarəçiliyi bacarmadığının şahidi oldu. Bu hakimiyyətin faciəsi onda idi ki, bacarıqlı, peşəkar insanları da vəzifədən kənarlaşdırırdı. Beləliklə, o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı”, - deyən həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma o zamankı hakimiyyət ümummilli lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə ona qarşı əsassız mübarizə aparırdılar. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdilər. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi. Amma hakimiyyət hər vəchlə buna mane olurdu. Yaş senzini ortaya atmışdılar ki, Heydər Əliyev seçkilərdə iştirak edə bilməsin.
“91-lər” çox mühüm missiyanı həyata keçirdi
“Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı 16 oktyabr 1992-ci ildə “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət etdi. “91-lər”-in fəaliyyəti kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilir, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında Vətən əldən gedirdi. Belə bir şəraitdə 91 ziyalı Heydər Əliyevə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib vətəni xilas etmək idi. Bütün Azərbaycan xalqı görürdü ki, Heydər Əliyev Naxçıvanı məhv olmaqdan xilas etdi. Blokada şəraitində olan bir bölgədə insanlarla Heydər Əliyevin birliyi bütün çətinliklərə sinə gərdi. Bütövlükdə bütün xalqımız Heydər Əliyevi çox sevirdi. Çünki Ulu Öndərimiz bütün həyatı boyu xalqına şərəflə xidmət etmişdi. Beləliklə, o dövrdə “91-lər” çox mühüm missiyanı həyata keçirdi. Fəxr edirəm ki, həmin müraciətdə mənim də imzam var. Bu fəaliyyətə qoşulmuş və sona qədər bu ideyaya sadiq qalan insanlara böyük hörmət bəsləyirəm. Çünki çox fədakarlıq göstərdilər”, - deyə S.İmamverdiyev vurğulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması prosesindən danışan həmsöhbətimiz deyib ki, Ulu Öndər “91-lər”in müraciətinə bir neçə gündən sonra müsbət cavab verdi və partiyanın yaradılması istiqamətində hazırlıq işləri başladı. Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də, partiya işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxular edirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda ulu öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi qorudu və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi. Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyev partiyanın Sədri seçildi, eləcə də YAP-ın Proqram və Nizamnaməsi qəbul olundu, partiyanın rəhbər orqanları formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı.
YAP cənab İlham Əliyevin liderliyi ilə yeni nailiyyətlər qazanacaq
“Artıq partiyamız özünün 30 illik yubileyi ərəfəsindədir. Bu dövr ərzində partiyamız böyük inkişaf yolu keçib. YAP öz ətrafında Heydər Əliyev ideyalarına bağlı olan yüz minlərlə insanı birləşdirib. YAP-ın veteran üzvü olaraq qürur duyuram ki, bu gün partiyamız öz sıralarında 760 mindən çox insanı birləşdirir. Partiyamıza intellektual gənclərin axını artır, cəmiyyətin həyatında fəal iştirak edən qadınlar da YAP-ın sıralarına qoşulurlar. Partiyamızın Sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, xalqımızın qüruru özünə qayıtdı. Bundan sonra müstəqil ölkəmiz daha da çiçəklənməyə başlayıb”, - deyən həmsöhbətimizin sözlərinə görə, yeni mərhələdə baş verən proseslər partiyamızın həyatına da müsbət təsir göstərir. Bu baxımdan YAP-ın VII Qurultayının keçirilməsi və qurultayda qəbul olunan qərarlar partiyanın həyatında yeni bir mərhələnin əsasını qoydu. Partiyanın veteranı inanır ki, Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin liderliyi ilə gələcəkdə də yeni nailiyyətlər qazanacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30

