Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Orta aylıq əməkhaqqı və əhalinin gəlirləri artmaqda davam edir

Orta aylıq əməkhaqqı və əhalinin gəlirləri artmaqda davam edir

16.02.2011 [14:00]

Prezident İlham Əliyev: Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar
Azərbaycan iqtisadiyyatının sürətli inkişafı əhalinin gəlirlərinin artmasında da mühüm rol oynamaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına impuls verib. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.
ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son 7 ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və bu tendensiya daha çox minimum əməkhaqqının artım dinamikasında hiss olunur. Belə ki, 2004-2010-cu illər ərzində ümumi daxili məhsul (üDM) təxminən 3,2 dəfə, dövlət büdcəsinin gəlirləri 5 dəfə, orta aylıq əməkhaqqı 3,5 dəfə artıb, minimum əməkhaqqının artım tempi isə 6,5 dəfədən çox olub. Göründüyü kimi sosial siyasətin uğurla həyata keçirilməsi insanların aylıq gəlirlərinin, əməkhaqlarının artmasına öz mühüm təsirlərini göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşların illik gəlirlərində hər il 15 faizə yaxın artım qeydə alınır.
Prezident İlham Əliyev bildirib ki, hökumət həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib: “Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılmışdır, amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq”.
ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib. Sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən olacaq.
2011-ci ilə və qarşıdakı illərə dair sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək. ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaq. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığı və nəzərdə tutulan digər hədəflərə tam çatmağa imkan verəcək. Bu illər ərzində Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaq. Minimum əməkhaqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaq. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.
ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 913 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30