/ / Mətyu Brayzə: Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir
Mətyu Brayzə: Prezident Obamanın məni səfir postuna təyin etməsi onun ABŞ-Azərbaycan əlaqələrinə böyük önəm verdiyini göstərir
18.02.2011 [10:54]
ABŞ diplomatı deyib ki, Prezident Obamanın təlimatlarına əsasən iki ölkə arasında əməkdaşlığın və tərəfdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edəcək.
Brayzə vurğulayıb ki, ABŞ-la Azərbaycanı yaxınlaşdıran bir sıra çox geniş və dərin strateji maraqlar var. Bundan əvvəl də mən söyləmişdim ki, təhlükəsizlik, enerji və daxili islahatlar ölkələrimizin ortaq maraqlarıdır.
Səfir əlavə edib ki, heç bir məsələ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar və sülh yolu ilə nizamlanması üçün Minsk qrupuna yardım göstərməkdən vacib deyildir.
Mən ATƏT-in Minsk qrupunun, o cümlədən, ABŞ-dan olan həmsədr, səfir Robert Bradtkenin səylərini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Məqsədimiz münaqişənin ədalətli və uzunmüddətli həlli üçün tərəflərə yardım göstərməkdir. Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, danışıqlar vasitəsilə nizamlanması bütün region üçün yaxşı olacaq. Bu, regionda sülh və əmin-amanlığı gücləndirəcək və bölgənin strateji əhəmiyyətini daha da artıracaq.
Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rola toxunan səfir deyib ki, ABŞ hökuməti terrorizmlə mübarizədə davam edən əməkdaşlığına, xüsusilə Əfqanıstanda sülh yaradılması işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirir.
Enerji sahəsində əməkdaşlıq məsələlərindən danışan səfir bildirib ki, ölkələr və şirkətlər Cənub dəhlizi ilə bağlı danışıqlar prosesində ciddi mərhələyə qədəm qoyublar. O deyib ki, bu layihə Azərbaycanı Avropaya daha dərindən bağlayacaq və Avropaya isə təbii qaz təchizatını şaxələndirməyə imkan verəcək. ABŞ hökuməti bu layihəyə dəstək verməkdə maraqlıdır.
Diplomat Azərbaycanda davam edən demokratiya və bazar iqtisadiyyatı ilə bağlı islahatları yüksək qiymətləndirib. O, deyib ki, Birləşmiş Ştatlar Azərbaycanda son zamanlar korrupsiya əleyhinə olan təşəbbüsləri alqışlayır.
Sonda səfir Mətyu Brayzə jurnalistlərin suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

