Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Azərbaycanda əcnəbilər üçün heç bir təhlükə yoxdur

Əli Həsənov: Azərbaycanda əcnəbilər üçün heç bir təhlükə yoxdur

18.02.2011 [10:55]

“Azərbaycanda nəinki hansısa səfirliyin əməkdaşı üçün, bütövlükdə respublikada yaşayan əcnəbilər üçün heç bir təhlükə yoxdur”. Bunu Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. “Azərbaycan dövlətinin ictimai-siyasi həyatı, kriminogen vəziyyəti tam sabitdir, dövlətin nəzarəti altındadır. Ancaq hər bir səfirliyin, hər bir ölkənin təhlükəsizliklə bağlı öz meyarları var, onlar da öz meyarlarına əsaslanaraq vətəndaşlarını bu və ya digər hallardan xəbərdar etmək hüququna malikdirlər”, - deyə Əli Həsənov bildirib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti, Böyük Britaniya və İsrail Xarici İşlər nazirlikləri öz vətəndaşlarına ünvanladıqları xəbərdarlıq müraciətlərində onları Azərbaycanda ictimai yerlərdə ayıq-sayıq olmağa, öz şəxsi təhlükəsizlikləri ilə bağlı sayıqlıq nümayiş etdirməyə çağırıb.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30