Ermənistan yeni “missiya” axtarışına çıxıb
20.10.2022 [11:09]
İrəvan Aİ-nin ardınca ATƏT-ə də müraciət göndərib
Avropa İttifaqının (Aİ) ardınca ATƏT də Ermənistana müşahidəçi missiyası göndərə bilər. Belə ki, Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.
Bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. Mirzoyanın sözlərinə görə, hazırda Ermənistan - Azərbaycan sərhədinə ATƏT-dən müşahidəçilərin göndərilməsinin mümkünlüyü müzakirə olunur. Onların Ermənistan ərazisində yerləşdirilməsi planlaşdırılır. “Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik”, - deyə erməni nazir bildirib.
Maraqlıdır ki, 28 ildən artıq Ermənistan ilə Azərbaycan arasındakı keçmiş münaqişənin tənzimlənməsinə “vasitəçilik edən” ATƏT heç bir müsbət fəaliyyəti ilə yadda qalmamışdı. Astanada MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da Prezident İlham Əliyev bildirdi ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir: “İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi”.
Artıq münaqişə həll olunub, Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib. Belə olan təqdirdə, Ermənistanın ATƏT-in müşahidə missiyasını öz ölkəsinə dəvət etməklə tarixin arxivinə yollanan bir qurumu dirçəltmək cəhdləri başadüşülən deyil. İkinci bir tərəfdən, Aİ missiyasının ardınca ATƏT missiyasına da “dəvət” göndərən Ermənistan bununla nə etmək istəyir? Rəsmi İrəvanın “missiya axtarışları”nın arxasında hansı məqsədlər dayanır? Maraqlıdır ki, Ermənistan üzvü olduğu, hətta sədrlik etdiyi KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi və fəaliyyəti üçün bu qədər “can yandırmır”. Demək ki, Ermənistana müşahidə missiyası və ya müşahidəçi lazım deyil. Rəsmi İrəvan açıq bazarda özünə dəstək alverinə çıxıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Ermənistan tərəfi bu missiyaları öz ölkəsinə yığmaqla Azərbaycana təzyiq göstərmək istəyir. Bu, bəlli bir məsələdir: “Son açıqlamalarında Ermənistan rəsmiləri açıq şəkildə bildirirlər ki, Aİ missiyasının əsas məqsədi Azərbaycanın guya Ermənistana olan “təcavüzünü” dayandırmaq, bu “faktı” təsdiqləməkdir. Onlar hətta Azərbaycanın bu yöndə atılacaq “növbəti addımlarının” qarşısını almaq üçün bu missiyalara müraciət etdiklərini bildirirlər. Aydın məsələdir ki, bu missiyalar Ermənistanın əlində vasitəyə çevriləcəksə, ortaya konstruktiv yanaşma qoyulmayacaqsa, Azərbaycan buna qarşı çıxacaq. Avropa İttifaqının mülki missiyasından əlavə digər beynəlxalq təsisatların da missiyalarının İrəvana dəvət edilməsi ilə onlar təzyiqlərin hərtərəfli xarakter daşıya biləcəyini nümayiş etdirmək istəyir. Onlar bu yolla Azərbaycanı öz siyasətindən çəkindirməyə cəhd edəcəklər. Digər tərəfdən isə, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Brüssel sülh danışıqlarında Azərbaycanın təklənməsini istəyirlər. Yəni, Aİ ilə Ermənistan Azərbaycana təzyiqlər göstərə biləcəyini düşünür. Fikrimcə, onların düşüncəsi bundan ibarətdir”.
İ.Vəlizadə bildirib ki, Ermənistanın indiki halda müşahidə missiyası üçün ATƏT-ə üz tutmasının da səbəbləri bəllidir. Onlar bu yolla ATƏT-in Minsk Qrupunu dirçəltmək istəyirlər. “Bu müraciətin əsas məqsədi ondan ibarətdir ki, Ermənistan ATƏT-in əli ilə öz yarımçıq qalan planlarını həyata keçirməyə niyyətlənib. Vaxtilə ATƏT-in Minsk qrupu vasitəsilə münaqişə dondurulmuşdu. 2020-ci ildə 44 günlük müharibə nəticəsində münaqişə bitdi, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Artıq sülhün imzalanması prosesi gedir. Çox güman ki, Ermənistan tərəfi hazırki vəziyyəti qeyri-müəyyən halda saxlamaq, dondurmaq üçün ATƏT-dən kömək umur. Çünki ATƏT-in funksionallığı burada daha çox görünür. O baxımdan ki, həm Ermənistan, həm də Azərbaycan ATƏT-in üzvləridir. Düşünürlər ki, ATƏT missiyasının fəaliyyəti Azərbaycana təsir edə bilər. Amma bunların hamısı siyasi oyunlardır və nəticə verməyəcək. Nə Ermənistan öz məqsədlərinə nail ola bilər, nə də ATƏT burada hər hansı bir rol oynaya bilər”, - deyən politoloqun fikrincə, Ermənistanın müşahidə missiyası üçün üzvü olduğu KTMT-yə yox, ATƏT-ə üz tutmasının da səbəbləri var. Ermənistan anlayır ki, KTMT-nin əli ilə Azərbaycana təzyiq göstərə bilməyəcək: “KTMT üzvləri Ermənistana açıq şəkildə başa salıblar ki, hər hansı bir anti-Azərbaycan kampaniyasında iştirak etməyəcəklər, daha çox neytral mövqedə dayanacaqlar. Neytrallıq isə Ermənistana lazım deyil. Ermənistana vasitə lazımdır. Ona görə də KTMT ilə bu yöndə əvvəllər danışıqlar aparılsa da, bu danışıqlar formal xarakter daşıyıb”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

