Ermənistanın himayəçisi rolunda...
22.10.2022 [10:10]
Bu dəfə Fransa səfiri çıxış edir
Mübariz FEYİZLİ
Yaxşı deyiblər ki, danış, görüm, sən kimsən. Fransanın Azərbaycandakı səfiri Zaxari Qros da bu günlərdə təmsil etdiyi ölkənin prezidenti Emmanuel Makronun müdafiəsinə qalxaraq öz fikirlərini ifadə edib və bununla da kimliyini ortaya qoyub. Daha dəqiq desək, kimin dəyirmanına su tökdüyünü açıq-aşkar büruzə verib. İlk baxışda Zaxari Qrosun Fransa prezidentinin müdafiəsinə qalxmasında qeyri-adi heç nə yoxdur. O, Fransa prezidentinin imicinin Azərbaycan cəmiyyətində yerə sərilməsi ilə barışmır və palçığa bulaşmış bu imici təmizləmək, bərpa etmək istəyir. Ancaq məsələ burasındadır ki, cənab səfir qaş düzəltdiyi yerdə vurub göz çıxarır. Belə ki, “Praqa ruhu”ndan bəhs edən Zaxari Qros, əslində, elə Emmanuel Makronun ermənipərəst ruhunu ortaya qoyur və bununla da özünü və təmsil etdiyi ölkəni yenidən qınaq obyektinə çevirir.
Nə baş verib? Fransa səfiri hansı “Praqa ruhu”ndan danışır? Söhbət bir qədər bundan əvvəl Çex Respublikasının paytaxtı Praqada keçirilən Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Fransanın Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla dördtərəfli formatda baş tutan görüşündən gedir. Əslində, bundan əvvəl Brüsseldə Fransa prezidentinin iştirakı olmadan bir neçə üçtərəfli görüş baş tutmuşdu. Elə Praqada da eyni formatda görüşə Emmanuel Makronun qatılacağı gözlənilmirdi. Görünür, o, özünü “sülh göyərçini” qiyafəsində təqdim etməyə çox canfəşanlıq göstərib və görüşə qatılmağa nail olub. Ümumiyyətlə, Azərbaycan sülh prosesinə töhfə vermək istəyən bütün vasitəçilərin səylərini yüksək dəyərləndirir. Bu baxımdan, Fransa prezidentinin də görüşə qatılmasına etiraz etməyib.
Zaxari Qros “Praqa ruhu”nun yaşaması deyəndə, əslində, “Fransa ruhu”nu qabartmağa çalışır və əldə olunmuş nəticələri az qala ölkəsinin “xüsusi xidməti” kimi təqdim edir. O, özünü elə aparır ki, guya, mətbuatı izləmir və Azərbaycan cəmiyyətinin Emmanuel Makrona yönələn haqlı tənqidlərinin haradan qaynaqlandığını bilmir. Səfirin məsələlərin mahiyyətinə varmaq istəməməsi ona baş-
ucalığı gətirmir. Hər şey ortadadır. Dördtərəfli görüşün, necə deyərlər, mürəkkəbi qurumamış Emmanuel Makron KİV-ə müsahibə verərək “Praqa ruhu”na xəyanət yolu tutub və bununla da sülh prosesinə özünün arzuolunmaz zərbəsini vurub. O, müsahibəsində Rusiyanı Azərbaycanın lehinə oyun oynamaqda qınayıb, 44 günlük müharibəyə görə Azərbaycanın ünvanına cəfəng iddialar səsləndirib, bildirib ki, Fransa Ermənistanı tək qoymayacaq. Cəfəng fikirlərinə davam edən E.Makron vurğulayıb: “Ermənistan bizim unikal əlaqəmiz olan ölkədir. Azərbaycan sərhəd boyu bir neçə yerdən Ermənistana qarşı hücuma keçib. Biz buna görə onları qınadıq. Biz erməniləri tək buraxmayacağıq”.
Emmanuel Makronun dilə gətirdiyi ifadələr, ümumiyyətlə, ortaya qoyduğu məntiqi və siyasi nəzakətə sığmayan leksikonu özünü “demokratiya beşiyi” sayan Fransanın ünvanına bir təhqir, ləkədir. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada baş tutan MDB Dövlət Başçıları Şurasının iclasında E.Makronun layiqli cavabını verdi. Açıq-aşkar işğalçı Ermənistanın himayəçisi olan, bu ölkənin danışan dilinə çevrilən E.Makron hansı mənəvi haqla özünü Azərbaycanla Ermənistan arasında başlanan sülh prosesinə calaq etmək istəyir? Cənab səfirin diqqətinə çatdırmaq istərdik ki, ölkəsinin Praqa görüşündə “xüsusi xidməti” də bəhs olunan məntiqdən uzağa getməyib. Əgər buna məntiqli yanaşma demək mümkündürsə. Zaxari Qrosa daha bir xatırlatma: Fransanın belə birtərəfli yanaşmasını davam etdirəcəyi təqdirdə Azərbaycanın sülh prosesində bu ölkənin rəsmiləri ilə bir araya gəlməsi ümumiyyətlə mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

