Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Prezident İlham Əliyev 7 hərbçinin öldürülməsi ilə bağlı hadisənin araşdırılmasına dair xüsusi tapşırıq verib

Mübariz Qurbanlı: Prezident İlham Əliyev 7 hərbçinin öldürülməsi ilə bağlı hadisənin araşdırılmasına dair xüsusi tapşırıq verib

24.02.2011 [08:52]

“Müdafiə nazirinin Milli Məclisə gələrək hesabat verməsinə ehtiyac yoxdur”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı verib. O bildirib ki, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi bölməsində 7 hərbçinin öldürülməsi ilə bağlı baş verən son hadisənin araşdırılmasına dair xüsusi tapşırıq verib: “Hadisənin araşdırılması üçün istintaq qrupu yaradılıb ki, ictimaiyyətə və Prezidentə məlumatlar versin. Eyni zamanda hadisəyə görə hərbi hissənin komandiri işdən azad edilib. Bu hadisələr bizi üzür. Amma ölkəmiz, dövlətimiz və xalqımız orduya daimi diqqət göstərir və göstərəcəkdir”.
M.Qurbanlı bəzi şəxslərin bu hadisədən sui-istifadə etmək cəhdlərini isə pisləyib: “ölkələrin çoxunda ordu kazarmadadır. Amma Ermənistanın təcavüzü ilə bağlı ordumuz səngərdə xidmət aparır. Burada fərq var və nəzərə alınmalıdır. Hadisədən kimlərsə sui-istifadə etməməlidir. Ordu bizim hamımızın və millətimizindir”.
Müdafiə naziri Səfər Əbiyevin Milli Məclisdə hesabat verməsi ilə bağlı parlamentin son iclasında səslənən təklifləri də şərh edən M.Qurbanlı deyib ki, MM-nın statusu ilə bağlı Konstitusiyada qəbul edilmiş qaydaları var: “Müdafiə naziri Ali Baş Komandan qarşısında hesabat verir. Milli Məclisə Müdafiə Nazirliyi tərəfindən müvafiq qaydada hesabatlar verilir”.

Paylaş:
Baxılıb: 887 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30