Demokrat cildinə girmiş radikalların arzuları...
03.03.2011 [18:38]
Müxalifətdə təmsil olunan bəzi qüvvələr ölkənin siyasi palitrasında müxalifətçilik adını monopoliyaya almaq üçün bütün vasitələrdən istifadə edirlər. Maraqlıdır ki, özünü müxalifət rəhbəri sayan bir sıra şəxslər, hətta onlarla eyni fikirdə olmayan, “qılınclarının altından keçməyən”, itaət göstərməyən əqidədaşlarına qarşı da total hücum kampaniyaları aparmaqdan çəkinmirlər. öz şəxsi maraqlarını milli maraqlardan üstün tutan, özünü demokrat cildində təqdim etməyə çalışan, amma hər addımında demokratiya prinsiplərini heçə sayan İsa Qəmbər və Əli Kərimli kimi müxalifətçilər, hətta rəhbərlik etdikləri qurumun çərçivəsində onlarla eyni fikirdə olmayanları təqib etmək üçün yarışa giriblər. Bu isə, həmin partiyalarda fəaliyyət göstərən insanların məcburi şəkildə istefa verməsi, sonradan isə həmin partiyaların sədrlərinin əlaltısına çevrilmiş insanlar tərəfindən min bir ittihama məruz qalması ilə nəticələnir.
Qeyd edək ki, həmin siyasi partiyaların rəhbərləri bu istefaları fərqli yöndə izah etməyə çalışsalar da, istər reallıq, istərsə də partiyadan gedən insanların açıqlamaları vəziyyətin acınacaqlı şəkil aldığını göstərir. Məsələn, bir müddət öncə Müsavat Partiyasından istefa verərək ayrılan Sülhəddin Əkbər və İbrahim İbrahimli dolayısı ilə həmin siyasi qurumda avtoritar idarəçiliyin hökm sürdüyünü və partiyadaxili qrupların açıq mübarizə apardığını bildirmişdilər. İsa Qəmbərin yenidən Müsavat Partiyasına sədr seçilmək istəyinə etiraz etdikləri üçün partiya sıralarından uzaqlaşdırılan Sülhəddin Əkbərin və İbrahim İbrahimlinin ardından Müsavat Partiyasının yaradıcılarından sayılan Divan üzvü Adil Qeybulla və Qabil Hüseynli partiyadan ayrıldı. Bunun da səbəbinin kökündə məhz avtoritar idarəçilik dayanır. özünü “demokrat” adlandıran İsa Qəmbərin Adil Qeybullaya qarşı qəzəbi isə A.Qeybullanın Məclis sədrliyinə namizədliyini irəli sürməsi ucbatından tutmuşdu. öz şəxsi maraqlarını həyata keçirmək, partiyanı özünün kooperativinə çevirmək və onun sözünü müzakirəsiz qəbul edən şəxsləri partiyada söz sahibinə çevirmək üçün, hətta Müsavat Partiyasının sədri İ.Qəmbər öz çıxışında keçmiş silahdaşlarını açıq şəkildə təhqir etdi, onları şərəfsiz adlandırdı. Bunun qarşılığında isə partiyanın keçmiş Divan üzvü Q.Hüseynli partiya sədrini məsuliyyətsizlikdə günahlandırdı və öz keçmiş sədrinin ruhi-psixoloji vəziyyətində anormal proseslərin getdiyini bildirdi. Göründüyü kimi, İ.Qəmbərin partiyada yürütdüyü şəxsi maraqlar çərçivəsindən kənara çıxmayan siyasəti artıq partiya üzvlərini də cana doydurub və sədrin məqsədini anlayan insanlar tez bir zamanda partiya sıralarından uzaqlaşdırılır.
Analoji proseslər fərqli istiqamətdə də olsa AXCP-də də gedir. Ard-arda demək olar ki, partiyanın yaranmasında xidmətləri olmuş insanların partiyadan uzaqlaşdırılmasına nail olan Əli Kərimlinin belə neqativ addımları onun öz düşərgədaşları tərəfindən ifşa olunmuşdu. Məsələn, Ə.Kərimlinin rəhbərlik etdiyi partiyanın nəzarətində olan qəzetə edilən maliyyə yardımlarının, həbsdə olan Mirzə Sakitə çatacaq pulun mənimsənilməsi, öz liderinə xəyanət etməsi ilə bağlı informasiyalar AXCP-də heç də normal bir ab-havanın olmadığını üzə çıxarmışdı. Bundan başqa, partiya sıralarından istefa vermiş müğənni Akif İslamzadə müxalifət partiyalarının liderlərinin daha çox öz problemlərini, öz şəxsi ambisiyalarını həll etməyə çalışdıqlarını söyləmişdi. O, bildirmişdi ki, hadisələr partiyalarda olan rəhbərlərin başqa məqsədlər güddüyünü göstərir. Həmin fikirlərin ardından isə, o da AXCP-dən ayrılmışdı.
Bu gün eyni siyasət-yəni, hədəfəalma siyasəti AXCP-nin başqa bir üzvünə, Xaliq Bahadıra qarşı yönəldilib. Görünən odur ki, Ə.Kərimlinin partiyadakı özbaşınalıqları, şəxsi məqsədlərə hesablanan addımları artıq X.Bahadır tərəfindən dilə gətirildiyi üçün sədr ona qarşı total hücuma keçilməsini istəyib. Bu isə qeyd olunduğu kimi, X.Bahadırın Ə.Kərimlinin arzularına gözübağlı tabe olmamasından irəli gəlir.
ümumiyyətlə, radikal müxalifətin son dövrlərdə Yaxın Şərqdə baş verən siyasi hadisələrdən “ruhlanaraq” öz hərəkətləri ilə Qərbin bir sıra maraqlı qüvvələrinə açıq mesajlar verməsi ortadadır. Hər zaman ölkədə xaos yaratmağa, siyasi sabitliyi pozmağa yönəlik arzularını aşkar şəkildə dilə gətirən bu kəsimin fikirlərindən bəlli olur ki, onların istəkləri yalnız Azərbaycanda vətəndaş qarşıdurmasının yaranması, ölkədə siyasi sabitliyin pozulmasıdır. Demokratiyanı yalnız xaos kimi anlayan əli kərimlilər və isa qəmbərlərin təfəkkürü hələ də 1990-92-ci illərdə dolaşıb qalıb. Belə ki, həmin illərdə ölkədə baş vermiş 20 Yanvar, Xocalı soyqırımından siyasi maraqları naminə istifadə edərək güc yolu ilə hakimiyyəti zəbt etmiş bu insanlar hər zaman ölkədə qarşıdurma yaratmağa meyilli olublar. 1995-ci ildə dövlət çevrilişinə cəhdə dəstək verən bu insanlar 2003-cü ildə də şəxsi maraqları uğruna xalqı kütləvi itaətsizliyə çağıraraq vətəndaş qarşıdurması yaratmaq istəyirdilər. Göründüyü kimi, bu insanlar heç zaman ölkəmizdə siyasi sabitliyin varlığını qəbul edə bilməyiblər və dövlətin inkişafına zərər yetirmək üçün bütün vasitələrə əl atır, bir sıra maraqlı xarici qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirirlər.
Qeyd etdiyimiz kimi, demokrat cildinə girmiş bu insanlar demokratiyanı yalnız xaos və qarşıdurma kimi anlayır. Amma onlar dərk etməlidirlər ki, Azərbaycanda xalqın iradəsi əsasında formalaşmış bir hakimiyyət mövcuddur və ölkəmiz inkişaf konsepsiyasında hər zaman demokratik prinsiplərə əsaslanır. Azərbaycanda azad, şəffaf seçkilər keçirilir, xalq öz arzusu və iradəsi ilə qanunverici orqanını, o cümlədən, rəhbərini müəyyənləşdirir. Bu baxımdan müxalifətin xalqı çaşdırmaq və ən əsası isə xarici qüvvələrdən maliyyə qopartmaq üçün hazırladığı bu şou onların əsl kimliyini ortaya çıxarır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

