Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davamlı xarakter daşıyır
29.03.2011 [09:12]
Məlum olduğu kimi, Azərbaycan hökumətinin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkə sürətlə inkişaf edir. Eyni zamanda, ölkəmizdə iqtisadi göstəricilər yüksəlib, əhalinin həyat səviyyəsinin və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində uğurlara nail olunub. Lakin bu da bir həqiqətdir ki, sadalanan uğurlarla yanaşı, ölkənin inkişafına mane olan neqativ hallara, o cümlədən, bir sıra şəxslərin öz vəzifə və statusundan sui-istifadə etmələri nəticəsində meydana gələn korrupsiya hallarına da rast gəlmək mümkündür. Azərbaycan hökuməti rüşvət və korrupsiyaya qarşı mübarizə tədbirlərini həyata keçirməklə bu bəladan qurtulmanın əsasını qoyub. Daha doğrusu, Azərbaycanın iqtisadi qüdrətinin artırılmasının, həmçinin, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin mühüm amillərindən biri kimi korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mühüm strateji məqsədlərdəndir.
Məlum olduğu kimi, cari il yanvarın 14-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin iqtisadi inkişafına mane ola bilən bütün neqativ halların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verib. Azad rəqabətə əsaslanan bazar mühitinin formalaşması və şəffaflığın təmin edilməsinin iqtisadiyyatın sürətli inkişafına stimul verən başlıca amil olduğunu nəzərə alan ölkə başçısı xüsusilə vurğulayıb ki, biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir: “Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır”.
Beləliklə, Prezident İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarına əsasən 2011-ci il yanvar ayının 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud olan mənfi faktlar, o cümlədən, rüşvət və korrupsiya hallarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin zəruriliyi vurğulanıb. Eyni zamanda, bəhs edilən neqativ hallar və faktların aradan qaldırılması yönündə aidiyyəti qurumlar, həmçinin icra orqanları qarşısında zəruri vəzifə və öhdəliklər qoyulub. Artıq bütün bunların fonunda aidiyyəti strukturlar və icra orqanları bir sıra operativ zəruri və lazımi tədbirlər həyata keçirir.
ümumiyyətlə, rüşvət və korrupsiya hallarına qarşı operativ tədbirlərin görülməsinin, həmçinin, effektiv nəticələrin əldə edilməsinin dövlətimizin inkişaf tempinə müsbət təsir edən faktor olduğunu nəzərə alsaq, bu istiqamətdə atılan addımların davamlılığı zəruridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim şüurlu seçimimizdir.
Lakin bu bir həqiqətdir ki, təkcə hökumət deyil, cəmiyyətin hər bir fərdi, hər bir sosial institut və qeyri-hökumət təşkilatları da sözügedən prosesdə yaxından və fəal iştirak etməlidir. Yəni, Azərbaycanın inkişafına mane ola biləcək rüşvət və korrupsiya hallarının qarşısının alınması istiqamətində həm aidiyyəti strukturlar, icra orqanları, həm də cəmiyyətin hər bir fərdi öz üzərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməklə fəal mübarizəyə qoşulmalıdırlar. Bunun üçün hər bir vətəndaş çalışdığı sahədə rüşvətə təhrikedici halların yaranmasına rəvac verməməli, rüşvət və ya rüşvətverici təəssürat yaradan hallara qarşı mübarizə aparmalıdır. çünki bu mübarizənin effektiv olması üçün dövlət tərəfindən lazımi addımlar atılır və gələcəkdə də atılacaq.
Prezident İlham Əliyev martın 19-da Novruz bayramı münasibətilə Bakıda təşkil olunan mərasimdəki çıxışında isə bir daha qeyd edib ki, biz elə etməliyik ki, ölkə qarşısında duran bütün vəzifələr öz həllini tapsın, insanlar daha da yaxşı yaşasınlar, ölkəmizdə qanunun aliliyi tam şəkildə bərqərar olunsun: “Azərbaycanda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır və biz bu mübarizənin gözəl nəticələrini görürük. Qanunun aliliyi, sosial ədalət prinsiplərinin tətbiq olunması, korrupsiyaya, rüşvətxorluğa qarşı geniş mübarizə öz bəhrəsini verir. Təbii sərvətlərimizi və ölkədə çox düşünülmüş iqtisadi siyasəti nəzərə alaraq Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedə bilər”.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32

