Müxalifət ölkədə xaos yaratmaq üçün universal formula axtarır
30.03.2011 [10:00]
Son 18 ildə ölkəmizdə sosial-iqtisadi sferada, o cümlədən, siyasi-hüquqi müstəvidə əldə olunan inkişaf Azərbaycan xalqının öz dövlətinə və hakimiyyətinə olan inamını, sevgisini daha da artırıb. Bu fakt qeyd olunan dövrlər ərzində keçirilən bütün seçkilərdə özünü aşkar şəkildə sübuta yetirib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkəmizdə yeni iş yerlərinin yaradılması, gənclərə olan inam, təhsil sistemində Avropa standartlarının tətbiqi və gənclərin xaricdə təhsil almasına yaradılan şərait Azərbaycan gəncliyinin öz dövlətinə olan həm məhəbbətini, həm də məsuliyyətini daha da artırıb. Bu gün ölkəmizdə yaradılan vətəndaş birliyinin möhkəmlənməsində ölkə gəncliyinin xüsusi payı var.
Təəssüf ki, öz şəxsi maraqları, korporativ mənafeləri uğrunda və bir sıra xarici qüvvələrin təhriki ilə ölkədə xaos yaratmağa, Azərbaycanda bərqərar olan vətəndaş birliyi, demokratik prinsiplərin üzərinə kölgə salmağa çalışan radikal müxalifətin bir neçə nümayəndəsi ölkəmizin gələcəyi sayılan gəncliyi dövlətinə qarşı qaldırmaq üçün min bir oyun hazırlamaqdan usanmır. Məsələn, verdikləri açıqlamalardan bəlli olduğu kimi, özünü müxalifət düşərgəsinin “lideri” sayan, əslində isə yalnız xarici əmrləri yerinə yetirməklə məşğul olan İsa Qəmbər və Əli Kərimli gəncləri fəallaşdıracaq və onlarda hakimiyyətə qarşı nifrət oyadacaq hadisə üzərində baş sındırırlar. Hər zaman kütləvi aksiya və başqa adlar altında ssenarisi xaricdə hazırlanan tamaşalar göstərən müxalifət düşərgəsi ölkədə qarışıqlıq salmaq, çaxnaşma yaratmaq üçün bütün “biliklərini” səfərbər edib. Amma hər zaman olduğu kimi, bu dəfə də onların arzularının yalnız arzu olaraq qalacağı mütləqdir. çünki çoxsaylı faktlar radikal müxalifət başçılarının ideya, novatorluq cəhətdən son dərəcə məhdud olduqlarını, onların təfəkkürünün yalnız müxtəlif ölkələrdə baş vermiş hadisələri primitiv şəkildə təkrarlamağa cəhd üçün yaradığını sübut edir. Amma öz siyasi “savadlarını” elə bununla da ortaya qoyan həmin “müxalifət rəhbərləri” düşünmürlər ki, səhv edirlər. Məsələn, bir-birindən heç nə ilə fərqlənməyən çoxsaylı və azömürlü müxalifət birliklərinin yaradılması, son 20 ildə eyni sözlərin, bəyanatların təkrarlanması, Ukraynada narıncıların yamsılanması, ərəb ölkələrində baş verən hadisələri olduğu kimi Azərbaycana köçürmək cəhdləri və s. buna misal ola bilər. Lakin hər bir halda, onların və onların təhrikçilərinin istəkləri ürəklərində qaldı. Bunun ən böyük səbəbi Azərbaycan xalqının öz milli hakimiyyətinə olan inamı və dəstəyidir. Digər tərəfdən, müxalifət başçılarının yalnız xaricdə baş verənləri “kopyalamaq” cəhdi mətbuatın müxalifət funksionerləri tərəfindən səsləndirilən hər hansı yeni fikrin mənbəyinin ya xaricdə, ya da Bakıdakı səfirliklərdə axtarmaq lazım olduğu ilə bağlı yazdıqlarını təsdiqləyir.
Bu dəfə də radikal müxalifət düşərgəsi aprelin 2-də “kütləvi aksiya” keçirmək təlimatı alıb. Buna görə də nəzarətlərində olan qəzetlərdə apardıqları yalan təbliğatların az da olsa dəstəklənməsi üçün müxalifət başçıları ard-arda yeni formullar düşündüklərini nümayiş etdirməyə çalışırlar. İsa Qəmbərdən sonra Əli Kərimli və digər müxalifət funksionerləri gəncləri hərəkətə gətirəcək universal formul axtarışına çıxıblar.
özünü həmişə hamıdan ağıllı hesab edən Müsavat başqanı gənclərə müraciət edərək bildirir: elə bir hadisə olmalıdır ki, həm gəncləri fəallaşdırsın, həm də onlarda hakimiyyətə qarşı nifrət oyatsın. İ.Qəmbər bu fikirləri ilə həm özünü, həm də qəzetlərində özlərinə tərif söyləməkdən usanmayan əlaltılarını ifşa edir. Müsavat başçısı bununla etiraf edir ki, radikal müxalif düşərgənin iddia etdiyi kimi, gənclər heç də hakimiyyətə qarşı deyillər. İ.Qəmbər öz-özünü ziddiyyətə sürükləyir və bununla da məqsədini açıq-aydın ortaya qoyur. Beləliklə, o, ölkədə qarışıqlıq yaratmağa, gəncləri dövlətə qarşı xaosa sürükləməkdə maraqlı olduğu təsdiqləyir. Bəs, görəsən Müsavat başçısının nəzərdə tutduğu bu hadisə nə ola bilər? Seymur Həziyevin “döyülməsi” ilə bağlı ssenari keçmədi. Onların bu tamaşaları da primitivliyi ilə özündən əvvəlkilərdən geri qalmadı. Yenə də bəlli oldu ki, müxalifətçi başçılar öz məqsədləri uğruna əllərində olan gəncləri belə “qurban vermək”dən usanmırlar. Bəlkə aprelin 2-də bir-iki gəncin (ən yaxşısı jurnalistin) polis tərəfindən “vəhşicəsinə döyülməsi” imitasiya olunsun? Bu, daha inandırıcı ola bilər...
Ssenarilər müxtəlif ola bilər. Amma sevindirici və real olan odur ki, Azərbaycan gəncləri müxalifət başçıları kimi məhdud və xalqa qarşı qəzəb üstündə köklənmiş təfəkkürə malik deyillər. Azərbaycan gəncləri onlara hərtərəfli qayğı göstərən, təhsil, güclü dövlət, vətənpərvərlik hissləri aşılayan iqtidarı da, onları öz cılız arzularını reallaşdırmaq üçün alətə çevirmək istəyən müxalifəti də yaxşı görür və kimin kim olduğunu başa düşürlər. Belə demək olarsa, görünən dağa bələdçi lazım deyil... Azərbaycan müxalifəti isə nəinki dağ, heç təpə də olmağı bacarmır...
PƏRVİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24

