/ / Biz gənclərə ermənilərlə konyak içib, 2000 dollara Qarabağı satan Ruslan Bəşirli kimilər örnək deyil
Biz gənclərə ermənilərlə konyak içib, 2000 dollara Qarabağı satan Ruslan Bəşirli kimilər örnək deyil
30.03.2011 [10:00]
Bu gün Azərbaycan inkişaf tempinə görə, dünyada öndə gedən ölkələrdən biridir. Həyata keçirilən çoxşaxəli islahatlar dövlətimizin sütunlarını gücləndirərək vətəndaşların rifah halının yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırıb. Nəticədə də siyasi sabitlik gücləndirilib, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyi daha da möhkəmlənib. Bu isə onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı hədəflərinə, böyük uğurlara doğru inamla aparır.
Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edən, problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib. Respublikamızda möhkəm sosial-iqtisadi tarazlıq mövcuddur və cəmiyyətdə demokratik təsisatların yüksək effektiv fəaliyyəti üçün hər cür şərait yaradılıb, onların funksionallığı tam təmin olunub. Azərbaycanda geniş vətəndaş azadlıqları, insan hüquqları, söz və məlumat azadlığı tam təmin edilib. Vətəndaşların bütün sosial-iqtisadi problemlərinin həllinə yönəlmiş proqramlar icra olunmaqdadır və artıq bunun real nəticələrini hər bir vətəndaş öz həyatında hiss edir.
Azərbaycanın bütün regionlarının inkişafı, qəsəbə və kəndlərimizdə yaşayan əhalinin yüksək sosial həyatının təmin edilməsi, onların problemlərinin həllinə nail olunması üçün dövlət proqramları uğurla icra olunmaqdadır. Bu çərçivədə son illərdə regionlarda böyük infrastruktur layihələri həyata keçirilib, bir milyona yaxın yeni iş yerləri yaradılıb. Əmək haqları, pensiyalar, müxtəlif sosial müavinətlər davamlı şəkildə artırılır, insanların həyat səviyyəsi yüksəlir. Buna paralel olaraq, müxtəlif problemlərin, neqativ halların da aradan qaldırılmasına yönəlmiş tədbirlər reallaşdırılmaqdadır. O cümlədən, ölkəmizdə korrupsiya, rüşvətxorluq, inhisarçılıq, süründürməçilik kimi, hətta, dünyanın ən inkişaf etmiş ölkələrin belə mövcud olan mənfi tendensiyaların aradan qaldırılması üçün dövlət tərəfindən ciddi iradə ortaya qoyulub və buna uyğun olaraq təxirəsalınmaz, sərt tədbirlər görülməkdədir. Bu istiqamətdə aparılan barışmaz mübarizənin müsbət nəticələrini, effektini artıq vətəndaşlarımız görürlər.
Lakin Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, güclənməsi və beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsi xarici anti-Azərbaycan dairələrini və onların tapşırıqlarını icra edən dağıdıcı müxalifəti narahat edir. Radikal müxalifət Azərbaycanın gələcəyi, demokratik, sürətli sosial-iqtisadi inkişafı deyil, hansı yolla olursa-olsun hakimiyyətə gəlmək haqqında düşünür. 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi qanlı hadisələrdən istifadə edərək, hakimiyyəti silah gücünə zəbt etmiş qüvvələr yenidən bu metoddan yararlanmağı düşünürlər. Onlar xarici anti-Azərbaycan dairələrin tapşırığı ilə ölkədə qarşıdurma yaratmaq, Azərbaycanı ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləmək niyyətindədir.
Daha dəqiq desək, ərəb ölkələrində baş verən hadisələrdən “ruhlanan” dağıdıcı müxalifət ictimaiyyəti çaşdırmağa, eyni hadisələrin Azərbaycanda da təkrarlanacağı haqqında yanlış fikir formalaşdırmağa cəhd göstərir. Bu məqsədlə öz psevdoekspertlərinin, müxalifət funksionerlərinin əsassız iddialarından, anti-Azərbaycan dairələrin tapşırığı ilə xarici mətbuatda dərc olunan qərəzli materiallardan, “Facebook” kimi informasiya resurslarından geniş istifadə olunur. Təbii ki, bu cür dağıdıcı proseslərin Azərbaycanda da təkrar oluna biləcəyini ehtimal etmək, bu yöndə proqnozlar vermək siyasi səbatsızlıqdan başqa bir şey deyil. Təkcə ona görə yox ki, Misir və Tunis kimi ərəb ölkələrini nə iqtisadi inkişaf, nə əhalinin sosial durumu, nə sabitlik, nə beynəlxalq geosiyasi mövqeyi baxımından Azərbaycanla müqayisə etmək mümkün deyil. Vətəndaşlarının gündə 2 dollara çalışdığı, aclıq, səfalət, işsizlik, savadsızlıq kimi halların hökm sürdüyü, demokratiyanın, insan hüquqlarının tamamilə məhdudlaşdırıldığı həmin ölkələrlə Azərbaycandakı durumu müqayisə etmək əsla düzgün deyil və bu, çox uğursuz paralellərdir. Həm də ona görə ki, bu gün Azərbaycanda siyasi sabitliyin pozulmasına yönəlmiş təxribatların istənilən nəticəni verməsi üçün, vətəndaşların ciddi narazılığına şərait yaradan səbəblər yoxdur. Əksinə, Azərbaycan xalqı, vətəndaşlarımız bugünkü iqtidarın fəaliyyətindən razıdır və öz əməlləri ilə bu razılığı ifadə edir. Bu da səbəbsiz deyil. çünki son illərdə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində həqiqətən çox böyük inkişaf baş verib.
Sosial-iqtisadi problemlərin artdığı, əhalinin sosial durumunun günü-gündən pisləşdiyi, demokratik azadlıqların boğulduğu, total inhisar idarəçiliyinin hökm sürdüyü ölkələrlə müqayisədə Azərbaycanda tam fərqli mənzərə müşahidə edilir. Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur.
Əlbəttə ki, sosial dayaqlarını itirmiş dağıdıcı müxalifət və onların azsaylı tərəfdarları iqtidarın uğurlarını və hakimiyyətə dəstək verən xalqın iradəsini görür. Ona görə də, onlar xarici anti-Azərbaycan dairələri ilə işbirliyini gücləndirərək kütləvi aksiyalar yolu ilə cəmiyyəti itaətsizliyə çağırmaq, inkişaf prosesini əngəlləmək, ölkədə xaotik vəziyyət yaratmaq istəyirlər. Mitinq, piket tərəfdarları Azərbaycanın inkişafını, parlaq gələcəyini istəməyən, xalqımıza, dövlətimizə, mövcud stabilliyə qarşı çıxan antimilli qüvvələrdir. Azərbaycanın hüquq-mühafizə orqanları, polis stabilliyi pozmaq, ölkəni qarşıdurma və xaos meydanına çevirmək istəyən qüvvələrin bu cəhdlərinin qarşısını sərt şəkildə almalı, cəmiyyət onlara layiq olduqları yeri göstərməlidir.
Tam əminliklə söyləyə bilərəm ki, dağıdıcı müxalifətin bu arzuları da çin olmayacaq. Bunun da səbəbləri çoxdur. Əvvəla, Azərbaycanda artıq dağıdıcı inqilablar dövrü geridə qalıb və dövlət ortaya çıxan problemləri islahatlar, təkamül yolu ilə aradan qaldırır. İkincisi, qeyd etdiyimiz kimi, bu gün Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi kurs xalqımız tərəfindən dəstəklənir. üçüncüsü, bu gün ölkəmizdə xaos yaratmağa, sabitliyi pozmağa çalışan dağıdıcı-ekstremist siyasi təşkilatların məqsədinə Azərbaycan xalqı bələddir.
Ən nəhayət, biz gənclərə bu cür hadisələri yenidən yaşamaq lazım deyil. Biz sabit inkişaf edən Azərbaycan vətəndaşı olmaq və özümüzü təsdiq etmək istəyirik. Açıq şəkildə deyirəm, biz gənclərə ermənilərlə konyak içib, 2000 dollara Qarabağı satan Ruslan Bəşirli kimilər örnək deyil. Məgər, ötən əsrin 90-cı illərinin əvvəllərində bu qüvvələrin ölkədəki xaos və anarxiyadan, 20 Yanvar, Xocalı faciələrindən istifadə edərək hakimiyyəti silah gücü ilə ələ keçirmələrini, hakimiyyət başında olduqları dövrdə vətəndaşları aclıq, qıtlıq içində yaşamağa məcbur etdiklərini, ölkəni xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdiklərini, dövləti terror, təxribatlar yolu ilə idarə etdiklərini, vətəndaşları bir-birilərinə qarşı qoyduqlarını, dövlətin bütün sərvətlərini talan etmələrini, Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduqlarını kimsə unudub? Müxalifətdə olduqları dövrlərdə bu şəxslərin xalqımıza qarşı xəyanətlərini, erməni kəşfiyyat orqanları ilə qurduqları işbirliklərini, xalqımızın əxlaq dəyərlərinə zidd olan davranışlarını, törətdikləri cinayət əməllərini unutmaq mümkün deyil.
Belə olan halda, dağıdıcı müxalifətə etimad göstərib onların arxasınca getmək birmənalı olaraq, mümkün deyil. Xalqımız bu qüvvələrin Azərbaycanı yenidən 90-cı illərin xaos vəziyyətinə sürükləmək, dövlətin möhkəm sütunlarını sarsıtmaq, hansı yolla olursa-olsun hakimiyyətə gəlmək niyyətlərindən xəbərdardır və ona görə də, bu qüvvələrə birdəfəlik yox deyib. Martın 11-də və 12-də müxalifətin mitinq adlandırdığı biabırçılıq da bunu bir daha təsdiq etdi.
ümumiyyətlə, bu gün xaricdən aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycanda heç bir əsas olmadan mitinq, piket keçirmək istəyən, vətəndaşların təhlükəsizliyini, sabitliyi pozmağa cəhd edən qüvvələr yalnız ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal yaşayış ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq məqsədini güdürlər.
Ona görə də, biz gənclər bu qüvvələri ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxan, dövlətimizi sevməyən antimilli qüvvələr sayırıq, AXCP, Müsavat kimi dağıdıcı qüvvələrin fəaliyyətini qeyri-qanuni hesab edirik. Eyni zamanda, biz bu tip hərəkətlərin Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun araşdırılmasını və bu işdə günahkar olan, məsuliyyət daşıyan təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb edirik. Düşünürük ki, hüquq-mühafizə orqanları bu cür hüquqpozmalarına qarşı müvafiq tədbirlər görməli, bu cür təxribatçı əməllərin başında duran şəxsləri məsuliyyətə cəlb etməlidirlər.
Samirə QULİYEVA,
YAP Gənclər Birliyinin sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

