Vaxtı çatıb!
16.12.2022 [10:20]
Dəmir yumruq daha sərt, ağır olacaq
N.BAYRAMLI
Hazırda regionumuzda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi nəinki sülh prosesinin inkişafına imkan vermir, əksinə, təhlükəsizliyi təhdid edir. Belə ki, rəsmi İrəvan əldə olunmuş razılaşmaları pozur, son zamanlar müxtəlif əsassız şərtlər irəli sürür. Eyni zamanda, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan Qarabağ separatçıları bölgədə məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atırlar. Bütün bunlara paralel olaraq, həm Ermənistan hərbi birləşmələri, həm də Qarabağdakı qanunsuz erməni silahlı dəstələri tərəfindən mövqelərimiz atəşə tutulur. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, dekabrın 14-də saat 17:50-dən saat 22:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, dekabrın 15-i saat 08:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bu təxribatların fonunda Ermənistan beynəlxalq birliyi aldatmaq üçün guya Azərbaycan Ordusunun erməni hərbi mövqelərini atəşə tutması barədə məlumatlar yayır. Amma müvafiq dövlət qurumlarımız bu məlumatları təkzib edib. Ümumiyyətlə, ermənilərin bu təxribatları hansı məqsədlərə hesablanıb? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməklə bölgədə gərginliyi davam etdirməyə çalışır. Bəzi böyük dövlətlər ermənilərdən Azərbaycana və Türkiyəyə qarşı istifadə etmək istəyirlər. Ekspert deyib ki, Ermənistan heç vaxt beynəlxalq hüquq normalarına əməl etməyib. E. Həsənli qeyd edib ki, Azərbaycan regionun gələcəyi naminə Ermənistanla sülh sazişi imzalamağın tərəfdarıdır və bununla bağlı təkliflərini qarşı tərəfə təqdim edib. Dövlət sərhədində təxribatların törədilməsinə gəlincə, ekspert hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq: “Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün Avropa İttifaqı da fəal təşəbbüslərlə çıxış edib. Azərbaycan bu təşəbbüsləri dəstəkləyir və çalışır ki, ilin sonuna qədər sülh sazişi imzalansın. Amma dünyadakı erməni lobbisi prosesi pozmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Təəssüf ki, qonşu dövlətlərdən İran və Rusiyadakı bəzi dairələr də onlara dəstək olur. Ermənilərin son hərbi təxribatları belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə prosesi uzadırlar. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alındığını görürük. 12-13 sentyabr hadisələri buna sübutdur. Bu mənada, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaq”.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərdən qanunsuz erməni silahlı dəstələrinin mövqelərimizə atəş açmalarına gəlincə, Azərbaycan növbəti dəfə də özünümüdafiə məqsədilə əməliyyatlar keçirə bilər: “Heç kim “Qisas” əməliyyatını unutmayıb. Dövlətimizin öz sərhədləri çərçivəsində bu tipli əməliyyatları keçirmək hüququ var. Ermənilərin bu dəfə Şuşa istiqamətindəki mövqelərimizi atəşə tutması artıq onların cəzalandırılmasının vaxtının çatdığına bir işarədir. Şuşa istiqamətində atəş açılması göstərir ki, ermənilər mövcud vəziyyətlə barışmaq istəmirlər. Həm daxili auditoriyaya, həm də beynəlxalq birliyə göstərmək istəyirlər ki, müharibə bitməyib. Rusiya sülhməramlıları isə ermənilərin bu təxribatlarına münasibət bildirmir???. Onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Əks halda, Azərbaycanın özü yenə ermənilərin dərsini verəcək. Son günlər QHT nümayəndələrinin və ictimai fəalların Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyalarından onlar nəticə çıxarmalıdırlar. Bu o deməkdir ki, Azərbaycan öz torpağında kimlərinsə siyasi oyun aparmasına imkan verməyəcək, Qarabağ üzərində suverenliyimiz təmin olunacaq. Mövqelərimizi atəşə tutan düşmənlər isə bundan sonra da layiqli cavablarını alacaqlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

