Vardanyan çıxılmaz vəziyyətdə
22.12.2022 [10:37]
Xankəndidə 1000 nəfər də yoxdur
Çarəsiz erməni milyarder indi də müharibə ritorikasına keçib
Qarabağdakı separatçı rejimin yeni “başbiləni” Ruben Vardanyanın regiona xüsusi missiya ilə göndərilməsi növbəti dəfə ifşa edildi. Bölgədə yaranması ehtimal edilən dayanıqlı sülhün baş tutmaması, bir ildən artıqdır ki, bu istiqamətdə aparılan fəaliyyətin boşa çıxması üçün təlimatlandırılan Vardanyan yeni təxribatlar yaratmaqla məşğuldur. Təbii ki, onun bu istiqamətdə “həvəslə” görməyə çalışdığı bütün işlər puça çıxır. Beləliklə əli hər yerdən üzülən erməni milyarder çıxılmaz vəziyyətdədir...
Baqdasaryan Vardanyanı ifşa etdi
Ötən həftənin şənbə gününə Xankəndidə “izdihamlı mitinq” keçirəcəyini idda edən Vardanyan cəmisi bir gün sonra suyu süzülə-süzülə bu “izdihamlı mitinqi”n ləğv olunduğunu dedi. Vardanyanın yalanları isə elə ermənilər tərəfindən də ifşa edilir. Məsələn, bir müddət öncə Xankəndidə onminlərin, yüzminlərin iştirakı ilə mitinq keçirəcəyini iddia edən Vardanyanın yalanının üstünü erməni politoloqları açır. Tanınmış erməni politoloq Armen Baqdasaryan bildirib ki, uşaqdan tutmuş böyüyə qədər, hamı Laçın yolunda baş verənlər barədə fikir yürüdür. Amma artıq bir həftədir Azərbaycan tərəfinin aksiyasına Xankəndidən 3-4 nəfər belə yığılıb bir şüar səsləndirməyib. “Sizcə, niyə belə tendensiyanı izləyirik? Bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilər susur. Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”, - deyə o qeyd edib.
Vardanyanın yeni təxribatı - pafos ritorikası...
R.Vardanyanın Ağdərə şəhərində və Xocavənd rayonunun mərkəzində keçiridiyi görüşləri isə yeni təxribatlar üçün zəmin sayıla bilər. Ermənistan KİV-nin məlumatına görə, Ruben Vardanyanı bu görüşlərdə separatçı rejimin “deputatları” müşayiət ediblər. Vardanyan Ağdərədəki qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkətində olub, onun rəhbərliyi və işçiləri ilə görüşüb. Mövcud vəziyyətdən və Azərbaycanın həyata keçirdiyi siyasətdən danışan milyarder təxribatçı çağırışlar səsləndirib. Qarabağdakı mülki ermənilərlə görüşdə R.Vardanyan hazırkı vəziyyətdə iki ssenarinin olduğunu qeyd edib: “Birincisi döyüşməkdir. Etiraf etmək lazımdır ki, noyabrın 9-dan sonra bizdə sülh yoxdur, əslində müharibə davam edir. Hələ ki ciddi informasiya müharibəsi gedir...”. Ruben Vardanyan deyib ki, ikinci ssenari ermənilərin Qarabağdan getməsidir ki, bu da onlar üçün qəbuledilməzdir: “Buna heç vaxt yol verməməliyik. Müharibə davam edir və bu vəziyyətdə biz mütəşəkkil şəkildə müqavimət göstərməyi bacarmalıyıq. Ağıllı həllər tapmalı və mübarizəyə hazır olmalıyıq. Mən buraya sizinlə birlikdə döyüşmək və qalib gəlmək, həyatımızı və gələcəyimizi müstəqil, təhlükəsiz “Artsax”da qurmaq üçün gəlmişəm”.
Sosial şəbəkələrin erməni seqmentindəki xəbərlərdən belə məlum olur ki, Ruben Vardanyanın revanşist çağırışlarına birmənalı reaksiya yoxdur. Yəni, istər Qarabağdakı ermənilər, istərsə də Ermənistan vətəndaşları Vardanyanın təxribatçı ritorikasını pisləyirlər. Təbii ki, onlar anlayırlar ki, Vardanyanın bu fikirləri arxasında pafosdan başqa heç nə yoxdur.
Vardanyan bir həqiqəti bilməlidir - dəmir yurmuğu yenə görə bilər
Vardanyanın yersiz və heç bir əsasa söykənməyən pafosunun səbəbi və hədəfi bəllidir - 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin “ömürünü uzatmağa” çalışırlar. Hətta son dövrlərdə iki ölkə arasında gedən sülh danışıqları prosesində yeni manipulyasiyalara əl atılır - qondarma qurumun “tərəf” kimi Azərbaycanla danışıqlar aparması istiqamətində səylər göstərilir. Məqsəd ermənilərin Azərbaycanın daxilində hansısa statusla yaşamasını təmin etməkdir ki, Azərbaycanın məsələdəki mövqeyi qətidir - Bu, olmayacaq...
O ki qaldı, Vardanyanın “müharibə” ritorikasına, burada da bəzi nüanslar özünü açıq şəkildə ortaya qoyur. Artıq iki ildir ki, Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə Azərbaycanın tam dolğun məlumatı var. Son proseslərin təhlili də bunu göstərir. Eyni zamanda, vəziyyət Azərbaycanın xeyrinədir. Bunu isə dəyişmək mümkün deyil. Bu mənada, Qarabağa fərqli maraqların əli ilə göndərilən, fərqli planlarla gələn Vardanyanın narahatlığı anlaşılandır. Vardanyan situasiyanı görür - Araik Arutyunyan prosesdən özünü kənarlaşdırıb və Vardanyan tək qalıb. Araik hətta Fransanın timsalında “qaçmağa” yerini də hazırlayıb. Amma Vardanyanın işləri “plan” üzrə getmir. Azərbaycan öncədən də Vardanyanla nəyisə müzakirə etməyəcəyini bəyan edib və bu gün də həmin şəxslə cinayətkar kimi davranmağa tam haqqı var. Qarabağda qurulmasına çalışılan oyunların isə heç bir perspektivi yoxdur. Azərbaycan bununla bağlı qəti tədbir görmək hüququnu özündə saxlayır. Bu, beynəlxalq hüquqda da özünü tövsif edir. Ermənistan və ya onun qondarma qurumu unutmamalıdır ki, Azərbaycan dövləti 44 gün ərzində onların illərlə ümid bağladığı ordunu darmadağın etdi. Dəmir yumruq öz sözünü dedi və Ermənistan kapitulyasiyaya uğradı. Növbəti belə zərbə isə artıq nəinki qondarma qurumu sıradan çıxara, hətta Ermənistan üçün böyük faciələrə yol aça bilər. Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək: “Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

