Beynəlxalq aləmlə aktiv müzakirələr...
24.12.2022 [10:20]
Ölkəmizin haqlı mövqeyi bütün müstəvilərdə qəbul edilir
2020-ci ilin noyabrında imzalanan üçtərəfli razılaşma ilə Vətən müharibəsinin sona çatması rəsmi şəkildə təsdiqləndi.
Regionda davamlı sülhün və təhlükəsizliyin bərpası üçün isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanmalı və bütün problemlər öz həllini tapmalı, bütün suallar cavablandırılmalıdır. Azərbaycan müharibə meydanında qalib tərəf olsa da, hər zamankı kimi sülh tərəfdarı qismində çıxış edir. Ölkəmiz həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə aparılan sülh gündəliyinə sadiqdir. Azərbaycan dövləti problemin beynəlxalq hüquq, beynəlxalq qanunlar əsasında həllini tələb edir.
Ermənistan isə bunun qarşılığında davamlı olaraq siyasi manipulyasiyalara əl atır, sülh prosesini uzatmağa çalışır. Məsələn, əgər bir müddət öncə bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanması imkanlarından danışılırdısa, artıq Ermənistanın qeyri-konstruktiv mövqeyi bunun reallaşmasına mane olduğu aydınlaşır. Halbuki dekabrın 7-də Aİ-nin vasitəçiliyi ilə üçtərəfli görüş nəzərdə tutulurdu. Amma Ermənistanın bu görüşdə Fransa prezidentinin də iştirakını tələb etməsi görüşün baş tutmamasına səbəb oldu. Nəticədə isə sülh prosesi uzanır.
Ölkəmiz regional sülh gündəmini irəli aparmaq əzmindədir
Azərbaycan isə sülh gündəliyinə sadiqdir. Bu, beynəlxalq oyunçular tərəfindən də qəbul və təsdiq edilir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışığı zamanı Ermənistanla sülh müqaviləsi üzrə danışıqları müzakirə edib. Bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib. “Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.
Qeyd edildiyi kimi, Azərbaycan regional sülh gündəmini irəli aparmaq, regionda təhlükəsizliyi bərqərar etmək, əməkdaşlıq plaftormaları yaratmaq əzmindədir. Ölkəmiz üçün əsas prioritet regional inkişafa xüsusi töhfələr verməkdir ki, müharibə bitən gündən Azərbaycan bu fikirləri dəfələrlə bəyan edib. Təbii ki, beynəlxalq oyunçular - ABŞ, Aİ və Rusiyanın timsalında bütün vasitəçi tərəflər, prosesdə iştirak edən ölkələr də anlayır ki, Azərbaycanın sülh məsələsindəki rolu və mövqeyi əsasdır - qalib ölkə olaraq sülh gündəliyini məhz Azərbaycan tənzimləyir. Bununla yanaşı, vasitəçilər Ermənistanın da sülh gündəminə sadiqliyini təmin etməlidirlər.
Azərbaycan etirazında haqlıdır...
H.Hacıyev onu da bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir. “Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - H.Hacıyev əlavə edib.
Təbii ki, Azərbaycan ekofəallarının və QHT-lərinin keçirdiyi etiraz aksiyası haqlı narazılıqdır və bu narazılığı aktual edən məsələlər öz həllini tapmalıdır. İctimaiyyət Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlara biganə qalmır. Eyni zamanda, erməni təxribatı nəticəsində Azərbaycanın öz ərazilərində ekoloji monitorinq aparılmasına mane olunur. Bu yolverilməzdir. Dünya anlamalıdır ki, Azərbaycanın keçirdiyi etiraz dinc və haqlı etirazdır. O ki qaldı Ermənistanın yalan iddialarına, “humanitar böhran” məsələsinə, bütün dünya həmin regionda nələrin baş verdiyini izləyir, bilir. Aksiyaçılar ilk gündən hər hansı bir humanitar problem yaratmaq fikrində olmadıqlarını və buna yol verilməyəcəyini bəyan edib. Faktlar göz önündədir. Azərbaycanlı aksiyaçılar yalnız Qarabağdakı ekoloji terrora son qoyulmasını tələb edir...
Azərbaycanın milli qanunvericiliyinə zidd qeyri-qanuni fəaliyyətlər dayandırılmalıdır
Vurğulandığı kimi, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün beynəlxalq vasitəçilərin təklifləri ilə bağlı müzakirələrdə iştirak edir. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub. Telefon danışığı zamanı bölgədəki cari vəziyyət, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin etirazına səbəb olmuş hadisələr, Avropa İttifaqının Ermənistandakı missiyası, o cümlədən Azərbaycan və Aİ arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə edilib. Nazir Laçın yolunda dinc nümayiş keçirən azərbaycanlıların haqlı etirazlarının səbəbinin Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismarı və ekoloji problemlər, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan sui-istifadə halları olduğunu bildirib. Bu xüsusda, Azərbaycanın milli qanunvericiliyinə zidd olan qeyri-qanuni fəaliyyətlərin dayandırılmasının əhəmiyyəti vurğulanıb.
C.Bayramov, həmçinin guya Laçın yolunun Azərbaycan tərəfindən bağlandığına dair irəli sürülən iddiaların tamamilə əsassız olduğunu, yoldan gün ərzində bir sıra nəqliyyat vasitələrinin mütəmadi əsasda keçdiyini, yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneənin olmadığını diqqətə çatdırıb. Aİ rəsmisi Cozef Borel bölgədə mövcud gərginliyin narahatlıq doğurduğunu bildirib. Bu xüsusda, iki ölkə arasında mövcud sülh gündəliyinə sadiqliyin vacibliyi vurğulanıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göründüyü kimi, Azərbaycan bütün məsələlərlə bağlı beynəlxalq aləmin dəstəyindən istifadə edir. Eyni zamanda, edilən milli maraqlarımıza zidd olan hərəkətlərə ucaldılan ictimai etirazların da haqlı olduğunu ortaya qoyur. Bu, bir daha ölkəmizin apardığı dövlət siyasətinin milli maraqlara söykəndiyini, qətiyyətli mövqeyə sahib olduğunu göstərir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

