Azərbaycan-İsrail münasibətləri...
31.12.2022 [10:20]
Səfirliyimizin açılması bu münasibətlərin inkişafına töhfə verəcək
Nardar BAYRAMLI
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.
Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi yaddaqalan tədbirlərlə qeyd olunub. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. “Likud” Partiyasının lideri Benyamin Netanyahunun yenidən İsrailin Baş naziri seçilməsi ölkələrimiz arasında əlaqələrin daha da yüksəlməsinə təkan verəcək. Xatırladaq ki, bu il noyabrın 1-də İsrail parlamentinə (Knesset) növbədənkənar seçkilər keçirilib. Seçkinin nəticələrinə əsasən, 25-ci çağırış parlamentinin tərkibi müəyyənləşib, daha sonra hökumət koalisiyasının yaradılması proseduru həyata keçirilib. Müxalifət kimi seçkilərə qatılmış Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” Partiyası, Dini Sionist Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu seçki bloku 61 yerlik həddi keçiblər. Ümumilikdə, “Likud” partiyasının rəhbərlik etdiyi sağçı və dini qüvvələr bloku Knessetdə 64 mandat əldə edib və bu səbəbdən ölkə Prezidenti İsxak Hersoq yeni kabineti formalaşdırmaq mandatını Binyamin Netanyahuya vermişdi. Dekabrın 29-da İsrail parlamenti 1 noyabr seçkilərinin nəticələrinə əsasən, “Likud” partiyasının lideri Benyamin Netanyahunun yaratdığı hökumətə etimadın lehinə çıxış edib. Səsvermə zamanı 120 deputatdan 63-ü yeni Nazirlər Kabinetinə etimad göstərilməsinin lehinə, 54-ü əleyhinə səs verib. Netanyahu artıq İsrailin yeni Baş naziri kimi and içib və digər nazirlərin də andiçmə mərasimi baş tutub. Beləliklə, 1996-1999-cu illərdə və 2009-2021-ci illərdə Baş nazir vəzifəsində çalışan Benyamin Netanyahu yenidən bu posta seçilərək İsrailin ən uzunmüddətli baş naziri kimi adını ölkə tarixinə yazdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 29-da Benyamin Netanyahunu İsral Dövlətinin Baş nazir kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Təbrik məktubunda deyilir: “İsrail Dövlətinin Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Bu, dost İsrail xalqının Sizə olan böyük inam və etimadının bariz təzahürü, ölkənizin hərtərəfli inkişafı və rifahı yolunda fəaliyyətinizə və xidmətlərinizə verilən yüksək qiymətdir”. Təbrikdə vurğulanır ki, biz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət veririk. Ötən otuzillik dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin təşəkkülündə və inkişafında Benyamin Netanyahunun xidmətlərinin böyük olduğunu vurğulayıb. “Bu ilin noyabrında Azərbaycanın İsraildə Səfirliyinin təsis edilməsi barədə qərar qəbul edilmişdir. Ümidvaram ki, Səfirliyimizin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafına töhfə verəcəkdir. Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə təbrik məktubunda qeyd edilib.
Yeri gəlmişkən vurğulayaq ki, dekabrın 28-29-da Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub. Səfər çərçivəsində Azərbaycan və İsrail Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən isə Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri səfir Aliza Bin Nun rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti, həmçinin İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Uşpitz ilə görüşüb. Bununla yanaşı, Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə İsrailin Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (MASHAV) rəis müavini Aviv Ezra arasında görüş keçirilib. İsrailə səfər çərçivəsində İsrailin təhsil və elmi araşdırma mərkəzlərinin nümayəndələri ilə də görüşlər təşkil olunub.
Ümumiyyətlə, Benyamin Netanyahunun yenidən İsralin Baş naziri seçilməsinin iki ölkə arasında əlaqələrin daha da güclənməsinə təkan verəcək. Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü ölkədir. Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müdrik siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Onun sözlərinə görə, məhz dövlətimizin başçısının uğurlu siaysəti nəticəsində Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada tanınır: “İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi böyük qədirbilənliklə əbədiləşdirilib. Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdilər, Qarabağın azadlığı uğrunda ortaya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər”.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundna sonra daha da dərinləşəcək, güclənəcək.
Xəbər lenti
Hamısına baxDünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50

