Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Akademik Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi keçirilib

Akademik Ramiz Mehdiyevin "İnkişafın Azərbaycan modeli" kitabının ictimai müzakirəsi keçirilib

15.04.2011 [09:36]

AzərTAc xəbər verir ki, dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İnkişafın Azərbaycan modeli” kitabının ictimai müzakirəsi olub. “İnkişafın Azərbaycan modeli: sosial inkişaf və güclü iqtisadiyyat kontekstində” mövzusunda müzakirələr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) tərəfindən “QHT və medianın iştirakı ilə sosial məsələlərə dair ictimai debatların təşkili” layihəsi çərçivəsində keçirilib. BMAM-ın sədri Rufiz Qonaqov “İnkişafın Azərbaycan modeli” kitabı haqqında ətraflı məlumat verərək bildirib ki, ideya və ön sözün müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan nəşrin redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur. Kitabın məziyyətlərindən danışan R.Qonaqov qeyd edib ki, silsilə məqalələr toplusundan ibarət bu nəşr iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir. Kitabda son 17 ildə Azərbaycanda elmi əsaslarla həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir. Qısa vaxtda cəmiyyətdə maraq doğuran kitabda qloballaşan dünyada böyük əhəmiyyət daşıyan enerji, ərzaq, nəqliyyat təhlükəsizliyi məsələlərinə xüsusi yer verilib, keçid iqtisadiyyatı dövründə ölkəmizin əldə etdiyi uğurlar əksini tapıb. “İnkişafın Azərbaycan modeli” kitabı təkcə ölkədəki sosial-iqtisadi vəziyyətin təhlilini deyil, onun gerçək səbəblərini və doğurduğu nəticələri də özündə ehtiva edir. ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft-qaz siyasəti ilə başlanan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi inkişaf dünyada analoqu olmayan bir modeldir. Akademik Ramiz Mehdiyev bu  iqtisadi modelin fəlsəfəsini ustalıqla açıb. Milli Məclisin deputatları Gülər Əhmədova, Yevda Abramov, Fazil Mustafayev, çingiz Qənizadə, Milli QHT Forumunun sədri Rauf Zeyni bildiriblər ki, “İnkişafın Azərbaycan modeli” kitabında ölkədə həyata keçirilən sosialyönümlü siyasətin mahiyyəti dolğun və hərtərəfli şəkildə açılır. Kitabda bir çox fundamental məsələlərlə yanaşı, ölkədə elmi əsaslarla gerçəkləşdirilən sosial-iqtisadi islahatlara da geniş yer verilib, bu sahədə əldə olunan uğurlardan söz açılıb. Vurğulanıb ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və qurulan model keçid dövrü ölkələri üçün bir nümunə kimi tövsiyə olunur. Əldə olunan nəticələr digər ölkələrlə müqayisədə məhz Azərbaycan modelinin dayanıqlığını ortaya qoyur.
Tədbirdə akademik Ramiz Mehdiyevin kitabı yüksək qiymətləndirilib, nəşrin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışılıb.

Paylaş:
Baxılıb: 871 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30