Fransaya dəyən “şillənin” səsi, yoxsa “Xarı bülbül” dərsi...
17.01.2023 [10:35]
Yael Bron-Pive erməni ictimaiyyətini məyus etdi
Xəbər verildiyi kimi, ötən həftə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfər etdi. Səfərdə onu müşayiət edən nümayəndə heyətinə Milli Assambleyanın vitse-spikeri Valeri Rabo, Xarici Əlaqələr Komissiyasının sədri Jan-Lui Burlanj, deputat Anne Genet və İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, Fransa-Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Patel daxil idi.
Təbii ki, bu səfərin məqsədi hər kəsə bəlli idi - Ermənistana “dəstək” mənzərəsi yaratmaq, Fransanın timsalında Avropanın Ermənistanın “yanında” olması mesajını vermək. Amma ermənilərin gözləntiləri özünü tam şəkildə reallaşdırmadı. Ötən ilin payızında Fransa Milli Assambleyasının məlum qərəzli qətnaməsi nə qədər “pafoslu” idisə, səfər zamanı Assambleya sədrinin davranışları bir o qədər ehtiyatlı sayıla bilərdi. Təbii ki, bunun da özünəməxsus səbəbləri var ki, bu barədə bir az sonra...
Milli Assambleya sədrinin acı etirafı - bu dəfə göz yaşı tökən olmadı
Ermənipərəst Fransanın son bir neçə ayda ortaya qoyduğu mövqe və davranış birmənalı şəkildə beynəlxalq hüquqa zidd idi. Belə ki, öncə Senatın, sonradan isə Milli Assambleyanın qəbul etdiyi “qətnamələr” birtərəfli, qərəzli iftira dolu, ən əsası isə təxribat xarakterli idi. Qeyd edək ki, Fransa hökuməti bu “sənəd” ilə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış etmişdi. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması da təklif olunurdu.
Amma Milli Assambleya sədrinin Ermənistana səfəri zamanı erməni ictimaiyyəti üçün soyuq duş effekti yaradan açıqlama verildi - Yael Bron-Pive “qəbul etdiyi” “qətnamənin” beynəlxalq hüquqa zidd olduğunu etiraf etdi. Belə ki, o, İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında “Parisin Qarabağın müstəqilliyini tanımasının vaxtı çatıbmı?” sualına cavab verərkən deyib ki, bu gün Fransa “Dağlıq Qarabağın” (qondarma rejim nəzərdə tutulur - red.) müstəqilliyini tanımır - bu, bizim tabe olduğumuz beynəlxalq hüquq normalarına uyğundur.
Bəli, bu etiraf özündə olduqca mühüm məqamları əks etdirir. Yael Bron-Pive bu fikirləri dilə gətirməklə Azərbaycanın bu məsələdə haqlı olduğunu, beynəlxalq aləmin Azərbaycanı dəstəklədiyini, Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslandığını etiraf edir. Eyni zamanda, Fransa Milli Assambleyasının sədri qərəzli “qətnamə”dəki çağırışların beynəlxalq hüquqa əsaslanmadığını deyir. Yəni, bir müddət öncə erməni yalanlarının qarşısında “timsahın göz yaşını” tökən Nensi Pelosidən fərqli olaraq Yael Bron-Pive özünə başqa “çıxış yolu” tapmayıb - çünki bu ifadələri işlətməsəydi, onsuz da Fransanın yerlə bir olan imici hansı vəziyyətə düşərdi, bunu təsəvvür belə etmək mümkün deyil.
Təbii ki, bu açıqlama erməni mediasını, erməni ictimaiyyətini razı salmayıb. Onlar erməni lobbisinin təsiri ilə xarici gücləri təmsil edən şəxslərin “ağa qara” deməsinə öyrəşiblər. İndiki halda fransız rəsmisinin bıçaqdan iti olan bu etirafları səfərdə heç bir məqsəd və məram qoymayıb - bütün düşüncə və gözləntiləri darmadağın edib.
Fransanın beynəlxalq arenada düçar olduğu məğlubiyyətlər...
Fransanın bu etirafı isə həm də ona dəyən “şillələrin” səsidir. Rəsmi Parisin bütün gücünü səfərbər edərək Azərbaycanın üstünə gəlməsi - ermənipərəst düşüncə ilə Azərbaycanı “qınaq obyektinə” çevirmək, hətta hansısa sanksiyalara məruz qoymaq arzuları puç oldu. Frankafoniyada yaşananlar bunun sübutudur. Bir müddət öncə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşünün yekun sənədləri olan Cerba Bəyannaməsinin və Frankofoniya ərazisində böhran vəziyyətlərinə həsr olunmuş qətnamə layihəsinin ilkin mətnlərinə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələr daxil edilərək, üzv dövlətlərin müzakirəsinə təqdim olunmuşdusa da... Azərbaycanın təşkilatdakı dostları ölkəmizə qarşı qətnamə layihəsində yer alan müddəalara kəskin etirazlarını bildirmişdilər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməmişdi.
Ötən ilin dekabrında isə Fransanın BMT müstəvisində yaşadığı fiasko daha ağır “fəsadlarla” müşayiət edildi - Avropanın “aparıcı” ölkələrindən biri Azərbaycana öz meydançasında məğlub oldu. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilmədi. Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edildi. Beləliklə, Fransa özü qətnamədən imtina etmək məcburiyyətində qaldı.
Bu kimi “həyati dərslər” Fransanı fakt qarşısında qoyur. Ölkəmizin yürütdüyü siyasət Azərbaycanın siyasi imicinin yüksəlməsinə, beynəlxalq arenada dostlarının artmasına yol açır. Bu, həm də ermənipərəst dairələrin və Fransanın timsalında dövlətlərin ölkəmizə qarşı oynamağa çalışdıqları çirkin oyunların qarşısını alır, onların fiaskosunu reallaşdırır. Beləliklə də, haqq öz yerini tutur...
“Xarı bülbül” dərsi...
Eyni zamanda, Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edərkən “xarı bülbül” emblemi əks olunan sancağıyla rəsmi Parisə gözəl bir dərs verdi - Qarabağ Azərbaycandır!!! Bu dərsin əsas məğzi və mənası regionda yaranan siyasi, hərbi və iqtisadi reallıqları diktə edən tərəfi ermənipərəst güclərə tanıtmaqdır.
Bu dərsin nəticəsi isə Yael Bron-Pivenin timsalında öz əksini tapdı. Ermənipərəst güclər güclərini birləşdirsələr belə, Azərbaycanın ədalətli, haqqa söykənən mövqeyinin qarşısında məğlubiyyətə məhkumdurlar...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

