“bacı” ilə “qardaş” arasında...
19.01.2023 [10:27]
İranın və Ermənistanın Azərbaycanafobiyası
İrəvanla Tehranın “qardaşlaşması” bir tarixi faktı da yada salır. Tehran 1785-ci ildə azərbaycanlı sülaləsindən olan Ağa Məhəmməd şah Qacar tərəfindən İranın paytaxt şəhəri seçilib. Hazırda da Tehranda azərbaycanlıların sayı kifayət qədər çoxdur. Oxşarlıq ondadır ki, İrəvan da zamanında Azərbaycan xalqına məxsus olan bir şəhərdir
MÜBARİZ
Son vaxtlarda İran rejiminin və Ermənistan hakimiyyətinin iki ölkəni bir-birlərinə daha yaxın etmək cəhdlərinin gücləndiyinin şahidi oluruq. İrandan Ermənistana hərtərəfli dəstək mesajları gəlir. Bir qədər bundan əvvəl Ermənistan lideri Nikol Paşinyan İrana səfərə getdi və burada əziz-xələf qonaq kimi qarşılandı. Səfər çərçivəsində yeni sənədlər imzalandı. Ötən ilin ikinci yarısında cənub qonşumuz Qafanda tələmtələsik konsulluq açdı və tədbirə ölkənin XİN rəhbəri Hüseyn Əmir Abdullahian da qatıldı. Siyahı uzundur. Lakin elə sadalanan faktlar da İran-Ermənistan münasibətləri barədə konkret təsəvvür yaratmağa kifayət edir.
Tehranla İrəvanın qardaşlaşması
Cari ilin əvvəlindən də İranın və Ermənistanın yaxınlaşması barədə yeni-yeni xəbərlər alınır. Belə xəbərlərdən biri də İranın paytaxtı Tehranla Ermənistanın baş şəhərinin qardaşlaşacağı barədədir. Ermənistan mediasının yaydığı xəbərdə bildirilir ki, İrəvanın meri Qraçya Sarkisyanla Tehranın meri Əlirza Zəkaninin arasında iki şəhərin qardaşlaşması barədə sənəd imzalanacaq. Xatırladaq ki, İrəvanın meri bu günlərdə Tehrana səfər edib. Səfər Əlirza Zəkaninin dəvəti əsasında baş tutub. Qardaşlaşma haqqında sənədin də məhz bəhs olunan üçgünlük səfər (17-19 yanvar) çərçivəsində imzalanacağı gözlənilir. Qeyd edək ki, İrəvanla Tehranın qardaşlaşması barədə xəbərlər Ermənistan mətbuatında hələ xeyli müddət bundan əvvəl dövriyyəyə buraxılmışdı.
Dünyada ölkələrin paytaxt və yaxud əyalət şəhərlərinin qardaşlaşması praktikası geniş yayılıb. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, şəhərlər qardaşlaşarkən burada müəyyən çərçivələr gözlənilir. Yəni, bu zaman əhali sayına, iqtisadi potensiala və digər mühüm parametrlərə görə uyğun şəhərlər seçilir. Bu mənada Tehranla İrəvanın qardaşlaşmasında heç bir məntiq yoxdur. Tehran bütün parametrlər baxımından meqapolisdir. İrəvanı isə ən yaxşı halda kiçik əyalət şəhəri ilə müqayisə etmək mümkündür. Belə olan halda sual yaranır: Kiçik İrəvanla qardaşlıq nəhəng Tehrana nə verəcək? Əlbəttə ki, heç nə. Bu qondarma qardaşlaşmanın sırf məkrli siyasi çalarlar üzərində qurulduğu hər kəsə bəllidir. Hazırda İran kollektiv Qərbin genişmiqyaslı sanksiyaları səbəbindən təcrid vəziyyətindədir. Ölkə xarici aləmə, dünyaya çıxış axtarır. Bu mənada Ermənistanın da vəziyyəti İrandan çox da fərqlənmir. Ermənistanın işğalçılıq siyasətinə cavab olaraq Azərbaycanın həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Ermənistan dalan ölkəyə çevrilib və bütün regional layihələrdən kənarda qalıb, investisiya cəlbediciliyini tamam itirib. Belə olan halda Ermənistanın və İranın bir-birlərinə qucaq açmaqdan başqa çarələri yoxdur.
İrəvanla Tehranın “qardaşlaşması” bir tarixi faktı da yada salır. Tehran 1785-ci ildə azərbaycanlı sülaləsindən olan Ağa Məhəmməd şah Qacar tərəfindən İranın paytaxt şəhəri seçilib. Hazırda da Tehranda azərbaycanlıların sayı kifayət qədər çoxdur. Oxşarlıq ondadır ki, İrəvan da zamanında Azərbaycan xalqına məxsus olan bir şəhərdir. Şəhərin tarixi abidələrinin əksəriyyəti İslam dininə aid olub. İrəvan 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Ermənistana verilib. Bundan sonra isə şəhərin etnik tərkibi dəyişdirilib və erməniləşdirilib.
Bu paralellərdən hasil olan qənaət ondan ibarətdir ki, Ermənistan və İran hakimiyyəti iki şəhəri “qardaşlaşdırmaqla” əslində tarixi təhrif etmək yolu tutublar. Həm Ermənistanda, həm də İranda Azərbaycanafobiya geniş vüsət alıb. İran rejimi ölkədə təxminən 40 milyon azərbaycanlı toplumun yaşaması reallığından ilan vuran ala çatıdan qorxan kimi ehtiyatlanır. Buna görə də İranda azərbaycanlılar diskriminasiya ilə üzləşirlər. Ermənilərə qucaq açan molla rejimi azərbaycanlıların ana dilində təhsil almaq, qəzet və jurnallar çap etmək hüquqlarını tanımır. Halbuki ölkədəki bir ovuc erməniyə belə imkanlar yaradılıb. Oxşar proseslər son 100 ildə Ermənistanda da müşahidə edilib. Forpost ölkənin ideologiyasında azərbaycanlılara qarşı nifrət aşılanır. Ötən dövrdə digər ərazilərdə olduğu kimi, İrəvanda da azərbaycanlı izlərinin itirilməsi, tarixi toponimlərin eybəcər adlarla əvəzlənməsi, abidələrin üzərinə xaçkarlar yamaq edilməklə onların erməniləşdirilməsi siyasəti həyata keçirilib.
Erməni keşişi Xameyninin “təəssübkeşi”qiyafəsində
Bu günlərdə Cənubi Azərbaycanda yaşayan ermənilərin Yeparxiyasının arxiyepiskopu Qriqor Çiftçiyanın İran rejiminə minnətdarlıq etdiyi barədə xəbərlər yayılıb. Keşiş İran hökumətinin ölkədə yaşayan ermənilərə qayğıkeşliyindən danışaraq ermənilərə aid kilsə və mərkəzlərə verilən dəstəyi yüksək qiymətləndirib. Çiftçiyan İranın ərazi bütövlüyünün qorunub saxlanılmasını bütün ermənilərin böyük arzusu olduğunu qeyd edib.
Erməni keşişinin “iransevərliyi” bununla bitmir. O, bir neçə gün bundan əvvəl Fransanın “Charlie Hebdo” nəşrinin Xamneyinin İranda etirazların yatırılmasındakı rolu mövzusunda karikaturalarını dərc etməsindən “narahatlığını” ifadə edib. “Bu addım ermənilərin də ürəyini yaralayıb”, - deyə keşiş ürək “yanğısını” ifadə edib. Hə, bu da erməni keşişinin “İransevərliyi”. Adam Ermənistanın “böyük bacısı” Fransadan aldığı yağlı şapalağın ağrı və acısını Xamneyiyə “sevgisi” ilə ovutmaq istəyib. İran mollaları, ayətullahları isə erməni keşişinin hiyləgərliyindən sözün əsl mənasında hayıl-mayıl olaraq xumarlanıblar. Bu qədər bəsit!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

