Əfv sərəncamı, amnistiya aktı...
26.01.2023 [10:17]
2023-cü il mühüm humanist addımlarla yadda qalacaq
Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasəti hər zaman humanizm və bu kimi, yüksək ali dəyərlərə söykənib. Bunun nəticəsidir ki, cəmi 30 illik müstəqillik tarixində yüksək hüquqi dövlət quruculuğu prosesi keçmiş ölkəmizdə insan hüquq və azadlıqlarına hörmət, bağışlanma kimi yüksək dəyərlərə istinad hər zaman aktuallığını qoruyub.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan humanizm siyasəti ölkəmizin hüquqi dövlət quruculuğu prosesində mühüm yerə malikdir. Təsadüfi deyil ki, məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə Əfv Məsələləri Komissiyası ilə əvəz olunub. Bütövlükdə, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb ki, Ümummilli Lider tərəfindən imzalanan bu fərmanlar ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Bunlarla yanaşı, ölkəmizdə 1998-ci ildə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasətini və ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev əfv institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib.
Yeri gəlmişkən, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu yaxınlarda keçirilən iclası da qarşıdakı dövrdə mühüm humanist addımların atılacağından xəbər verir. İclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Qeyd edək ki, müvafiq komissiyanın üzvləri KİV-də 2023-cü ildə əfv fərmanının və amnistiya aktının imzalanacağına ümid edilməsi ilə bağlı fikirlər səsləndirirlər. Xatırladaq ki, Prezident İlham Əliyev dövlət başçısı kimi 36 əfv Sərəncamı imzalayıb. Bütövlükdə, indiyə qədər əfv barədə imzalanmış 68 fərman və sərəncam 8987 nəfərə şamil edilib.
Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktı qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib. Ümumilikdə, isə, 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı təxminən 135 min şəxsə tətbiq edilib, 32 mindən çox məhkum cəzaçəkmə müəssisələrindən azad olunub. Bir faktı qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Milli Məclis tərəfindən qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 2021-ci il 5 noyabr tarixli qərar 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə indiyədək qəbul edilmiş ən geniş amnistiyadır. Amnistiyanın tətbiqi nəticəsində şəxslər ayrı-ayrı cəzalardan, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediliblər, bəzilərinin isə cəza müddəti azaldılıb. Bütün bunlar Azərbaycan dövlətinin humanizm siyasətinin əyani ifadəsidir.
Qeyd edək ki, qəzetimizə açıqlamasında da Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirmişdi ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi münasibətilə növbəti əfv prosesinin həyata keçiriləcəyi gözlənilir. Əlbəttə ki, əfv hüququ cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir, amma Əfv Məsələləri Komissiyasının iclaslarından sonra bir qayda olaraq əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Müraciətlərə gəlincə, məhkumlar, onların ailə üzvləri, vəkilləri, eyni zamanda, QHT nümayəndələri, deputatlar tərəfindən müraciətlər olub. Əlbəttə, bütün müraciətlərin ünvanı cənab Prezidentdir. Bu da Prezidentə inam və etibarla bağlıdır.
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

