İmkanı olan erməni baş götürüb qaçır
30.04.2011 [09:49]
Ermənistanın yerli mediasının verdiyi məlumatlara görə, işğalçı ölkənin vətəndaşları dövlətin perspektivlərinə olduqca bədbin yanaşırlar. Belə ki, ağır sosial-iqtisadi vəziyyət, çətinləşən yaşam şərtləri, işsizliyin kütləvi hal alması və ölkə iqtisadiyyatının büsbütün inhisarlaşması Ermənistan vətəndaşlarını tamamilə ümidsizləşdirib. ölkəsində iş tapa bilməyən və işsizlikdən bezən ermənilər xarici ölkələrə üz tuturlar. Bu səbəbdən Ermənistandan mühacirət getdikcə daha da sürətlənir. öz növbəsində, yeni nəslin nümayəndələri də işğalçı ölkədə qalmaq istəmirlər. Bunu Ermənistan İnsan Haqları Mərkəzinin son hesabatı da təsdiqləyir. Həmin hesabatda vurğulanır ki, ölkənin iri şəhərlərində keçirilən miqrasiya problemlərinə həsr olunmuş sorğuya qatılan yetkinlik yaşına çatmış respondentlərin 73 faizi imkanları olsa ölkəni tərk edəcəklərini bildiriblər.
Erməni sosioloqlarının fikrincə, əgər kütləvi mühacirətin qarşısı alınmasa, o zaman, ölkədəki vəziyyət daha da pisləşərək Ermənistanın bölgənin ən yoxsul və perspektivsiz dövlətinə çevrilməsinə səbəb olacaq. öz növbəsində, yaxın gələcək üçün proqnozlar da ümidverici deyil. Məsələn, erməni KİV-nin məlumatlarına görə, həyat şəraitinin ağırlaşacağı təqdirdə qonşu Gürcüstana üz tutaraq orada biznes qurmuş şəxsləri nəzərə almamaq şərti ilə cari ilin sonunadək işğalçı ölkəni daha 300 min nəfərin tərk edəcəyi gözlənilir. Miqrasiyanın belə yüksək səviyyədə olması əhalinin 80 faizinin nə sabaha, nə də Ermənistanın gələcəyinə inamının olmaması ilə bağlıdır: “Beləliklə, Ermənistanı müharibədən sonrakı dövrdə ən ciddi miqrasiya dalğası gözləyir. Bunun qarşısının alınması üçün insanların sabaha inamı bərpa olunmalıdır. Bu isə yalnız mövcud hakimiyyətin dəyişməsindən sonra mümkündür”.
Eyni zamanda, İrəvan Miqrasiya Problemləri Mərkəzinin eksperti H.Manukyan hakimiyyət təmsilçilərinin ölkəni cənginə alan mühacirətin dəhşətli səviyyəyə çatdığını etiraf etmək istəmədiklərinə təəssüflə yanaşıb: “İmkanı olan başını götürüb qaçır. Elə kəndlər var ki, orada hər 10 evdən 5-6-da işıqlar yanmır. Gedənlərin tam əksəriyyəti 25-40 yaş arasında olanlardır. Belədirsə, Ermənistanda kim qalıb işləyəcək və əgər müharibə olarsa, bu ölkəni kim, necə qoruyacaq?”.
öz növbəsində, “Sardarapat” hərəkatı da hesab edir ki, Ermənistan rəhbərliyi mühacirət dalğasının qarşısını almaq və gedənlərin axınını səngitmək üçün faktiki olaraq heç nə etmir. Hərəkatın yaydığı bəyanatda deyilir: “Bu bir həqiqətdir ki, Sarkisyan hakimiyyəti bundan sonra nə etsə də, işğalçı ölkəni tərk edənlərə mane ola bilməyəcək. Mühacirət etmək fikrinə düşənləri, hətta həbs gözləsə də, ermənilər qaçmağa davam edəcəklər”.
Bunu bu günlərdə yerli və xarici mətbuatın müzakirə mövzusuna çevrilmiş erməni qadınlarının ac qalmaqdan və Ermənistanda doğma evində “yaşamaqdansa” qərib ölkədə küçələrdə gecələməyi üstün tutması da sübut edir. Belə ki, yayılan informasiyaya görə, Fransanın miqrasiya xidməti gizli yollarla ölkəyə gəlmiş erməni qadınlarına - 17 yaşlı Klaraya, onun 50 yaşlı anasına və 73 yaşlı nənəsinə sığınacaq verməkdən imtina edib. Ermənistandan gəlib Fransanın Kan şəhərindəki sığınacaq mərkəzindən rədd cavabı alan və bununla da sözügedən təşkilatın yataqxanasından çıxarılan qadınlar artıq bir neçə gündür ki, gecələri şəhərin mərkəzindəki evlərin birinin girişində keçirməyə məcbur olublar. Məlumatda həmçinin, deyilir ki, küçələrdə gecələməkdən səhhətində problem yaranan 50 yaşlı qadın xəstəxanaya düşüb.
Beləliklə, görünən odur ki, Fransada qarşılaşdıqları çətinliklərə baxmayaraq, erməni qadınlar əhalisinin əksəriyyəti yoxsulluğun son həddində yaşayan, işsizlik və səfalətin tüğyan etdiyi Ermənistana qayıtmaqdan qəti şəkildə imtina edirlər. Onlar yerli jurnalistlərə Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər: “Həyatımız üçün çox qorxuruq. çünki Ermənistanda bizi aclıq və səfalət gözləyir”.
SEVİNC
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49

