Yeni baş müşavir təyinatı...
03.02.2023 [10:37]
ABŞ Azərbaycan ilə Ermənistan arasında danışıqları yeni mərhələyə daşıya bilər
Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyin edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb. “Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, - ???? Blinken sosial şəbəkə hesabında yazıb.
Eyni zamanda, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ABŞ dövlət katibi üçün dərin əhəmiyyət kəsb edən bir məsələdir. O bildirib ki, ABŞ Dövlət Departamenti bu məsələ ilə yaxından məşğul olur. “Xüsusilə katib Blinkenin, bildiyiniz kimi, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı olub. Beləliklə, bu, fəal məşğul olmağa davam edəcəyimiz bir məsələdir”, - deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.
O, həmçinin ABŞ-ın Qafqaz danışıqları üzrə yeni baş məsləhətçisinin təyinatı barədə də danışıb: “Luis Bono ABŞ-ın Qafqazda sülhün və sabitliyin təşviq edilməsində iştirakına rəhbərlik edir. O, həm də sələflərinin rolunu daşıyır, Artıq qeyd etdiyim kimi, bu, Bayden administrasiyası üçün davamlı prioritetdir. Və Luis Bono çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan Departamentin yüksək səviyyəli rəsmisidir. O, bu yeni rolu öz üzərinə götürərkən dövlət katibi Blinkenin və Dövlət Departamentinin şəxsi etibarına malikdir”.
Göründüyü kimi, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən proses qlobal miqyasda da diqqət mərkəzindədir. Bunu danışıqlar prosesinə olan maraq, eyni zamanda, vasitəçilik cəhdləri də təsdiqləyir. Danışıqlarla bağlı iki istiqamətdə - Rusiya və Avropa İttifaqının moderatorluğu ilə vasitəçilik reallaşdırılsa da, qeyd olunduğu kimi, sülh gündəliyi Qərbin, əsasən d? ABŞ-ın diqqətindən yayınmır. Bunu, rəsmi Vaşinqtonun davranışları da təsdiqləyir.
Eyni zamanda, bu addım növbəti dəfə ATƏT-in Minsk qrupunun öz aktuallığını itirdiyini, tarixin arxivinə tullandığını təsdiqləyir. Onsuz da illər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu özünün fəaliyyətsizliyi ilə seçilirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupu son nəticədə tarixin arxivinə “yola salındı”. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu.
Azərbaycanın yaratdığı reallıqlar göz önündədir - ölkəmiz böyük bir coğrafiyada stabilləşdirici mövqedən çıxış edir. Bu isə həm də Azərbaycanın tərəfdaşlıq nümunəsi kimi qiymətləndirilməsinə yol açır. Eyni zamanda, dünyanın fövqəlgüc ölkəsi sayılan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün mühüm perspektivlər yaradır. Azərbaycanın apardığı siyasət həm də ABŞ-ın ölkəmizə olan diqqətinin artmasında əhəmiyyətli rol oynayır. ABŞ qlobal səviyyədə təhlükəsizlik, terrorizmlə mübarizə kimi məsələlərdə ardıcıl siyasət yürüdür və Azərbaycan hər zaman rəsmi Vaşinqtonun vacib tərəfdaşı qismində çıxış edib. Bir sıra ölkələrdə sülhməramlı missiyanın tərkibində uğurlu iştirakı Azərbaycan ilə ABŞ-a terrorizmə qarşı mübarizədə vahid platformadan çıxış etmək imkanı qazandırıb. Eyni zamanda, enerji və iqtisadi mövzularda, qaçaqmalçılıqla, kibercinayətkarlıqla, iqtisadi cinayətkarlıqla mübarizədə iki dövlət hər zaman eyni mövqedən çıxış edib. Bu sahələr üzrə mübarizədə də həmişə Azərbaycan ABŞ-ın vacib tərəfdaşı olub.
Ən əsası isə enerji məsələsində Azərbaycan ilə ABŞ-ın maraqları hər zaman üst-üstə düşüb. Hazırki situasiyada ABŞ-ın Azərbaycana istiqamətlənmiş dəstəyi Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmləndir??məsinə yol açacaq faktora çevrilə bilər.
Xatırlatmaq yerinə düşər ki, bu ilin əvvəlində ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparmışdı və bildirilmişdi ki, ABŞ Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviq edilməsinə sadiqliyini davam etdirir. Eyni zamanda, ABŞ-ın Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirdiyi vurğulanmışdı. Qeyd edilmişdi ki, ABŞ təhlükəsiz, sabit, demokratik, firavan və dinc Cənubi Qafqaz regionu ilə bağlı vizyona doğru irəliləmək üçün ən yaxşı perspektivlərə malik olan addımları atmağa davam edəcək. Bundan başqa, ABŞ tərəfinin bir müddətdir ki, münasibətlərin normallaşması yönündə fəallığının “birbaşa dialoq” müstəvisində inkişafı da müsbət perspektivə inam yaradır. Azərbaycan Prezidenti öz çıxışlarında da bu məsələyə toxunub, amma Ermənistan buna adekvat cavab verməyib. Daha doğrusu, müstəqil dövlət olmağı bacarmayan Ermənistanın tutduğu mövqenin özündən asılı olmaması buna imkan yaratmayıb.
Bütün bunları göz önünə gətirdikdə, ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş müşavir təyinatı gələcək perspektivdə sülh və əməkdaşlıq müstəvisində əsaslı dəyişikliklərə yol aça bilmə ehtimalını yaradır. Bunun üçün isə siyasi iradə, təşəbbüslər və münbit şərait mövcuddur.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54

