Ruben Moskvada güllələndi...
14.02.2023 [10:10]
Vardanyanın aqibəti necə olacaq?
Mübariz ABDULLAYEV
Ötən ilin sentyabr ayında Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət apardığı Azərbaycan ərazisinə, konkret desək, Xankəndinə çağırılmamış qonaq təşrif gətirdi. Bu şəxs Moskvadan olan erməni əsilli “iş adamı” Ruben Vardanyan idi. O, sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyəti ilə bağlı məlum videonu “Youtube”də yerləşdiridi və ardınca da Xankəndidə zühur etdi. R.Vardanyan başlanğıcda Qarabağa “erməni arzularının” qanadında həmişəlik gəldiyini desə də və yerə-göyə sığmayan iddialar səsləndirsə də, onun burada mövcudluğu uzun çəkmədi. O, Xankəndidə qəfil zühur etdiyi kimi, qəfil də aradan çıxıb Moskvaya qaçdı. Bu barədə bir qədər sonra. İndi isə Rubenov soyadlı digər bir Ruben barədə söhbət açmaq istəyirik. Ruben Rubenov zamanında təmtəraqla Moskvadan Azərbaycana rəhbər göndərilmişdi, lakin...
Hayla gələn vayla gedər
Bəli, çoxlarımız bilməsək də, bir vaxtlar erməni Ruben Rubenov Azərbaycana rəhbərlik edib. Bu, ötən əsri otuzuncu illərində baş verib. 5 iyun 1893-cü ildə Tiflisdə erməni ailəsində dünyaya gələn Ruben Rubenov 7 fevral 1933-cü il tarixində Moskvadan Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsinə göndərilib və həmin il dekabrın 10-dək bu vəzifəni daşıyıb. Onun bu vəzifədə sələfi Vladimir Polonski olub. Ruben Rubenovu qeyd olunan vəzifədə Mircəfər Bağırov əvəzləyib.
Bu yerdə zamanında Azərbaycana kimlərin rəhbərlik etdiklərini də xatırlatmaq yerinə düşər. Siyahını təqdim edirik:
Viktor Naneyşvili - 48 gün;
Yelena Stasova - 6 gün;
Vladimir Dumbadze - 70 gün;
Qriqori Kaminski - 273 gün;
Sergey Kirov - 1268 gün;
Ruhulla Axundov - 366 gün;
Levon Mirzəyan - 1267 gün;
Nikolay Gikalo - 390 gün;
Vladimir Polonski - 917 gün;
Ruben Rubenov - 306 gün.
Adlar və rəqəmlər kədərli təəssürat oyadır. Göründüyü kimi, Mircəfər Bağırovun 1933-cü ilin dekabrında Azərbaycana rəhbər təyin edilməsinə qədər ölkəmizə 11 nəfər rəhbərlik edib. Onlardan cəmi ikisi azərbaycanlı olub və ikisinin birlikdə rəhbərlik müddəti 452 gün çəkib. Erməni Mirzəyanla Rubenovun müvafiq göstəricisi isə bundan xeyli çox -1573 gündür.
Respublikamıza ermənilərlə yanaşı, ruslar, gürcülər də rəhbərlik ediblər. Həmin simaları ümumiləşdirən yeganə cəhət onların Azərbaycana və xalqımıza olan nifrətləri idi. Bütün qeyri-azərbaycanlı rəhbərlər istisnasız olaraq Bakının milli simasının özgəninkiləşdirilməsinə, burada demoqrafik vəziyyətin qeyri millətlərin, xüsusilə də ermənilərin xeyrinə dəyişdirilməsinə “töhfələr” veriblər. Ancaq düşmən mətbəxlərində hazırlanan məkrli ssenarilər baş tutmadı. Xalqımız onilliklər boyunca diskriminasiyalarla üzləşsə də, sınmadı, dəyanət göstərdi, Bakını və milli kimliyini qorudu. Bu, xalqımızın böyüklüyünün, qüdrətinin təzahürüdür.
Ruben Rubenovun sonrakı taleyi acınacaqlı olub. O, Azərbaycan SSR KP MK-nın Birinci katibi vəzifəsində işlədiyi dövrdə erməni sələflərinin anti-Azərbaycan siyasətini daha geniş miqyasda davam etdirməyə çalışıb. Xalqımızın xoşbəxtliyi onda olub ki, Rubeni cəmi altı aydan sonra geri, Moskvaya çağırıblar. Tale ona respublikamızda törətdiyi cinayət əməllərinin əvəzini, necə deyərlər, artıqlaması ilə ödətdirib. Hayla gələn vayla gedər, deyiblər. Ruben Rubenov 1937-ci il sentyabrın 15-də həbs olunub. Həmin il noyabrın 27-də terror aktları təşkil etməkdə və əks-inqilabi terrorçuluq fəaliyyətində iştirakda ittiham olunub və SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə haqqında ölüm hökmü çıxarılıb. Ölüm hökmü dərhal icra olunub. Ruben Rubenov elə hökm çıxardılan gün Moskvadakı Donskoy qəbristanlığında güllələnib.
Ruben Vardanyan niyə gəlmişdi, niyə qaçdı?
Tarix təkrarlanır. 89 il ötəndən sonra Moskvadan Azərbaycana Vardanyan soyadlı başqa bir Ruben göndərilir. Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Ruben Vardanyanın şübhəli biznes fəaliyyəti ilə məşğul olduğu və çirkli pulların yuyulması ilə özünə böyük sərvət topladığı barədə təkzibolunmaz faktlar var. Transmilli cinayətlərin araşdırlması ilə məşğul olan beynəlxalq təşkilatların hesabatlarından, “The Guardian”, “Suddeutsche Zeitung” və s. nəşrlərdə dərc olunan məqalələrdən aydın olur ki, Ruben Vardanyanın qurduğu “Troyka Dialoq” bankının və digər biznes qurumlarının ətrafında bir qayda olaraq terrorçuların himayə etdikləri iş adamları cəmləşib. Vardanyanın “səriştəsi” sayəsində “Troyka Dialoq” əsas bizneslə yanaşı, bütöv bir ofşor şirkətlər sistemi yaradıb. Bu şəbəkə vasitəsilə çirkli pullar yuyulub. Cəmi bir neçə il ərzində Vardanyanın biznes piramidasının hesablarından 4,5 milyard dollardan çox vəsaitin keçdiyi bildirilir.
R.Vardanyanın şübhəli keçmişinə aid belə faktların sayı çoxdur. Qayıdaq onun “DQR”də zühur etməsinə. Moskvadan xüsusi bir missiya ilə Xankəndinə göndərilən R.Vardanyan burada mövcud olmayan qurumun “dövlət naziri” adlandırılsa da, onun işi-gücü boğazdanyuxarı iddialar səsləndirməkdən və ermənipərəst nəşrlərə müsahibələr verməkdən uzağa getmədi. Azərbaycan rəhbərliyinin qətiyyət və milli iradə nümayiş etdirməsinin nəticəsi olaraq “Vardanyan layihəsi” iflasa uğradı. R.Vardanyan Xankəndinə gizli gəldiyi kimi, gizlincə buradan Moskvaya qaçmaq məcburiyyətində qaldı. Özü də layiq olduğu tərzdə- sülhməramlı əsgərlərin yuyulmaq üçün camaşırxanaya aparılan alt paltarlarının arasında. Sual isə başqadır: Bakıdan Moskvaya qaytarılan Ruben Rubenov orada güllələndi. Bəs Vardanyanın aqibəti necə olacaq?
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08

