Təbii, siyasi, hərbi fəlakətlər
14.02.2023 [10:38]
Fevralın 6-da Türkiyənin on şəhərində baş verən dəhşətli zəlzələ bütün dünyanı sarsıtdı. Qardaş ölkəni hər mənada paramparça edən amansız fəlakət bir həftədir dünya mediasının gündəmində ən çox müzakirə olunan mövzulardan biridir.
Türkiyənin təbii fəlakətlərlə sınağa çəkildiyi bu ağır günlərdə regionumuzda daha nələr baş verib?
İran PUA-ları Ukraynanı bombardman etdi
Fevralın 10-u səhər saatlarında Rusiya Ukraynanı raket atəşinə tutub. Raket hücumları əsasən Ukraynanın kommunikasiya və enerji şəbəkələrini hədəfə alıb.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski fevralın 9-da Avropa İttifaqının növbəti sammitində iştirak edib. Zelenski Avropa Parlamentinə müraciətində ölkəsini “doğma ev”ə, yəni, Avropa İttifaqına gedən yolda dəstəklənməsini xahiş edib.
Fevralın 10-na keçən gecə isə İran istehsalı olan pilotsuz təyyarələr Zaporojye vilayətinin işğal olunmuş ərazilərindən havaya qalxaraq Ukrayna ərazilərinə davamlı surətdə raketlər yağdırıb. Həmin gün Rusiya Ukraynaya ümumilikdə 100-dən çox raket atıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat verib. Atılan raketlərin 71 ədədi qanadlı raketlər olub. Bundan başqa, Volqodonsk vilayəti və Rusiyanın Xəzər dənizinə aid hissəsindən V43 Kh-101 və Kh-555 raketləri səkkiz ədəd Tu-95 MS strateji bombardmançı təyyarəsi vasitəsilə Ukraynaya atılıb.
Rusiya ordusu Ukraynaya hücumlarda 35 ədəd S-300 raketindən də istifadə edib. Lakin S-300 raket kompleksi əsasən hava hücumları üçün nəzərdə tutulduğundan qurudakı obyektləri dəqiq vura bilməyib.
Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus 61 qanadlı raketi və İrana məxsus 7 “Şahid” kamikadze pilotsuz uçuş aparatından beşini məhv edib. Kiyev meri Vitali Kliçko paytaxt səmasında üst-üstə 10 raketin vurulduğunu bildirib. Lvov vilayətində isə raketlərdən biri avtobus dayanacağına yaxın düşsə də, partlamayıb. Daha bir raket sanatoriya yaxınlığında partlayıb, lakin xoşbəxtlikdən insan tələfatı olmayıb. Xarkov vilayətində isə raket hücumu nəticəsində 8 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Ukraynaya son raket hücumları nəticəsində 4 istilik-elektrik stansiyası zədələnib. Ölkənin energetika naziri German Qaluşenko bildirib ki, təkcə istilik-elektrik stansiyaları deyil, su-elektrik stansiyaları və digər yüksək gərginlikli infrastrukturlar da raket zərbələrindən yararsız vəziyyətə düşüb.
Ölkənin bir çox rayonlarında elektrik enerjisi kəsilib. Ən çətin vəziyyət Zaporojye, Xarkov və Xmelnitski vilayətlərində yaranıb.
Ümumilikdə, Rusiyanın hücumları və Zaporojye AES-in işğalı səbəbindən Ukrayna hazırda nüvə enerjisi istehsalının 44%-ni, istilik-elektrik stansiyalarının gücünün isə dörddə üçünü müvəqqəti olaraq itirib. Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal hökumətin iclasında bildirib. O əlavə edib ki, son dörd ayda “Ukrenerqo” yarımstansiyalarına dəfələrlə hücum olunub.
Moldova və Rumıniya hədəfdə
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Qara dənizdən Ukraynaya atılan iki “Kalibr” raketinin Moldova və Rumıniyanın hava məkanına keçdiyini bildirib. Moldova Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Hadisə ilə bağlı Rusiya səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Rumıniya hökumətinin nümayəndəsi Rusiya raketlərinin ölkə üzərində uçuşunu rəsmən təsdiqləyə bilmədiklərini deyib. Müdafiə Nazirliyindən bildirilib ki, Rusiyaya məxsus “Kalibr” raketi ölkə sərhədindən təxminən 35 kilometr məsafədə Moldova hava məkanını yararaq keçib. Xatırladaq ki, Rumıniya NATO-nun üzvüdür və olay təsdiqini taparsa, Buxarest Şimali Atlantika Alyansından reaksiya tələb edə bilər. İran qırıcıları Ukrayna səmasında
İran Ukraynanın işğalına əlindən gələn köməyi göstərməkdə davam edir. Belə ki, fevralın 10-u axşam saatlarında Nikolayev və Odessa vilayətlərinin səmasında İranın pilotsuz kamikadze təyyarələrinin uçuşu təsdiq olunub. Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim hesab edir ki, bu, növbəti hava hücumları dalğasının başlanğıcıdır.
10 fevralda Ukraynanı dayanmadan raket atəşinə tutan Rusiya elə həmin gün 1140 hərbçisini itirib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının fevralın 11-nə olan xülasəsində deyilir. Bu, müharibənin davam etdiyi bir il ərzində Rusiyanın bir gündə verdiyi ən böyük itkidir. Müharibə başlayandan bəri Rusiyanın itkiləri 136.880 nəfərə çatıb.
Uqledar məğlubiyyəti: Rusiya uduzur?
Bu arada tanınmış Rusiya və Ukrayna blogerləri Rusiyanın Sakit Okean Donanmasının 155-ci piyada dəniz briqadasının Uqledar yaxınlığındakı məğlubiyyəti barədə davamlı xəbərlər yaymaqdadırlar. Müharibə Tədqiqatları İnstitutu (ISW) növbəti hesabatında bu məğlubiyyətin səbəbini açıqlayıb.
Analitiklərin fikrincə, Rusiyanın Uqledardakı uğursuz hücumunun son görüntüləri Rusiya media məkanını sarsıdıb. Putinin alovlu təbliğatçıları, eləcə də radikal nasistlər artıq hərbi rəhbərliyi tənqid etməyə başlayıblar. Ukraynanın işğalını dəstəkləyən və milyonlarla izləyicisi olan blogerlər rus komandirlərinin ağır itkilərə səbəb olan səhvləri hər dəfə təkrarlamaları barədə hiddətlə çıxış edirlər. ISW yazır ki, Uqledar bölgəsində rus ordusunun məğlubiyyətini əks etdirən kadrlar işğalçıların son dərəcə səmərəsiz taktikadan istifadə etdiyini göstərir. Bu da 155-ci briqadanın hərbi təlim keçməmiş səriştəsiz “könüllülər”dən ibarət olduğunu deməyə əsas verir.
Co Bayden: “Putinin heç bir şansı yoxdur”
Rusiyanın Moldova və Rumıniyaya da diş qıcadığı bu günlərdə ABŞ prezidenti Co Bayden Vladimir Putinin artıq “Ukraynanı itirdiyini” bildirib. Ağ Ev rəhbəri “PBS News Hour”a müsahibəsində Putinin Ukraynanın öhdəsindən gəlmək şansı olmadığını deyib:
“O, Ukraynanı artıq itirib. Putin düşünürdü ki, Ukraynanı işğal edəcəyi zaman bu ölkənin rusdilli əhalisi onu sevinclə qarşılayıb, “buyur, keç içəri” deyəcək. İkinci bir tərəfdən, o, NATO-nun dağılacağını, onun təcavüzkar hərəkətlərinə qarşı NATO-nun heç nə etməyəcəyini, bu təşkilatın onun addımlarına qarşı hərəkətə keçməkdən qorxacağını düşünürdü. Gördüyünüz kimi, bunların heç biri baş vermədi”.
Putin öz ampluasındadır
Rəsmi Moskva isə “bütün nasistləri zərərsizləşdirməyincə” Ukraynadan geri çəkilməyəcəyini bir daha bəyan edib.
Rusiya prezidenti Vladimir Putin “Rusiya tələbələri” günündə Lomonosov Universitetinin müdavimləri ilə görüşündə Ukraynadakı müharibədən söz açıb. Rusiya prezidenti 11 ay öncə qonşu ölkəyə hərbi müdaxilə etmələrinə bəraət qazandıran cümlələr işlədib. Putin bu savaşda Rusiyanın haqlı olduğunu, heç bir halda Ukraynada nasizmin qol-qanad açmasına imkan verməyəcəklərini bəyan edib. O, Rusiyanın qələbəyə çox yaxın olduğunu da vurğulayıb.
Rusiya az idi, İran da “gəmi ilə gəldi”
Rusiya ilə Ukraynadan fərqli olaraq bu günlərdə İranla Ermənistan arasında bacılıq münasibətləri istiləşməkdədir.
İranın Ermənistandakı səfiri Abbas Zühuri İrəvanda keçirilən tədbirdə ölkəsinin Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğu, Ermənistan-Azərbaycan sərhədlərinin dəyişdirilməsinə imkan verməyəcəyi barədə reallığa uyğun olmayan açıqlamalar səsləndirib. Azərbaycan İranın bu cür xain addımlarına, demək olar ki, öyrəşib. Amma İranın bu mövqeyi heç Ermənistanın da xeyrinə deyil, çünki Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın Zühurinin çıxışı ilə eyni gündə verdiyi açıqlama İranın istəklərinə ziddir. Paşinyan Azərbaycanla nəqliyyat yollarının açılmasına tərəfdar olduğunu bildirib. Görünən budur ki, Rusiya azmış kimi bu yandan da İran İrəvana nəyi necə etməli olduğunu diktə eləməyə başlayıb. Doğrudur, İranın anti-Azərbaycan fikirləri ilk baxışdan ermənilərə xoş gələ bilər, lakin reallığı nəzərə alsaq, Zühurinin zühurunda ermənilərin xeyrinə heç bir not yoxdur. Bütün bu məqamları anlamağa başlayan və Rusiya ilə İrandan can qurtarmağa çalışan Paşinyan bu səbəbdən üzünü Avropa İttifaqına, xüsusilə də Fransaya tutur. Fəqət Fransa da bölgədə öz maraqlarını yeritmək üçün Ermənistandan sadəcə istifadə etmək niyyətindədir. Bu situasiyada ermənilərin real çıxış yolu yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

