Vardanyan Qərb mətbuatının hədəfində...
21.02.2023 [10:46]
İsveçrənin SFR teleradio şirkəti: Ruben Vardanyan Rusiyanın “Troyka” bankının rəhbəri idi və çirkli pulların yuyulması ilə bağlı beynəlxalq sistemdə mərkəzçi rollardan birini oynayırdı.
Cinayətkar oliqarx Ruben Vardanyanın Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ ərazilərində görünməsi Qərb mediasının da diqqətindədir. Onun əsasən Rusiyanın müəyyən dairələri tərəfindən Qarabağa göndərilməsinin səbəbləri isə artıq geniş müzakirə obyektinə çevrilib. Daha dəqiq desək, “Vardanyan kartı”, yaxud “Vardanyan layihəsi” adı altındakı siyasi oyunun təməlində dayanan məsələlərdən biri də budur ki, o, sözügedən plan əsasında məhz “Qərbin uşağı” kimi tanınan Paşinyan hakimiyyətini devirməli, özünü onunla əvəzləməlidir. Yəni, Qarabağdakı separatçı rejim Vardanyanın Ermənistana transferi üçün bir növ “tramplin” rolunu oynamalıdır.
“Moskvanın marioneti” kimi təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev də Münhen konfransında bu məsələyə xüsusi olaraq toxunub və Vardanyan layihəsinin hansı məqsədlərə söykəndiyini açıq şəkildə bəyan edib. Bu reallıq yalnız Azərbaycana məxsus faydalı qazıntıların separatçı-quldur rejim tərəfindən talanması, ekologiyamıza, flora və faunamıza vurulan ciddi ziyanlarla əlaqələndirilmir, həm də bütövlükdə suveren ərazilərimizə qarşı müdaxilə olaraq qiymətləndirilir. Məhz bu yanaşmalar Ruben Vardanyanın korrupsioner fəaliyyəti ilə yanaşı, digər cəhdlərini açığa çıxarmış olur.
Beləliklə, Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdəki özbaşınalıqlar İsveçrənin nüfuzlu SFR teleradio şirkətinin də diqqətindən kənarda qalmayıb. Vardanyanın cinayətkar fəaliyyətinə həsr olunmuş verilişin başlığı da diqqət çəkib. Daha dəqiq desək, Vardanyan “Moskvanın marioneti” olaraq təqdim olunub.
Verilişdə qeyd edilib ki, onun bütün aktivləri paralel olaraq korrupsiya fəaliyyəti ilə bağlıdır. “Vardanyan Rusiyanın “Troyka”“ bankının rəhbəri idi və çirkli pulların yuyulması ilə bağlı beynəlxalq sistemdə mərkəzçi rollardan birini oynayırdı”, - deyə vurğulayan SFR telekanalı əlavə edib ki, oliqarx ötən il Ermənistanda faktiki olaraq “vətəndaş cəmiyyəti” hərəkatı yaradıb və siyasi partiyaya daxil olub. “Onun Qarabağdakı işi Ermənistandakı siyasi karyerasının xeyrinə hesablana bilər”, - deyə verilişdə bildirilir və qeyd olunur ki, Ruben Vardanyan regiona Ermənistanın baş naziri Nikol Paşinyana siyasi alternativ şəklində göndərilib.
“El mundo Financiero” qaçaq oliqarxa qarşı...
Xatırlatmaq yerinə düşərdi ki, Qərb mediası ilk dəfə deyil ki, cinayətkar oliqarxı hədəfə alır. Bundan əvvəl İspaniya mətbuatı da Vardanyanın sülhməramlıların müvəqqəti məskunlaşdığı zonada missiyası haqqında silsilə yazıları ilə çıxış edib. “El mundo Financiero” nəşri Rey Universitetinin professoru Xuan Karlosun qaçaq oliqarxın Qarabağda peyda olması ətrafında və siyasi manevrləri barədə yazıb.
“Vardanyanın Rusiya vətəndaşlığından imtinasının arxasında Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan yayınma cəhdi ilə yanaşı, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın dəyişdirilməsi əməliyyatı da ola bilər”, - deyə məqalədə xüsusi olaraq vurğulanıb.
Bu faktlar isə əbəs yerə Qərb mətbuatı səhifələrində yer almır. Çünki reallıq, beynəlxalq hüquq və həqiqət Qarabağın Azərbaycanın ayrılmaz ərazisi olduğunu kifayət qədər isbatlayır. Belə olan halda isə Qarabağın hansısa bəlli siyasi mərkəzlərin əlində siyasi alət kimi istifadə edilməsi ilk növbədə Cənubi Qafqazda dayanıqlı sülhün əldə edilməsinə ciddi maneələr yaratmaqdadır. Hər halda, “Vardanyan kartının”, yaxud “layihəsinin” qısa zamanda iflasa uğrayacağı da an məsələsinə çevrilib və hadisələr də məhz bu istiqamətdə inkişaf etməkdədir.
Emin
Xəbər lenti
Hamısına baxSosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08

