Münhen Təhlükəsizlik Konfransından sonra...
23.02.2023 [10:29]
Hərbi təxribatların törədilməsi nəyə hesablanıb?
Nardar BAYRAMLI
Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Erməni tərəfinin bu hərbi təxribatları nədən xəbər verir? Ermənistan adətən mühüm beynəlxalq tədbirlərin və Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində görüşlərin keçirilməsindən sonra belə hərbi təxribatlar törədir. Budəfəki təxribatların baş verməsi bir neçə gün öncə keçirilmiş Münhen Təhlükəsizlik Konfransında aparılan müzakirələrlə bağlı ola bilərmi? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, gecə saatlarında Tovuz və Sədərək istiqamətində Ermənistan ordusunun, Kəlbəcər, Xocavənd və Şuşa istiqamətində isə qanunsuz erməni silahlılarının hərbi təxribatlar törətməsi Ermənistanın sülh istəmədəyini göstərir. Bununla yanaşı, rəsmi İrəvan regional və qlobal əhəmiyyətli Münhen Təhlükəsizlik Konfransının nəticələri ilə hesablaşmaq niyyətində olmadığını nümayiş etdirir. Ermənistanın regionda sabitliyin tərəfdarı olmadığını deyən politoloqun fikrincə, Münhendə əldə edilmiş razılaşmalar, müzakirələr, təkliflər və tövsiyələr rəsmi İrəvanın qəbul edəcəyi məsələ deyil. Çünki Ermənistan Cənubi Qafqaz regionunda təhlükəsizliyə qarşı ciddi təhdidlər törədir. Erməni tərəfinin ordumuzun mövqelərini atəşə tutmasının bir məqsədi də Azərbaycanı hərbi-siyasi təxribata sürükləməkdir.
Politoloq, həmçinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Fransa prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa söhbətin baş tutduğunu xatırladaraq deyib ki, böyük ehtimalla həmin görüş digər məsələlərlə yanaşı, Cənubi Qafqaz bölgəsində təhlükəsizlik arxitekturasına zərbə vurmağa hesablanıb. Nəzərə almaq lazımdır ki, Münhendə ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyan arasında görüş keçirildi. Həmin görüş sülhə yaxınlaşmaq üçün yaxşı imkan idi. Lakin Paşinyan ölkəsinə döndündək sonra hərbi təxribatın törədilməsi ilə sülh imkanlarını pozmaq istiqamətində göstəriş verdi. Yəqin ki, o, bu məsələdə E.Makronun “tövsiyəsi” ilə davranıb.
Digər bir məqam isə, hərbi təxribatların Avropa İttifaqının 100 nəfərdən ibarət monitorinq missiyasının Ermənistana yerləşməsindən dərhal sonra törədilməsidir. İ.Hüseynov qeyd edib ki, delimitasiya olunmamış sərhədlərimizdə və müvəqqəti olaraq ərazimizdə yerləşən Rusiya sülhməramlılarının olduğu bölgədə silah səslərinin eşidilməsi regional təhlükəsizlik baxımından həyəcan təbili çalmağa əsas verir: “Avropa İttifaqının mülki missiyası fevralın 20-də Ermənistanın ərazisində fəaliyyətə başladı. Missiyanın fəaliyyətinin ilk günlərində erməni tərəfinin hərbi təxribatlarını qeydə aldıq. Əslində, bu missiya obyektiv fəaliyyət göstərəcəksə, Ermənistan hakimiyyətini qorumaq əvəzinə regionda sülhə töhfə verməyə çalışmalıdır. Məqsəd sadəcə, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olmamalı, bölgənin gələcək inkişaf perspektivlərinə töhfə verməlidir. Avropa İttifaqının missiyası Ermənistanın bu hərbi təxribatını öz hesabatına daxil etməli və Brüsselin yüksək ranqlı məmurları bu hadisəni müzakirə etməlidirlər. Belə olmayacağı təqdirdə biz həmin missiyanın kifayət qədər şübhəli xarakter daşıması qənaətinə gələ bilərik. Ona görə də, düşünürəm ki, missiya ehtimal olunduğu kimi bölgədə sülhdən daha çox gərginliyin artırılmasına hesablanıb. Bu təxribatların fonunda biz digər hadisələrin də şahidi oluruq. Belə ki, artıq Ermənistanda yerləşən Rusiyanın Cənub Hərbi Dairəsinin 102-ci hərbi bazasının heyəti hərbi təlimlərə başlayıblar. Bu təlimlərin hərbi təxribatlardan sonra başlaması heç də təsadüfi hesab oluna bilməz”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36

