"Vardanyan layihəsi" nin iflası rəsmiləşir…
23.02.2023 [11:04]
Azərbaycanın qətiyyəti bu məsələdə də öz sözünü dedi
Azərbaycanın apardığı qətiyyətli siyasi xətt Ermənistanı və Qarabağda yaratmağa çalışdığı separatçı rejimi "mat" vəziyyətinə salıb. Belə ki, post-müharibə dövründə siyasi böhrandan, sosial problemlərdən qurtula bilməyən Ermənistan çabaladıqca batır – yeganə yol Azərbaycanla münasibətləri normallaşdırmaq, sülh müqaviləsi imzalamaqdır. Qarabağdakı separatçı rejim isə müəyyən manipulyasiyalar ilə "varlığını" sübut etməyə çalışır. Amma…
Proseslər Azərbaycanın müəyyənləşdirdiyi treyktoriya ilə inkişaf edir. Azərbaycan bütövlükdə danışıqlar prosesində öz qətiyyətli mövqeyini ortaya qoyub – Qarabağ sülh müqaviləsinin müzakirə predmeti ola bilməz. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı plenar iclasda çıxışı zamanı bildirdi ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil…
"Könülsüz" Ruben…
Artıq aylardır separatçılar arasında davam edən gərginlik isə pik həddə çatıb. Belə ki, erməni mətbuatının yazdığına görə, Ruben Vardanyan separatçı rejimdə tutduğu "vəzifəsi" ilə vidalaşır. Məlumata görə, bu, baş separatçı Araik Arutyunyanın "səyi" ilə baş tutacaq. Xankəndidən olan müxalifətçi Tiqran Petrosyanın xarici mətbuata verdiyi məlumata görə, Arutyunyan Vardanyanı tutduğu vəzifədən "azad edəcək". Yerinə isə qondarma rejimin başqa bir üzvü - "baş prokuror" Qurgen Nersisyan təyin olunacaq. Petrosyan bildirib ki, bu xəbəri Nersisyan, Arutyunyan və Vardanyanla görüşlərdən sonra alıb. Onun sözlərinə görə, Nersisyan bununla bağlı "qərarın" artıq qəbul olunduğunu bildirib: "Sonra mən Vardanyanla görüşdüm. Söhbətdən başa düşdüm ki, bu qərar kənarda verilib, deyilib ki, Vardanyan getməlidir. Arutyunyan isə qalmalıdır. Təfərrüatlarına varmayacam. Amma Vardanyan deyir ki, istefa verməyəcək".
Ermənilər Vardanyana nifrət edir…
Bir neçə ay öncə böyük "ümidlərlə" Xankəndinə göndərilən Vardanyanın belə tezliklə köçünü yığıb gedəcəyi gözlənilmirdi. Ən azından onu Xankəndinə göndərənlər üçün ötən 5-6 ay əsl kabusa çevrilidi. İlk növbədə, Vardanyan onun qarşısına qoyulan heç bir öhdəliyi yerinə yetirə bilmədi və 2023-cü ilin başlanğıcından etibarən baş verənlər bu layihənin uğursuzluğunu tam rəsmiləşdirdi. Qarabağa "göndərilən" zaman konkret situasiyanı dəyişmək planlarını həyata keçirməli olan Vardanyan həm də Ermənistana transferi üçün zəmin yaratmalı idi. Amma Ruben nəinki İrəvan ermənilərinin "ürəyini fəth etmədi", hətta Qarabağdakı ermənilərlə belə qanlı-bıçaq düşmənə çevrildi.
Çünki Vardanyan Qarabağda yaşayan ermənilərə qarşı çirkin addımlardan çəkinmədi – məqsədli şəkildə dükanları boşaltdırdı, gələn ərzaqların gizlədilməsini əmr etdi və beləliklə Qarabağ ermənilərini özünün məkrli planlarına alət etdi – guya Azərbaycanın "blokada" həyata keçirdiyini sübut etmək üçün erməniləri yanacaqsız, qidasız və rabitəsiz yaşamağa məcbur etdi. Beləliklə, R.Vardanyan layihəsi indi yox, aylar öncə iflas etmişdi – Xankəndi əhalisi onun çağırışlarına əhəmiyyət verməyərək mitinqə çıxmayan zamanlarda…
Rusiya regiondan çəkilir?
Eyni zamanda, bəzi siyasi mütəxəssislər Vardanyanın Xankəndini tərk etməsi ilə bağlı məlumatı Rusiyanın regiondan çəkilməsi kimi də dəyərləndirir. Qeyd edək ki, Vardanyanın ən azından Moskvanın hansısa yüksək dairələrinin əlaltısı olması faktı cəmiyyət üçün sirr deyl - Vardanyan kartı vaxtından tez ifşa edilmişdi. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri cəmiyyətə bəyan etmişdi və bildirilmişdi ki, Ruben Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib bir cinayətkardır. Sonradan hətta Rusiya vətəndaşlığından imtinası belə Vardanyanı bu siyasi asılılıqdan "xilas" etməmişdi. Beləliklə, Moskvadan çox aydın gündəliklə göndərilən Vardanyan bu gün artıq "çemodan əhval-ruhiyyəsindədir". Belə demək mümkündürsə, ona güvənən, yeni mərhələdə onu İrəvan hakimiyyəti üçün "nəzərdə tutan" qüvvələrin ümidlərini dorğrultmayan Vardanyanın işə yarama – "istifadə müddəti" bitdi.
Paşinyanın adamı – Nersisyan…
Erməni mətbuatının Vardanyanın "göndərilməsi" ilə bağlı yer alan məlumatlarda digər bir məqsədin Qarabağdakı ermənilərin Ermənistana "inamını" artırmaq istəyinin olması da vurğulanır. Proseslərin inkişfı göstərir ki, Ermənistan artıq bir müddətdir qondarma quruma qarışmır – hətta keçmiş "funksionerlərin" təmizlənməsi prosesinə də qarışmamışdı. İndiki yerdəyişmə isə vəziyyətə köklü təsir edə bilər. Çünki Vardanyanı "əvəz edəcək" şəxs də Paşinyanla eyni "şineldən çıxıb" – Nersisyan da Ermənistanda "Sorosun adamı" kimi tanınır. Bu mənada, "təyinatında" Paşinyanın da mühüm rol oynadığı vurğulanır. Yəni, Paşinyan separatçı regimin qarşıdakı mərhələdə ona "mane olmayacağını" tam dəqiqləşdirmək üçün belə bir plana gedir. Nersisyanın seçilməsində də əsl məqsəd bundan ibarətdir.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

