Vardanyanın gedişi nələr vəd edir...
25.02.2023 [10:41]
Münasibətlərin normallaşması prosesində yeni mərhələ başlaya bilər
Ötən ilin sentyabrından başlanan, noyabrdan aktiv fazaya qədəm qoyan “Vardanyan layihəsi” rəsmi şəkildə bitdi. Böyük “ümidlərlə” Moskvadan Xankəndiyə “export” edilən, amma ötən dövrdə bu ümidləri puça çıxaran Ruben Vardanyan Qarabağdakı “vəzifəsindən” qovulub. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyan saxta “dövlət naziri” Ruben Vardanyanı “tutduğu vəzifədən azad edib”. Məlumatı “Novosti Armenia” yayıb.
Niyə gəlmişdi, nə “qazandı”?
Vardanyanın “qovulması”nın arxasındakı səbəblər və ortaya çıxacaq yeni situasiyaya keçməzdən öncə bir məsələyə toxunmaq lazımdır - Vardanyanın Xankəndiyə gəlişi səbəbinə... Qarabağa “göndərilən” zaman onun qarşısına konkret vəzifələr qoyulmuşdu. Vardanyan Azərbaycanın əldə etdiyi zəfərin fonunda yaranan yeni siyasi-hərbi reallıqları dəyişməli, beynəlxalq aləmin diqqətini regiona cəlb etməli, Qarabağda “millətçilik kartı”nı ortaya atmalı və “rus icması” kimi ideyaların “pöhrələnməsinə” yardım göstərməli idi. Ötən aylardan sonra ortaya çıxan mənzərə isə birrənglidir - Vardanyan bütün kateqoriyalar üzrə imtahandan “iki” aldı. Ən əsası, Vardanyan kartı vaxtından tez ifşa olundu. Azərbaycan ilk addımdaca Vardanyanla bağlı həqiqətləri cəmiyyətə bəyan etdi və bildirdi ki, Ruben Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib bir cinayətkardır. Sonradan hətta Rusiya vətəndaşlığından imtinası belə Vardanyanı bu siyasi asılılıqdan “xilas” etmədi.
Beləliklə, Moskvadan çox aydın gündəliklə göndərilən Vardanyan Qarabağ separatçılarına qoşulan zaman üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədi. Vardanyan Azərbaycanın təbii sərvətlərini rahat şəkildə oğurlayacağını, həm özünün varidatını artıracağını, həm də havadarlırının ciblərini dolduracağını düşünürdü - amma Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axmadı. Ekofəalların aksiyaları Vardanyanı Xankəndiyə göndərənlərin qarşısında “üzüqara” çıxardı.
Eyni zamanda, “moskvalı Ruben” separatçı rejimə bu və ya digər yollarla müəyyən beynəlxalq status da qazandıra bilmədi. Halbuki ilk vaxtlarda onun bu xüsusda addımları müşahidə olunurdu. Məsələn, Xankəndiyə hava yolunun açılması ilə bağlı təklif buna hesablanmışdı. Digər tərəfdən, biznes ortaqlarının əli ilə xarici ölkələrdə rejim təmsilçilərinin “təbliğatının” təşkil edilməsi planlaşdırılırdı ki, bu da son nəticədə fiaskoya uğradı. Beləliklə, hərbi quldur dəstəsinin danışıqlarda “siyasi tərəf” olması üçün edilən cəhdlər də boşa çıxdı...
Azərbaycanın tələbi - Vardanyan bizim ərazimizi tərk etsin!
Vardanyanın bütün fiaskolarının əsası Azərbaycanın qəti və dəyişməz mövqeyindən qaynaqlanırdı. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, Ermənistanın Qarabağda yaratdığı qondarma separatçı qurumla hər hansı bir məsələnin müzakirəsinin yolverilməzliyi önə çəkilirdi - Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Qeyd olunurdu ki, cinayətkar separatçı qurumla isə hər hansı bir müzakirə aparılmayacaq. Hətta Prezident İlham Əliyev bir neçə gün öncə baş tutmuş Münhen Təhlükəsizlik Konfransında çxışında da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin”.
Nersisyan kimin layihəsidir?
Artıq separatçı rejimdə Vardanyan “təmsil olunmayacaq”. Onu isə qondarma “vəzifədə” Qurgen Nersisyanın əvəz edəcəyi bildirilir. Bu şəxs Paşinyanla eyni “şineldən çıxıb” - Nersisyan da Ermənistanda “Sorosun adamı” kimi tanınır. Bu mənada, onun “təyinatında” Paşinyanın da mühüm rol oynadığı vurğulanır. Yəni, Paşinyan həm də separatçı rejimin qarşıdakı mərhələdə ona “mane olmayacağını” tam dəqiqləşdirmək üçün belə bir plana gedir. Nersisyanın seçilməsində də əsl məqsəd bundan ibarətdir.
Nersisyan həm də Ermənistanın Avropa İttifaqı xəttinə “sadiqliyini” separatçı rejimin daxilində təmin etməlidir. Başqa sözlə, hələ də Birinci Qarabağ müharibəsinin eyforiyasından ayılmayanları, Rusiyaya daha çox maraq göstərənləri “öz yolundan” döndərməlidir və ya onların Paşinyana mane olmasının qarşısını almalıdır. Nersisyanın indiki halda Vardanyanı “əvəzləməsi” Fransanın prosesə müdaxiləsini daha da aktivləşdirmək üçün qurulan plan da ola bilər - o baxımdan ki, separatçıları sülh prosesinə pərçimləyə bilməyən Ermənistan-Fransa cütlüyünun məsələni bu yolla “Aİ müstəvisinə” daşımaq istəyinə düşmək ehtimalı yaranar. Amma bu faktor da işə yaramayacaq - çünki yeni sülh gündəmi birmənalı şəkildə ABŞ-ın nəzarətində inkişaf edir. ABŞ isə heç bir vaxt prosesi Fransanın şəxsi ambisiyalarına və ya maraqlarına “qurban” verməz. Beləliklə, Nersisyanın Vardanyanı əvəz etməsi də sülh prosesinə heç bir təsir göstərə bilməyəcək. Proseslərin təhlili göstərir ki, vəziyyət Azərbaycanın xeyrinədir. Eləcə də, nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə bilməz.
Rusiya çıxılmaz vəziyyətdə...
Təbii ki, proseslərin inkişafı Rusiya üçün o qədər də ürəkaçan deyil. Son zamanlar baş verənlər prosesin Kremlin nəzarətindən çıxdığını deməyə əsas verir. Vardanyanın göndərilməsi isə Rusiyanın maraqlarını ciddi şəkildə zərbə altına qoyur - bu, Qarabağ kontekstində deyil, Ermənistan kontekstində izah olunmalıdır. Rusiya Vardanyan kartı üzərindən Ermənistanda Qərb üçün mühüm təhdidlər formalaşdırmağa çalışırdı. Paşinyana alternativ kimi gördüyü və hazırladığı Vardanyanın regiondan “əli ətəyindən uzun” qayıtması Kreml üçün ikiqat zərbədir - artıq Ermənistanda baş verənlər də nəzarətdən çıxır. Və ya vaxt itirmədən Paşinyanın yerinə yeni “namizəd” axtarışına start verilməlidir. Bütün baş verənləri kompensasiya etmək üçün isə Moskvanın yeni plan üzərində işləməsi vacib xarakter daşıyır. Çünki Ukrayna cəbhəsi ilə bağlı verilən proqnozlar, Kiyevin qəti mövqeyi Rusiyaya Şərqi Avropada qalibiyyət vəd etmir - proses belə davam etsə, Qərb Cənubi Qafqazdakı for-postunu da Kremlin əlindən alacaq. Bu isə əsl fiaskoya çevrilə bilər...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

