Proses başladı...
02.03.2023 [10:31]
Qarabağ ermənilərinin reinteqrasiyasına dair müzakirələrə start verildi
Azərbaycanın qəti qələbəsi ilə nəticələnən Vətən müharibəsinin ortaya çıxardığı reallıqlar və nəticələr yeni mərhələyə qədəm qoyur. Belə ki, Ermənistanla aparılan sülh danışıqlarının sürətləndirilməsinin fonunda Qarabağdakı erməni vətəndaşlarımızla təmaslar da öz həllini tapır. Xəbər verildiyi kimi, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Yayılan məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.
Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır
Azərbaycanın II Qarabağ Müharibəsindən sonra ortaya qoyduğu mövqe birmənalı idi: Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların Azərbaycan qanunları çərçivəsində reinteqrasiyası prosesi aparılmalıdır. Sonradan bu prosesə mane olmağa çalışan şəxslər tapılsa da, Azərbaycanın bu dəfə də qəti mövqe nümayiş etdirməsi problemin həllində əsaslı rol oynadı. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası isə hər zaman aktuallığını qoruyur. Hətta bir müddət öncə Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında çıxışında da bildirdi ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır: “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”.
Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilir
Beləliklə, prosesin uğurla davam etməsi ölkəmizin gələcək inkişafı üçün də yeni mərhələ yaradır. Tolerant, multikultural həyat tərzinə malik olan Azərbaycanda bütün xalqlar sivil münasibətlər çərçivəsində yaşayır. Başqa sözlə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkədir və ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlət başçımızın apardığı uğurlu fəaliyyət Azərbaycanın multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Beləliklə, Azərbaycan dünyada sivilizasiyaların dialoq mərkəzi kimi tanınıb. Ümumiyyətlə, ölkəmizdə qonaq olan xarici nümayəndələr də bu fikri hər zaman dəstəkləyiblər ki, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Eyni zamanda, qədim tarixə, zəngin mədəniyyət və ənənələrə malik Azərbaycan xalqı bu gün, sözün əsl mənasında, ölkəmizdəki digər xalqlarla möhkəm birlik nümunəsi sərgiləməkdədir. Çoxmillətli xalqın birliyinin aydın təzahürünü özündə əks etdirən xalqımız digər xalqlarla birlikdə özündə yüksək mədəniyyət nümunələrini təcəssüm etdirməkdədir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08

