Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Həmsədr dövlətlərin prezidentlərinin birgə bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsinə yönəlib

Mübariz Qurbanlı: Həmsədr dövlətlərin prezidentlərinin birgə bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsinə yönəlib

28.05.2011 [10:24]

“ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransanın prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad edilməsinə yönəlib. Bu bəyanat bir daha Azərbaycanın haqlı olduğunu göstərir”. Bu fikirləri “www.yap.org.az” saytına açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Ermənistanın təcavüzkar olması bütün dünyaya məlumdur və təcavüzkar dövlət işğal etdiyi əraziləri azad etməlidir. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün danışıqların intensivliyi vacibdir. “Əgər bu gün Ermənistan tərəfi məsələni həll etmək istəyirsə, Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etməlidir. Əslində, bu prinsiplər beynəlxalq hüququn norma və prinsipləridir və tam ədalətə söykənir. Amma, biz görürük ki, Ermənistan tərəfi qeyri-konstruktivlik nümayiş etdirir. Problem Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Bu, ölkəmizin prinsipial mövqeyidir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30