/ / Bakı dəbdə olan Avropa paytaxtına çevrilir "Eurovision"da "məxməri qələbə" Azərbaycan üçün yeni imkanlar açır
Bakı dəbdə olan Avropa paytaxtına çevrilir "Eurovision"da "məxməri qələbə" Azərbaycan üçün yeni imkanlar açır
01.06.2011 [09:56]
Azərbaycan “Eurovision” müsabiqəsində qazandığı qələbə ilə özünü Avropa ambisiyaları və imkanları olan ölkə kimi inamla təqdim edib. Avropa İttifaqının rəsmi strukturları köhnə adətləri üzrə Bakıya soyuq münasibət nümayiş etdirsə də, nüfuzlu siyasətçilər, tanınmış biznesmenlər və sıravi avropalılar Odlar Yurdu ilə yaxından tanış olmağa getdikcə daha çox maraq göstərirlər.
Bu Qafqaz dövlətinə Avropanın münasibətində dəyişikliklər Azərbaycan ifaçılarının 2008-ci ildə “Eurovision”da iştirak etməyə başlaması ilə eyni vaxta düşüb. Prezident İlham Əliyevin komandası avropalıları yeni Azərbaycanla - sürətlə inkişaf edən və haqlı olaraq təkcə regional lider deyil, həm də postsovet məkanında ən perspektivli dövlətlərdən biri roluna namizədlə tanış etmək üçün mahnı müsabiqəsinin səhnəsindən tam mənada istifadə edib. Prezident İlham Əliyev bu yaxınlarda Avropanın iş adamları ilə görüşdə bu faktı təsdiqləyərək vurğulayıb ki, son yeddi ildə Azərbaycanda üDM-in və sənaye istehsalının həcmi təxminən üç dəfə artıb, ölkədə yoxsulluğun səviyyəsi 5 dəfə azalıb.
Rəsmi Bakı eyni vaxtda iri infrastruktur layihələrini reallaşdırmağa və kiçik biznesi inkişaf etdirməyə istiqamətlənib. Bu məqsədlə ölkədə sahibkarlıq mühiti qanunvericilik səviyyəsində liberallaşdırılır. Hər il dünya ölkələrində iqtisadi azadlıq indeksini tərtib edən beynəlxalq “Heritage” (“İrs”) fondunun məlumatlarına görə, Azərbaycan ötən il MDB-nin digər dövlətlərini xeyli geridə qoyaraq, 92-ci yerə çıxıb. Odur ki, iqtisadçılar Azərbaycanın iqtisadi inkişaf sürətinin yaxın illərdə də artacağını bildirirlər.
Təəccüblü deyildir ki, son vaxtlar Bakıda mütəmadi olaraq Avropa biznes forumları keçirilir. May ayında çexiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüş başa çatandan dərhal sonra Niderland nümayəndə heyəti ilə dialoq başlanıb. Polşa Prezidentinin Odlar Yurduna rəsmi səfər edəcəyi iyul ayında Azərbaycan və Polşa iş adamlarının iştirakı ilə forum da planlaşdırılır. Prezident İlham Əliyev çexiya nümayəndə heyəti qarşısında çıxışında xüsusi vurğulayıb ki, 1990-cı illərin əvvəllərində enerji resurslarına ümid bəslənilirdisə, hazırda hakimiyyət infrastruktur və regional layihələrin, kənd təsərrüfatının, nəqliyyatın, ən müasir texnologiyaların və əlbəttə, turizm sektorlarının inkişafında maraqlıdır.
Prezident İlham Əliyev deyib: “Bu il təkcə Bakı şəhərində dünya səviyyəli altı yeni beşulduzlu hotel açılacaqdır. Bu da onu göstərir ki, dünya brendləri Azərbaycana sərmayə yatırmağın mümkün və lazım olduğu bir ölkə kimi baxır, ən başlıcası - ölkəmizin gələcəyinə inanırlar”.
Prezident siyasi modernləşdirmə olmadan iqtisadi islahatların yalnız qısamüddətli perspektivdə səmərə verə biləcəyini Bakıda yaxşı başa düşdüklərini vurğulayıb: “Biz Avropa strukturları ilə konstruktiv münasibətlər qurmuşuq, artıq on ildir ki, Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” proqramı üzrə işləyirik. Azərbaycanı çiçəklənən dövlətə çevirmək üçün ölkəmizi bundan sonra da modernləşdirmək niyyətindəyik”.
Bu fonda Azərbaycan duetinin “Eurovision”da qələbəsi həqiqətən Odlar Yurdunun Avropada öz yeni obrazını qəti təsdiq etməsinə imkan verən bir hadisədir. 2012-ci ilin may ayının sonlarında Bakıda keçiriləcək müsabiqəyə on minlərlə turistin gələcəyi gözlənilir. Onların Bakıda yerləşməsini lazımi qaydada təşkil etmək üçün dövlət başçısı yüksək səviyyəli təşkilat komitəsinin tərkibini təsdiq etmişdir. Təşkilat komitəsinə hökumətin üzvləri, sahə idarələrinin rəhbərləri daxildir. Müsabiqəyə hazırlığa isə şəxsən birinci xanım Mehriban Əliyeva rəhbərlik edəcək. “Eurovision”un icraçı prodüseri Jan-Ola Sand vəd edib: “Bakıda bütün Avropanın ürəyincə olacaq müsabiqə keçiriləcək”.
İndiki qaliblərin - Eldar Qasımov və Nigar Camalın görünməmiş dərəcədə populyarlığına əsasən mühakimə yürütmək olar ki, avropalılar Odlar Yurdunu özləri üçün kəşf etməkdə maraqlıdırlar. Onlar Avropada çıxış etmək və Qərb telekanallarına müsahibə vermək üçün hər gün yeni-yeni dəvətlər alırlar. Duetin rəqiblərinin şərhləri də bunu təsdiq edir. Məsələn, bu ilin favoriti sayılan Britaniyanın “Blue” qrupunun iştirakçıları KİV-lərə müsahibələrində bildiriblər ki, müsabiqəyə hazırlıq çərçivəsində onları yaxşı mənada ən çox heyrətləndirən Bakıya səfərləri olub. Onlar deyiblər: “ölkəniz bizdə o qədər xoş təəssürat doğurmuşdur ki, biz yenidən Azərbaycana qayıtmaq istəyirik”.
Azərbaycan duetinin təqdim etdiyi musiqinin gözəlliyini, çıxışı təmin edən qrupun sahmanlı işini, mahnının son dərəcə uğurlu olduğunu vurğulayan britaniyalı ifaçılar həmkarlarının qələbəsini layiqli qələbə sayırlar.
Artıq Avropada hitə çevrilmiş “Running Scared” mahnısı tənqidçiləri də təəccübləndirib: melodiyanın romantik şəffaflığının və mətnin lirikasının parlaq şounun dəstəyinə ehtiyacı yox idi. Avropalılar bu kübar sadəliyini layiqincə qiymətləndiriblər. Azərbaycana maksimum balı verən ölkələrin sayı çox olmayıb. Lakin orta səviyyədən yuxarı göstəricilər bütün Avropa ölkələri üzrə bərabər paylanıb. Duetin gözəl, inamlı və sakit “məxməri qələbə”sini də məhz bu təmin edib. Müsabiqənin finalının digər 24 iştirakçısı favoritlərdən xeyli geri qalıb. Ekspertlər proqnozlaşdırırlar ki, inkişaf edən, Avropa standartlarına can atan, lakin bənzərsiz özünəməxsusluğunu qoruyub saxlayan Azərbaycanın özünü də elə belə rahat və gözəl qələbələr gözləyir.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31

