Azərbaycan mövqeyində qətidir
08.03.2023 [10:45]
Sülh niyyətimizdən narahat olanlar Qarabağın erməni əhalisinə hədə-qorxu gəlirlər
İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ən mühüm amildir.
Beləliklə, Azərbaycan bir daha sülhün tərəfdarı olduğunu nümayiş etdirir. Ölkəmiz qalib tərəf olsa da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istəmədiyini önə çəkir - 2023-cü ilin sülh ili olmasını arzulayır. Bunun üçün isə real şərtlər ortadadır. Hətta ölkəmiz Qarabağın erməni icması ilə də təmaslar qurmaqda maraqlı olduğunu da ortaya qoydu - bir neçə gün öncə Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşdü. Amma, deyəsən, ölkəmizin bu humanist davranışı, sülhpərvər mövqeyi bəzi şəxslərdə və ya “qurumlarda” düzgün başa düşülməyib.
Sülh niyyətimizi anlamayanlar...
Məsələn, Qarabağda yerləşən qondarma separatçı rejimin ölkəmizin bu sülh niyyətindən sui-istifadə etməyə çalışdığı ortadadır - Ermənistandan Xankəndinə fərqli yollarla daşınmasına cəhd göstərilən silah-sursat bunun sübutudur. Eyni zamanda, son dövrlərdə erməni KİV Arayik Arutyunyanın yenidən “səsinin bərk çıxdığını” yazır. Hətta Arutyunyan bir qədər də irəli gedərək Azərbaycanın özünün erməni vətəndaşları ilə qurmağa çalışdığı təmasları belə “istismar etməyə” çalışır. Hansısa hədyan fikirlərlə yadda qalmağa çalışan Arutyunyan öz sərsəmləmələri ilə “müharibə həvəsində” olduğunu ortaya qoyur. Arutyunyan “müstəqillik” və ya “özünüidarə hüququ” kimi xəyallar axtarışındadır ki, bu mümkünsüzdür. Arutyunyan əmindir ki, Qarabağın erməni əhalisi onu dəstələmir. Bu səbəbdən də o, hətta Qarabağın erməni əhalisinə hədə - qorxu da gəlib. “Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdirmək, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman insanların öz vətəndaş hüquqları çərçivəsində sözünü deməyə imkanı var ki, seçdiyimiz yol səhvdir, bu hissləri rəsmiləşdirin, ölkədə yeni hökumət qurun. Amma biz mübarizə yolunu seçdiyimizə görə, ilk növbədə, sizdən xahiş edirəm ki, bizim qərarımıza hörmətlə yanaşasınız və bu kimi hallara münasibət bildirməyəsiniz, ölkədaxili siyasi çalarlara yol verməyəsiniz”.
Arutyunyanın bu “fikirləri” təbii ki, qeyri-ciddi xarakter daşıyır. Azərbaycan bütövlükdə prosesi həll edib. Sadəcə indiki halda qarşıdakı mərhəlinin sülh yolu ilə həllinə çalışır. Əks halda...
Mövqe dəyişməz və qətidir...
Azərbaycanın mövqeyi dəyişməz və qətidir. Hətta Ermənistanla imzalanacaq hər hansı bir sülh sənədində belə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, müzakirə predmeti deyil - nə Ermənistanla, nə də qeyri birisi ilə. Qarabağda yaşayan ermənilər isə bir daha vurğulanmalıdır ki, Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Yeri gəlmişkən, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir: “Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi”.
Növbəti dərs - nəzarət bizdədir...
İki gün öncə Xəlfəli-Turşsu yolunda törədilən erməni təxribatlarına verilən cavab isə Azərbaycanın növbəti “dərsidir”. Azərbaycan bununla bir daha sübut edir ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Təbii ki, bu kimi təxribatlar və ya sərsəmləmələr Azərbaycanın maraqlarına uyğun deyil və yenidən antiterror məsələsini aktuallaşdırır. Rəsmi Bakının məsələdəki mövqeyi hər kəsə bəllidir - sadəcə sülh prosesinə sadiqlik nümayiş etdirən Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsi ilə tanınan hüququndan hələlik istifadə etmir. Bəlli olduğu kimi, BMT nizamnaməsinin 51-ci maddəsində göstərilir ki, quruma üzv olan hər bir ölkə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malikdir. Azərbaycan da BMT üzvü olaraq tam bu hüquqa malikdir. Və ən əsası, Azərbaycanın buna həm hərbi gücü, həm də qətiyyəti çatır. Bundan əvvəlki antiterror əməliyyatları da buna misaldır. İndiki dövrdə bu kimi antiterror əməliyyatlarını aktuallaşdıran isə mühüm səbəblər mövcuddur.
Əks halda...
Ermənistanın 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi regionda bu kimi “çatları” meydana çıxarır - Rusiyanın sülhməramlı kontingentinin müvafiq ərazilərə yerləşdirililməsinin ardından erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını tərk etməyib, tam əksinə yeni təxribatyönümlü fəaliyyətlərlə məşğul olmaqdadır. Başqa sözlə, 10 noyabr razılaşmasının 4-cü bəndi icra edilməyib. Razılaşmanın müvafiq bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Amma rusiyalı sülhməramlıların fəaliyyət müddətinin bitməsinə az zaman qalmasına baxmayaraq, hələ də erməni silahlıları Azərbaycan torpaqlarını tərk etməyiblər. Üstəlik, bu silahlı birləşmələr Azərbaycana qarşı təxribatlar törətməkdə də davam edir. Amma onlar unutmamalıdır ki “dəmir yumruq” öz yerindədir və “israr edənlər” Azərbaycanın dəmir yumruğunu növbəti dəfə görə və dada bilərlər - odla oynamamalıdırlar...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20

