Qırğızıstan və Tacikistan...
10.03.2023 [10:40]
Sərhəd müzakirələrində razılığa gələ biləcəklərmi?
Qırğızıstan və Tacikistan nümayəndələri dövlət sərhədinin mübahisəli hissələri ilə bağlı bu ay növbəti danışıqlar aparacaqlar. Bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat verib. Danışıqların 10-16 mart tarixlərində Düşənbədə keçirilməsi gözlənilir. Qırğızıstan və Tacikistan 980 kilometr uzunluğunda dövlət sərhədinin delimitasiya və demarkasiyasını müzakirə edəcək.
Qeyd edək ki, iki ölkə arasında keçmiş Sovet İttifaqından miras qalmış sərhəd mübahisələri 30 ildən artıqdır ki, regionun ən ciddi problemlərindən birinə çevrilib. Region ölkələrinin ərazisi daxilində anklavlar şəklində torpaqları var. 1991-ci ildən bəri sərhədlər, anklavlar, keçidlər, xalqlar arasında münasibətlər, eləcə də otlaq sahələri, su ehtiyatlarına nəzarət, təhlükəsizlik və suveren əraziləri kimi bir çox məsələlərdə fikir ayrılığı yaranıb. Bu münaqişələr bəzən silahlı münaqişələrə çevrilib.
Qırğızıstanın Tacikistanla sərhədi təxminən 980 kilometrdir. Tərəflər bu sərhədin 300 kilometri ilə bağlı razılığa gələ bilmirlər. Bu səbəbdən Qırğızıstan-Tacikistan sərhədi hələ də tam müəyyənləşməyib. 2010-cu ildən bəri bu sərhəd bölgəsində çoxlu sayda gərginlik, silahlı insident yaşanıb. Müzakirələrin başlanması isə bölgədəki problemlərin ən qısa zamanda həll edilməsinə işarə edən mühüm göstəricidir.
Maraqlıdır ki, hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Əslində, bu təşkilat daxilində onlar hərbi müttəfiq kimi görünsələr də, aralarındakı sərhəd toqquşmaları ağır hərbi texnikaların istifadəsi ilə müşayiət olunub, insan itkiləri ilə nəticələnib. Ən kəskin vəziyyət isə Qırğızıstanın Batken vilayətində (Ak-Sai, Kok-Taş, Səmərqəndıq kəndləri) və Tacikistanın Suqd vilayətində (Çorku və Surx kəndləri) müşahidə olunur. Bölgədə anklav ərazi məsələsi də qalmaqdadır. Vorux anklavı Qırğızıstanda 130 km2 ərazisi, 40 minə yaxın əhalisi olan, Tacikistana məxsus anklavdır. Daha kiçik sahəsi və azsaylı əhalisi olan anklavlar da var. Tacikistanın Karakçay anklavı da Qırğızıstanda yerləşir. Anklavların böyük qismi isə Qırğızıstanın sərhədləri daxilində yerləşir. Bu vəziyyət də yol keçidləri kimi müəyyən problemlərin yaranmasına gətirib çıxarır.
Tərəflər arasında ciddi sərhəd toqquşmalarından biri ötən ilin sentyabrında baş vermişdi. Hansı ki, toqquşma baş verən gün hər iki ölkənin lideri Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak edirdi. Bu toqquşmalar zamanı da ağır hərbi texnikalardan istifadə edilmişdi, ölən və yaralananlar var idi. Hadisə ilə əlaqədar ölkələrin prezidentləri sammit çərçivəsində görüşüb müzakirə??? aparmışdılar. Qırğızıstan prezidenti Sadır Japarov ölkə vətəndaşlarını təmkinli olmağa, təxribatlara uymamağa çağırmışdı. Sərhəd problemi ilə bağlı danışıqların getdiyini deyən dövlət başçısı bu prosesin vaxt tələb etdiyini söyləyib. O, prezidentlik müddətinin bitməsinə qədər bu məsələni həll etmək niyyətində olduğunu vurğulamışdı.
Tacikistan prezidenti Emoməli Rəhmon da deyib ki, iki ölkə arasında sərhəd məsələləri yalnız danışıqlar yolu ilə həll edilə bilər. O bildirib ki, Tacikistan hökuməti dövlət sərhədinin demarkasiyası ilə bağlı danışıqların tezliklə aparılmasında maraqlıdır: “Lakin vurğulayıram ki, sərhəd-ərazi məsələlərinin həlli, dövlət sərhədinin koordinasiyası və demarkasiyası çox mürəkkəb prosesdir və mütəxəssislərdən çoxlu vaxt və səy tələb edir”.
Problem ondadır ki, müzakirələrin aparılmasına, prezidentlərin görüşməsinə baxmayaraq, sərhəd münaqişlərinin həlli mexanizmi yoxdur. Tərəflər öz mövqelərində dayanırlar. Beynəlxalq dairələrin isə bu prosesi tənzimləmək niyyəti görünmür. Amma Qırğızıstanla Tacikistan sərhədlərin müəyyənləşməsində qonşu ölkələrin təcrübəsindən də yararlana bilərlər. Məsələn, Özbəkistanla Qazaxıstan arasında bu baxımdan əldə olunmuş razılıq hər iki ölkə üçün presedent ola bilər. Digər tərəfdən, Özbəkistanla Qırğızıstan arasında bir müddət öncə sərhədlərin müəyyənləşməsinə dair imzalanmış sənəd də nümunə rolunu oynaya bilər. Belə ki, Daşkənd və Bişkek arasında imzalanmış sərhəd dəyişikliyi haqqında sənədə əsasən Özbəkistan bəzi ərazilərini Qırğızıstana güzəştə gedib. Söhbət anklavlardan gedir. Bununla da, tərəflər arasında sərhəd probleminə son qoyulub. Qırğızıstanla Tacikistan da növbəti sərhəd danışıqlarında mümkün qədər konstruktivlik nümayiş etdirərək qarşılıqlı razılığa gəlməlidir. Əks halda, tərəflərin sərhəd böhranı gələcəkdə də itkilərlə nəticələnə bilər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30

