NATO ümid edir, Türkiyə isə...
11.03.2023 [11:10]
Vilnüs sammitinə qədər İsveç və Finlandiya təşkilata tamhüquqlu üzv ola biləcəkmi?
Nardar BAYRAMLI
Martın 9-da NATO-nun Baş katibi Yens Stoltenberq 2022-ci il Alyansın Zirvə toplantısı çərçivəsində Madriddə imzalanmış Üçtərəfli Memorandumla yaradılmış Daimi Birgə Mexanizmin tərəfləri olan Türkiyə, Finlandiya və İsveç hökumətlərinin nümayəndələrini bir araya gətirib. İclası açan Baş katib Stoltenberq Finlandiya və İsveçin Türkiyənin legitim təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün vacib addımlar atdığını deyib. “İndi bütün müttəfiqlərin ratifikasiya prosesini başa vurması və
NATO-nun Vilnüsdə keçiriləcək Zirvə görüşü ərəfəsində Finlandiya və İsveçi Alyansın tamhüquqlu üzvləri kimi alqışlamaq vaxtıdır”, - deyə Stoltenberq deyib. Görüşdə Türkiyə, Finlandiya və İsveç nümayəndələri üçtərəfli memorandumun həyata keçirilməsi üçün atılan konkret addımları müzakirə ediblər.
Təşkilatın adından İsveç, Finlandiya və Türkiyə rəsmiləri arasında keçirilən görüşlə bağlı bəyanat yayılıb. NATO-nun yaydığı bəyanatda qeyd olunur: “Memorandumda razılaşdırıldığı kimi, onlar arasında silah ixracı ilə bağlı heç bir məhdudiyyət yoxdur; onlar terrorla mübarizə sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər; İsveç hazırda
PKK-ya qarşı da daxil olmaqla, terrorla mübarizə qanunvericiliyini sərtləşdirmə prosesindədir. Bütün iştirakçılar əldə edilən irəliləyişi təqdir ediblər”. “Görüşdə tərəflər arasında həm Finlandiya, həm də İsveçin sürətli ratifikasiyasının hamının marağında olacağı və onların üzvlüyünü Alyansı gücləndirəcəyi barədə razılığa gəlinib.”, - deyə bəyanatda vurğulanıb.
İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin irəli sürdüyü şərtlər beynəlxalq birliyə məlumdur. Sözügedən görüşlə bağlı NATO-nun yaydığı bəyanatda prosesdə irəliləyişin əldə olunduğu ifadə edilir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Türkiyə öz mövqeyində tamamilə haqlıdır. Onun sözlərinə görə, NATO-da Türkiyəyə müttəfiq olacaq ölkələr terror təşkilatı olan YPG/PKK-ya dəstək verməməlidir: “Təəssüf ki, indiyədək İsveç və Finlandiya açıq şəkildə həmin terror təşkilatına dəstək veriblər. Halbuki, ABŞ və bir sıra Avropa ölkələri PKK-nı çoxdan terror təşkilatı kimi tanıyıblar. Belə olan halda, İsveç və Finlandiyanın terror təşkilatına dəstəyi yolverilməzdir. Bilirsiniz ki, indiyədək hər iki ölkənin rəsmi şəxsləri rəsmi Ankara ilə çoxsaylı müzakirələr aparıblar. Təbii ki, bu müzakirələr zamanı Türkiyə tərəfi öz şərtlərini açıq şəkildə onlara təqdim edib, haqlı mövqeyini bir daha diqqətə çatdırıb. İrəli sürülən şərtlər tamamilə məntiqlidir. Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, amma terroru dəstəkləyən ölkələrin alyansa qoşulmasına qarşıdır. Bu səbəbdən də, İsveç və Finlandiya terrorçuları dəstəkləməyə son qoymalıdır”.
Millət vəkili qeyd edib ki, NATO-nun digər
üzvləri, ABŞ və Avropa dövlətləri birtərəfli mövqe nümayiş etdirməməli, Türkiyənin şərtlərini anlayışla qarşılamalıdırlar. Biz müşahidə edirik ki, NATO rəhbərliyi və üzv dövlətlər İsveçlə Finlandiyanın alyansa üzvlüyünə çox müsbət yanaşır. Amma onlar Türkiyənin narahatlığını anlamalı, hər iki ölkəni terror təşkilatını dəstəkləməkdən çəkindirməlidirlər. Çünki terrorizm bütün dünya üçün böyük təhlükədir. Əgər PKK Avropanın mərkəzində, eləcə də İsveç və Finlandiyanın özündə terror törətsə, eyni yanaşmanı davam etdirəcəklərmi? Əlbəttə ki, yox. Ona görə də, terror təşkilatlarına fərqli yanaşma olmamalıdır. Hazırki şəraitdə Finlandiya və İsveçin NATO-ya qoşulması üçün Türkiyənin tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Çünki Türkiyə güclü dövlətdir və onunla hesablaşmamaq mümkün deyil.
R.Həsən hesab edir ki, Brüsseldə tərəflərin keçirdiyi son görüş və
NATO-nun verdiyi bəyanat müəyyən qədər nikbinlik yaradır: “Nəzərə alaq ki, müzakirələrin getdiyi bir zamanda İsveçdə bütün müsəlmanlar üçün, o cümlədən Türkiyə dövləti və xalqı üçün müqəddəs sayılan Quranın yandırılması vəziyyəti daha da mürəkkəbləşdirdi. Bu hadisədən sonra faktiki olaraq Türkiyə və İsveç arasında danışıqlar bir müddət dayandı. Amma Brüsseldə tərəflərin keçirdiyi son görüşlə bağlı NATO-nun yaydığı bəyanatda qeyd olunur ki, tərəflər terrorla uzunmüddətli mübarizə ilə bağlı razılığa gəliblər. O cümlədən İsveç terrorizmlə mübarizəyə qarşı qanunvericiyini sərtləşdirməlidir. Əgər həqiqətən də, hər iki ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, onda Türkiyə onların NATO-ya üzvlüyünü parlamentdə ratifikasiya edəcək. Yəni, bu məsələdə rəsmi Ankaranın mövqeyi və şərtləri aydındır. Əks halda, Alyansın Vilnüs sammitinə qədər bu, baş verməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09

