ABŞ bölgədə fəallığını artırır?
29.03.2023 [10:23]
Ceyhun Bayramovla Karen Donfridin telefon danışığında regiondakı vəziyyət müzakirə olunub
Nardar BAYRAMLI
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında son telefon danışığında da bu mövzu diqqət mərkəzində olub. Belə ki, martın 27-də baş tutan telefon danışığı zamanı tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələləri, bölgədə cari vəziyyəti, eləcə də Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Azərbaycanın suveren ərazilərinə şəxsi heyət və hərbi sursat daşımağa davam edən Ermənistanın son təxribatları və ölkəmiz tərəfindən bu təxribatlara qarşı güc tətbiq etmədən atılan addımlar barədə məlumat verib. Söhbət zamanı Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında Azərbaycanla Ermənistan arasında sərhəd-keçid nəzarət məntəqəsinin yaradılmasının əhəmiyyəti bir daha qeyd olunub. Nazir, həmçinin sülh sazişi üzrə danışıqlara maneçilik törədən Ermənistanın qeyri-konstruktiv yanaşmalarını diqqətə çatdıraraq, Azərbaycanın sülh sazişi üzrə danışıqlara hər an başlamağa hazır olduğunu vurğulayıb.
ABŞ prosesə dəstək vermək istəyir
Karen Donfrid öz növbəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının regional sülh və inkişaf üçün vacibliyini vurğulayıb. Son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə olunaraq, bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.
Ümumiyyətlə, son zamanlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb. K.Donfridin mütəmadi olaraq regionda təmasları davam etdirməsi ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir. ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib.
Birləşmiş Ştatlar sülh danışıqlarına sadiqdir
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel də keçirdiyi növbəti brifinqdə deyib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir. O, Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb. “Dövlət katibinin əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, - deyə Patel əlavə edib. Eyni zamanda, ABŞ-ın dövlət katibi Antoni Blinkenin martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də göstərir ki, ABŞ regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Bundan bir həftə sonra Karen Donfridlə Ceyhun Bayramovun telefon danışığı da deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Budəfəki telefon danışığında Laçın yolu ətrafında baş verən hadisələr diqqət mərkəzində olub. Çünki Ermənistan və dünyadakı erməni lobbisi Laçın yolu ilə bağlı mövcud vəziyyəti təhrif edir, guya Qarabağda yaşayan ermənilərin blokadaya alındığını iddia edirlər. Burada məqsəd Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaqdır. Amma Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir. Ermənistan və Qarabağ separatçılarının təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Bu baxımdan, ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc etiraz aksiyası tamamilə düzgündür. Beynəlxalq birlik, o cümlədən ABŞ bu məsələdə obyektiv yanaşma sərgiləməlidir. Təəssüf ki, biz bəzi beynəlxalq təşkilatların və ölkələrin erməni lobbisinin təsiri ilə qeyri-obyektiv yanaşmalar sərgilədiyini görürük. Amma bütün bunlar ölkəmizi haqlı mövqeyindən çəkindirə bilməz.
Vaşinqton Ermənistana təzyiq edə bilər
Digər tərəfdən, ordumuzun martın 25-də keçirdiyi əməliyyat da zərurətdən irəli gəlirdi və beynəlxalq ictimaiyyət bunu anlayışla qarşılayır. Çünki Ermənistandan Qarabağa silah daşınması qəbulolunmazdır. Eləcə də, qanunsuz erməni silahlı birləşmələrin Qarabağ ərazisindən tam çıxarılması da Azərbaycanın tələbləri sırasındadır. Bu, o deməkdir ki, 10 noyabr üçtərəfli bəyanatının tam yerinə yetirilməsində dövlətimiz prinsipiallıq nümayiş etdirir. ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var. Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, razılaşmaları yerinə yetirmək üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Əgər rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

