Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Dövlətinin siyasi imicini qoruyan xarici diplomat İctimai Palatada görüş keçirməz

Mübariz Qurbanlı: Dövlətinin siyasi imicini qoruyan xarici diplomat İctimai Palatada görüş keçirməz

14.06.2011 [10:18]

“Bakıdakı xarici diplomatik korpus nümayəndələrinin İctimai Palata deyilən qurumun üzvləri ilə görüşü sadəcə, gülməli görünür”. Bunları “Azadinform”a müsahibəsində hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib. O, fikrini onunla izah edib ki, heç bir ictimai dayağı və rəsmi qeydiyyatı olmayan, sadəcə adı olan bir qurumla böyük-böyük dövlətlərin səfirlərinin görüşməsi və bu görüşü də ictimailəşdirmək, ətrafında hay-küy yaratmaq ciddi görsənmir. “Mənə elə gəlir ki, imici olan və dövlətinin siyasi imicini qoruyan səfir həmin İctimai Palatada görüşməzdi. Arxasında heç bir ictimai dayağın olmadığı bir qurumun nümayəndələri ilə görüşməklə səfirlər özlərini gülünc vəziyyətə salmış olurlar”, - deyə M.Qurbanlı vurğulayıb. Qeyd edək ki, Bakıda olan diplomatik korpus nümayəndələri iyunun 10-da İctimai Palata üzvləri ilə sayca ikinci görüşlərini keçiriblər.

Paylaş:
Baxılıb: 1069 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31