Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb, onu beynəlxalq aləmdə nüfuz sahibi edib

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb, onu beynəlxalq aləmdə nüfuz sahibi edib

15.06.2011 [09:30]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Elmi əsaslara söykənən strategiya müasirləşmə və davamlı inkişafın mühüm amili kimi” mövzusunda “dəyirmi masa” keçirilib. AzərTAc xəbər verir ki, Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə akademiyanın birinci prorektoru, professor Əlikram Abdullayev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi problemlərdən söhbət açıb, 1993-cü il iyunun 15-nin tariximizə mühüm bir hadisə kimi daxil olduğunu vurğulayıb, bu əlamətdar günün əhəmiyyətindən danışıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 1993-cü il iyunun 15-nin ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib. Natiq 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.
Bildirilib ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın israrlı və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı olub.
Ulu öndər Heydər Əliyevin misilsiz, titanik fəaliyyəti nəticəsində ölkəmiz hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoyub. Dahi şəxsiyyət Azərbaycanı dünyaya tanıdıb, onu beynəlxalq aləmdə nüfuz sahibi edib.
Tədbirdə “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası: əsas nailiyyətlər və perspektivlər” mövzusunda məruzə dinlənilib.

Paylaş:
Baxılıb: 1140 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31