İŞİD - Fransa əlaqələri ifşa olundu
05.04.2023 [10:46]
Rəsmi Paris terror təşkilatı ilə əməkdaşlıqda günahlandırılır
Şirkət rəhbərinin etirafları: Həmin dövrün kəşfiyyat səlahiyyətlilərindən və prezidentin hərbi müşavirindən ifadə alınmalıdır...
Yaşadığımız XXI əsrdə demokratiya, sülh və əməkdaşlıq, humanizm kimi ali dəyərləri əlində bayraq edən, əslində isə neokolonist siyasət yürütmək, terroru dəstəkləmək və stimullaşdırmaq kimi qeyri-sivil davranışları ilə yadda qalan ölkələr var. Bunlardan biri də özünü “demokratiyanın beşiyi” adlandıran, amma korporativ maraqları üçün bəşəri dəyərləri ayaqları altına almaqdan çəkinməyən Fransadır. Təəssüfləndirici haldır ki, Fransa kimi ölkələr hələ də neokolonist həvəsləri, maddi maraq üçün hətta terror təşkilatları ilə belə işbirliyini özləri üçün məqbul hesab edirlər. Bu hərəkətlərinin gizli qalacağını düşünən “demokratiya carçıları” unudurlar ki tarix heç nəyi sirr saxlamır və gec-tez bütün qaranlıqlar işıq üzünə çıxır. Məsələn Fransa dövlətinin İŞİD ilə əlaqələri kimi...
Fransanın “Lafarge” şirkətinin Suriyadakı “fəaliyyəti”...
Fransanın bəzi şirkətlərinin İŞİD ilə əlaqələri haqda artıq illərdir ki, dünya KİV-ində materiallar dərc olunmaqdadır. 7 sentyabr 2021-ci ildə Türkiyənin Anadolu Agentliyi (AA) Fransanın “Lafarge” şirkətinin Fransa kəşfiyyatının məlumatı ilə İŞİD terror təşkilatını maliyyələşdirdiyini sübut edən sənədlər dərc etmişdi. Hətta həmin dövrdə geniş ictimaiyyətə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Fransanın sement şirkəti “Lafarge”?ın İŞİD terrorçularına maddi dəstək göstərməsinə münasibət bildirmiş və Fransaya xəbərdarlıq etmişdi. Ərdoğan bildirmişdi ki, o, avropalı liderləri bu məsələlərlə bağlı dəfələrlə xəbərdar edib.
Daha sonra şirkətin İŞİD ilə əlaqələrində yeni detallar məlum oldu. Belə ki, Suriyadakı fəaliyyətlərini davam etdirmək üçün terror təşkilatı İŞİD-ə pul ödədiyi üzə çıxan “Lafarge”nin keçmiş baş icraçı direktoru Bruno Lafont Fransa dövləti və kəşfiyyat xidmətləri ilə şirkət arasında “çox xüsusi” əlaqənin olduğunu etiraf edib. 2007-2015-ci illərdə şirkətin baş direktoru olmuş Lafont Fransanın “Liberation” nəşrinə müsahibəsində bildirib ki, Fransa kəşfiyyatının ünsürləri 2014-cü ilə qədər şirkətin Suriyadakı fəaliyyətinə sızıb. “Lafarge” Suriyadakı fəaliyyətini davam etdirmək üçün 2013-2014-cü illərdə terror qruplarını maliyyələşdirirdi. Fransanın dövlət və kəşfiyyat xidmətləri ilə şirkət arasında çox xüsusi bir əlaqə olduğunu öyrəndik. Son illərdə öyrəndiyim hər şeyi ədliyyə orqanlarına çatdıracağam” - o deyib.
Lafontun etirafları
Şirkət rəhbərinin “söz açdığı” bu işbirliyinin isə dövlətin siyasi rəhbərliyinin iradəsindən kənarda baş tutması ehtimalı yoxdur - beləliklə, şirkət Fransa - İŞİD əlaqələrində ötürücü rol oynayıb. Baş icraçı director Lafont həmin dövrün kəşfiyyat səlahiyyətliləri və prezidentin hərbi müşavirindən ifadə alınmasının vacibliyini vurğulayıb və bunların ediləcəyi təqdirdə həqiqətin üzə çıxacağına işarə vurub: “Düşünürəm ki, hökumətin bizimlə maraqlanmasının bir səbəbi fabrikimizin yerləşdiyi ərazinin antiterror koalisiyası və Fransa üçün çox strateji yerdə olması idi. Bu səbəbdən səlahiyyətlilər bizi “Suriyadakı fəaliyyətimizi davam etdirməyə” təşviq etdilər. Biz deyəndə özümü yox, səfirlərlə, digər idarəçilərlə əlaqədə olan dostlarımı nəzərdə tuturam”.
Digər tərəfdən, Lafont dövlətin fabrikdə həyata keçirilən fəaliyyətlərindən və terrorçu qruplara edilən ödənişlərdən xəbərsiz olduğunu deyib.
Rəsmi Parisin xəbəri varmış...
Anadolu Agentliyinin üzə çıxardığı sənədlərə görə isə şirkət terror təşkilatı ilə əlaqəsi barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. Fransa kəşfiyyatı və dövlət qurumları “Lafarge”na terrorizmi maliyyələşdirməklə bəşəriyyətə qarşı cinayət törətdiyi barədə xəbərdarlıq etməyib. İŞİD sözügedən şirkətdən aldığı sementdən sığınacaq və tunellərin tikintisində istifadə edib. 2017-ci ilin iyununda şirkətə qarşı başladılan istintaq çərçivəsində bəzi yüksək vəzifəli şəxslər, o cümlədən Bruno Lafont “terrorçuluğu maliyyələşdirməkdə” ittiham edilib.
Terror təşkilatı İŞİD-in bölgəni ələ keçirməsinə baxmayaraq, istehsalı davam etdirən şirkət 2014-cü ilin sonunda fəaliyyətini dayandırıb, lakin şirkət İŞİD-ə “xərac” verməklə yanaşı, təşkilatdan material və yanacaq alıb. Bu addımı Çələbiyyə bölgəsində fəaliyyətlərini davam etdirmək məqsədilə atıb. Şirkət 2015-ci ilin iyulunda isveçrəli rəqibi “Holcim” ilə birləşərək adını dəyişib. Şirkət həmin ilin oktyabrın 18-də ABŞ-da Bruklin federal məhkəməsində İŞİD-ə yardım cinayətini qəbul edib və 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb. Lakin 2016-cı ildən Fransada açıq şəkildə müzakirə edilən “İŞİD-ə yardım” illər keçməsinə baxmayaraq, istintaq mərhələsində qalıb.
Fransa və müttəfiqləri Azərbaycana qarşı...
XXI əsrdə belə özünün təcavüzkar simasını büruzə verən, terroru açıq dəstək göstərən, hətta beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan İŞİD ilə əməkdaşlıq edən Fransanın addımları müasir beynəlxalq münasibətlər sisteminə ziddir - bu, zorakılıq və təcavüzü özündə əks etdirir. Eyni zamanda, beynəlxalq hüquqa qarşı olan bu kimi addımlar beynəlxalq miqyasda dəyərləndirilməlidir. Fransa, onun regiondakı müttəfiqləri Azərbaycana qarşı apardıqları çirkin kampaniyalarda, əsassız ittihamlarda çevrilib özlərinə də baxsınlar: İŞİD ilə əməkdaşlıq edənlərin beynəlxalq təhlükəsizlik üçün yaratdıqları təhdid göz önündədir...
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

