İran parlamentindən absurd bəyanat
07.04.2023 [10:34]
Hansısa ölkədə səfirliyimizin açılması Azərbaycanın suveren hüququdur
İran Azərbaycana qarşı əsassız iddialarını davam etdirir. Belə ki, aprelin 5-də İran parlamentinin 210 deputatı Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq bəyanat qəbul edib. Parlament İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik “tədbirlər görməyə” çağırıb. Bəyanatda iddia olunur ki, Azərbaycan hökuməti İslam dünyasının maraqlarına zidd olan bir hərəkətlə İsraildə səfirliyini açıb: “Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq”. İran parlamenti əsassız olaraq ərəb və İslam ölkələrinin hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını “pisləməyə” çağırıb.
Əsası olmayan sənəd, yaxud lazımsız kağız parçası...
İran parlamentinin ölkəmizə qarşı yönəlmiş bu bəyanatının heç bir əsası yoxdur. Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Ölkəmiz heç vaxt ayrı-ayrı dövlətlərlə münasibətlərini üçüncü ölkəyə qarşı qurmaq niyyətində olmayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Lakin İran hakimiyyəti həmişə Azərbaycanın xoşməramlı addımlarını geri çevirib, rasional düşüncələrdən deyil, sağlam olmayan ideoloji xətlə gedir. Xüsusilə, 44 günlük Vətən müharibəsində dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra Tehran rejiminin aqressiv ritorikası daha da güclənib.
Ölkəmizi əsassız olaraq ittiham edən İranın məhz İslamın düşməni olan Ermənistanla münasibətləri gücləndirməsi müsəlman dünyası tərəfindən pislənilməlidir. Bu gün İran-Ermənistan “qardaşlığı” bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq səssiz razılığı ilə Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub. Qarabağ və Şərqi Zəngəzurun işğal və talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılmasına və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur. Bütün bunların fonunda İran hakimiyyətinin və deputatlarının Azərbaycanı İsraildə səfirlik açmasına görə ittiham etməsi absurddur.
Səfirliyin 4 əməkdaşı “persona-non-grata” elan edildi
Yeri gəlmişkən, dünən İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
İran parlamentinin mövqeyi yanlışdır
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın hansı dövlətdə səfirlik açması onun müstəsna hüququdur. İran parlamentinin yanaşmasının yanlış olduğunu deyən millət vəkilinin sözlərinə görə, müstəqil ölkə olaraq Azərbaycan hər bir dövlətlə əməkdaşlıq edə bilər. Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıqdır. Azərbaycan öz milli maraqlarına uyğun olaraq tam müstəqil siyasət yürüdən dövlətdir. Bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkəyə açığıq. “Nəzərə almaq lazımdır ki, Azərbaycan və İsrail arasında əlaqələr dərin köklərə malikdir. Hazırda İsraildə 50 mindən artıq Azərbaycan mənşəli yəhudi yaşayır. Ayrıca olaraq qeyd etmək lazımdır ki, İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib. İsrail və Azərbaycan arasında hər sahədə əməkdaşlıq əlaqələri qurulub. Burada hər iki ölkənin maraqları var. Nəzərə almaq lazımdır ki, Qarabağ müharibəsi zamanı hərbi-texniki sahədə əməkdaşlıq öz töhfəsini verib. Bu baxımdan İran İslam Şurasının Azərbaycanın İsraildə səfirliyinin açılmasını pisləyən bəyanatı qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşan hər bir ölkə ilə əməkdaşlıq etməyə hazırıq”, -deyə E.Mirbəşiroğlu vurğulayıb.
Rəsmi Tehranın bu yanaşması qəbuledilməzdir
Politoloq Ramiz Alıyev də hesab edir ki, Azərbaycanın hansısa bir ölkədə səfirlik açması dövlətimizin suveren hüququdur. Onun fikrincə, İran parlamentinin bununla bağlı bəyanatı nə diplomatik qaydalara, nə dövlətlərarası münasibətlərə, nə də digər ölkənin suverenliyinə hörmət prinsipinə söykənir. Bu səbəbdən, İran parlamentinin bəyanatında digər müsəlman ölkələrinə olan çağırış da heç bir nəticə verməyəcək. Azərbaycanın İsraildə səfirlik açmasını fələstinlilərə qarşı kimi göstərməyə çalışan İranın məqsədi Fələstinə dəstək, yaxud müsəlmanların müdafiəsi yox, öz maraqlarının təmin edilməsidir. İran Azərbaycanın müstəqil siyasətindən narahatdır və bunun qarşısını almaq üçün terrordan tutmuş, siyasi təzyiqlərə qədər bütün vasitələrə əl atır. “Əgər İran həqiqətən müsəlmanların təəssübkeşidirsə, niyə müsəlman ölkəsi olan Azərbaycanın torpaqlarını işğal edən, müsəlman azərbaycanlılara qarşı soyqırımı aktları törətmiş Ermənistanı dəstəklədi və bu gün də eyni dəstək daha geniş formada həyata keçirilir? İran İsraildə səfirliyin açılmasının, bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının Fələstinə və müsəlmanlara qarşı olduğunu hesab edirsə, nə üçün bir neçə il öncə İsraildə səfirlik açan Ermənistanla münasibətlərini gücləndirir? Bütün bunlar göstərir ki, rəsmi Tehranın səfirliyimizin açılmasına mənfi reaksiyası tam əsassızdır”,- deyə politoloq vurğulayıb.
R.Alıyev İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşının arzuolunmaz şəxs elan olunmasını da doğru addım kimi dəyərləndirib. Çünki diplomatik fəaliyyətə sığmayan davranış sərgiləyən səfirlik əməkdaşları bu missiyada təmsil oluna bilməz.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

