Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbi" layihəsinə start verib
05.07.2011 [10:00]
Azərbaycanın ən güclü və alternativsiz siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətdə böyük sosial dayaqlara, ictimai dəstəyə malikdir. Məhz bunun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın sıralarında bu gün 540 mindən artıq insan birləşib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xalqımız tərəfindən dəstəklənir. Təbii ki, bu amil partiyamızın mövqeyinin güclənməsində də əhəmiyyətli rol oynayır. Xüsusilə qeyd etmək lazımdır ki, son illər gənclərin YAP-a axını sürətlənib. Belə ki, hazırda partiyamızın üzvlərinin 40 faizini gənclər təşkil edir. YAP gənclərin öz bilik və bacarıqlarını yüksək dəyərləndirir və onların təşəbbüslərinə daim dəstək verir. Bunun nəticəsidir ki, partiyanın Gənclər Birliyi YAP rəhbərliyinin dəstəyi ilə maraqlı layihələr həyata keçirir. Belə layihələrdən biri də, bir neçə ildir keçirilən “Yay məktəbi”dir.
Artıq dünən builki “Yay məktəbi”nə start verilib. Bu barədə məlumat verən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, builki “Yay məktəbi”ndə partiyanın üzvü olan 600 fəal gənc iştirak edəcək. Bu layihənin 2007-ci ildən həyata keçirildiyini xatırladan S.Orucovun sözlərinə görə, indiki tədbir iştirakçıların say çoxluğu baxımından ötən ilkilərdən üstündür. “Bu gənclərin 300-ü Bakı şəhərini, 300 nəfəri isə ölkənin bölgələrini təmsil edir. Gənclərimiz “Yay məktəbi”ndə 4 qrup halında iştirak edəcəklər. Artıq ilk iki qrup bu məqsədlə Lerik və Qəbələ rayonlarına yola düşüblər. Onların səfəri iyulun 4-dən 9-dək davam edəcək. ümumiyyətlə, iyul ayı ərzində hər həftənin birinci günləri qruplar bölgələrə səfər edəcəklər. Lerik rayonundakı “Relax” hotelində, Qəbələdəki “Qafqaz” hotelində, Oğuz rayonundakı “Afra” hotelində hər qrupda 50 nəfər olmaq üzrə 5 günlük “Yay məktəbi” təşkil olunub. Hotellərdə yüksək şərait var, gənclər bu hotellərin bütün xidmətlərindən istifadə edəcəklər. Bu layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışlar, idman yarışları təşkil olunub. Eyni zamanda, “Yay məktəbi”ndə partiyamızı təmsil edən deputatlar, komitə sədrləri, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olacaq. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşəcək, gəncləri maraqlarından suallara cavab verəcəklər. Hesab edirəm ki, “Yay məktəbi” gənclərimizin intellektual səviyyəsinin daha yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir” - deyə, YAP Gənclər Birliyinin sədri qeyd edib.
Qəbələdə keçirilən “Yay məktəbi”nin rəhbəri YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov Azərbaycan dövlətinin uğurlu gənclər siyasəti həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, dövlətimiz hər zaman gəncliyə önəm verib və bu gün də verməkdədir. “Bu fakt bir daha təsdiqləyir ki, dövlətimiz Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirir. Bildiyiniz kimi, Azərbaycan sürətlə inkişaf edir, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi ölkəmizi zəngin, firavan və qüdrətli dövlətə çevirməkdən ibarətdir. Bu gün ölkəmizin bütün guşələrində abadlıq, quruculuq işləri gedir, Azərbaycan müasirləşir. Bu proseslərdə gənclərimiz də fəal iştirak edir. Hesab edirəm ki, gənclərimiz bu prosesi irəli aparmaq üçün daha fəal olmalıdırlar. Bu mənada YAP-ın üzvü olan gənclərin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Sevindirici haldır ki, partiyamızın sıralarında təmsil olunan gənclər yüksək intellektual potensiala malikdir və qarşıda duran vəzifələrin öhdəsindən gəlmək iqtidarındadır. Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini təşkil edir. ölkə Prezidentinin Sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramı hazırlanır. Bu proqramda gəncliyin inkişafını təmin etmək üçün vacib məsələlər və onların həlli vəzifələri öz əksini tapacaq. Proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək. ümumiyyətlə, əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir” - deyə, M.Kazımov vurğulayıb. Millət vəkili qeyd edib ki, “Yay məktəbi”nin təşkil olunması partiyamızın gənclərə olan diqqətinin nümunəsidir. Onun sözlərinə görə, 540 mindən artıq üzvü olan partiyanın 40 faizini gənclərin təmsil etməsi böyük göstəricidir: “Bu fakt təsdiqləyir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu dəstəyin ifadəsi olaraq Yeni Azərbaycan Partiyasının sıralarına qoşulurlar”.
Lerik rayonu üzrə “Yay məktəbi”nin rəhbəri, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, “Yay məktəbi”ndə gənclərimiz istirahət etməklə yanaşı, ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında, eyni zamanda, dünyada baş verən mühüm hadisələrlə bağlı fikir mübadiləsi aparır, müxtəlif mövzularda tədbirlər keçirir, dövlətçiliyimizin inkişafı ilə bağlı öz düşüncələrini açıqlayırlar. Onun sözlərinə görə, bu gün Azərbaycan gəncinin bütün sahələrdə fəallığı göz qabağındadır: “Müasir Azərbaycan dövlətinin dünəni, bu günü və gələcəyi bugünkü gənclərimizi hər zaman düşündürür, onlar ölkənin inkişafına dəstək olmaq üçün ciddi səylər göstərirlər. Bu gün Azərbaycanın bölgədə və dünyada yeri hər bir ölkə vətəndaşında qürur hissi yaradır. Azərbaycan sürətlə inkişaf edir. Böyük enerji layihələrinin əsas iştirakçısı və təşəbbüskarı olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihələrin həyata keçirilməsinin mümkünsüzlüyü ölkəmizin artan mövqeyinin təsdiqidir. Sözsüz ki, bu uğurlarımız gənclərin də diqqətindən kənarda qalmır. Onlar bu məsələlərin müzakirəsində, Azərbaycanın uğurlarının təbliğində mühüm rol oynayırlar. YAP-ın ənənəyə çevrilmiş “Yay məktəbi” digər təşkilatlar üçün də nümunə olmalıdır. Xatırlatmaq istərdim ki, on il bundan öncə Azərbaycan gəncləri xarici ölkələrin təşkil etdikləri yay məktəblərində iştirak edirdilər. Sözsüz ki, o məktəblər bu qədər əhəmiyyətli olmurdu. Bu gün ölkə gəncləri bir araya gələrək keçirilən tədbirlərdə fəal iştirak etməklə yanaşı, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, ölkə həqiqətlərinin təbliğində fəal iştirak edirlər. Aydın məsələdir ki, daxildə bu birlik olmadan, ölkə xaricində hansısa bir uğurlu nəticədən danışmaq mümkünsüzdür. Bu baxımdan “Yay məktəbi” əhəmiyyətli tədbirdir”.
M.İbrahimqızı yaradılan şəraitə görə YAP-ın rəhbərliyinə minnətdarlığını bildirib.
YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova isə qeyd edib ki, bütün sahələrdə gənclərimizin irəli çəkilməsinə diqqət göstərilir. Onun sözlərinə görə, sıraları kəmiyyət və keyfiyyət baxımından zənginləşən Yeni Azərbaycan Partiyasında gənclərin sayı çoxluq təşkil edir: “Gənclərin malik olduğu potensialdan səmərəli istifadə etmək üçün onlara hər cür şərait yaradılır. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər, intellektual səviyyəli gənclərdir. Onlar bu gün ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, gələcəyə böyük inamla irəliləyirlər. Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı belə bir qüdrətli, zəngin, demokratik ölkənin vətəndaşı olmağı ilə fəxr edir. Uğurlarımız bir-birini əvəzlədikcə, sabaha inamı daha da artan gənc nəsil onlara göstərilən etimadı əməli işləri ilə doğrultmaq üçün ciddi səylər göstərirlər. YAP-ın fəal gənclər üçün təşkil etdiyi “Yay məktəbi” də onların intellektual səviyyəsinin artırılmasına xidmət edən addımlardandır. YAP hər zaman gənclərə dəstək olub”.
Həmsöhbətimiz olan “Yay məktəbi”nin iştirakçıları da yaradılan şəraitə, göstərilən qayğıya görə partiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

