Ağdam rayonunun erməni silahlıları tərəfindən işğalından 18 il ötür
23.07.2011 [02:45]
Bu gün Azərbaycanın dilbər guşələrindən olan Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 18 il ötür. Xatırladaq ki, hazırda böyük bir hissəsi erməni işğalı altında olan rayonun 10 kəndi Azərbaycanın nəzarətindədir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi. Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər rayonları ilə həmsərhəd olan. Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
1988-ci ildə ölkəmizə qarşı başlayan erməni təcavüzünün episentri Ağdam rayonu oldu. Daha doğrusu, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk cəlb olunan rayon məhz Ağdam oldu. Hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşdü. 1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra o vaxtki Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə rus qoşunlarının köməyi ilə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən, Ağdama olan hücumların ardı-arası kəsilmirdi. Ağdamın işğalı dövlət idarəetmə sükanı arxasında oturan o zamankı hakimiyyətin yarıtmaz fəaliyyəti, AXC-Müsavat cütlüyünün arasında gedən çəkişmələr və ziddiyyətlərin nəticəsində baş verdi. Həmin zaman kəsiyində ölkəni bürümüş xaos, anarxiya Azərbaycanın bu dilbər guşəsinin işğalı ilə sonuclandı. Yarıtmaz idarəçilərin Ağdamın bütün kəndlərində yerli özünümüdafiə dəstələrini siyasiləşmiş hərbi batalyonlarla əvəzləmələri və “Ağdamı yerli camaat yox, dövlət qoruyacaq” - kimi pafoslu bəyanatları işğala zəmin yaratdı.
1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Ağdama hücumu nəticəsində şəhər yerlə-yeksan oldu, 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb tamamilə məhv edildi. Ermənilər uşaq və böyüyə, qadın və kişiyə fərq qoymadan vəhşicəsinə insanları qətlə yetirərək, bununla da bəşəriyyətə qarşı ən dəhşətli cinayət törətdilər. Bu döyüşlərdə qəhrəman ağdamlılar son ana qədər döyüşdülər. Hazırda Ağdam rayonunun 16 Milli Qəhrəmanı var: Şirin Mizəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Ədilov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Muxtar Qasımov, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev, İxtiyar Qasımov, Rövşən Hüseynov, Canpolad Rzayev, Nadir Əliyev, Rövşən Əkbərov.
1996-cı ildə Ağdam ictimaiyyəti ilə görüşündə ümummilli lider Heydər Əliyev rayonun işğalına belə münasibət bildirmişdi: “Ağdam şəhəri heç vaxt işğal oluna bilməzdi. 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan təcavüz - ilk atışmalar, ilk qığılcım, təcavüzün ilk addımları məhz Ağdama tərəf yönəldilmişdi. Bu da təbiidir, çünki Dağlıq Qarabağa gedən yolların hamısı Ağdamdan keçir. Eyni zamanda, Dağlıq Qarabağda yaşayan ermənilər Ağdamın nə olduğunu yaxşı bilirdilər. Ağdamın tarixini də, keçmişini də, Ağdamın insanlarının nə qədər dəyanətli, nə qədər cəsarətli olduqlarını da yaxşı bilirdilər. Strateji nöqteyi-nəzərdən isə Ermənistan təcavüzünün qarşısının alınması üçün Ağdam şübhəsiz ki, çox əhəmiyyətli bir nöqtə idi. Ağdam qorunmalı idi, Ağdam saxlanılmalı idi, Ağdam müdafiə olunmalı idi. Ağdamın işğalı yolverilməz idi. 1992-ci ilin sentyabrında Abdal-Gülablı kəndinin işğal olunması, ondan sonra da, rayonun digər kəndlərinə hücumlar, Ağdama qarşı yönəldilmiş təcavüzkar planlar, nəhayət, Ağdam şəhərinin işğalına gətirib çıxardı”.
ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra ağdamlıların həmdəmi, himayədarı oldu. Ulu öndər ağdamlılarla keçirdiyi hər bir görüşündə onların dərdinə şərik olur, dəyərli fikirlərini bölüşərək gələcəyə inamla baxmağı tövsiyə edirdi.
Ağdamlı məcburi köçkünlərin sosial durumu, mənzil şəraitinin yaxşılaşdırılması ümummilli liderimizin daim diqqət mərkəzində saxladığı məsələ olub. Bu məqsədlə, təkcə 2001-2002-ci illər ərzində imzalanan üç Fərmana əsasən, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərini həll etmək üçün Dövlət Neft Fondundan 359 milyard manat vəsait ayrılıb və bunun müqabilində 18 qəsəbə salınıb, 6076 mənzil tikilib, yüzlərlə zəruri infrastruktur obyektləri inşa edilib, beş mindən artıq ailəyə birdəfəlik yardımlar olunub. Ulu öndər Heydər Əliyevin 2001-ci ilin sentyabr ayında imzaladığı Fərmandan ağdamlı məcburi köçkünlərə də böyük töhfə düşüb və bu ərazidə 4 yeni qəsəbə salınıb. Quzanlı, Xındırıstan, Ayaq Qərvənd və Erge ərazilərində inşa edilən 500 mənzillik qəsəbələr ağdamlılara dövlət tərəfindən göstərilən qayğının təzahürü idi. Qeyd olunan yaşayış məntəqələrində hər cür kommunal xidmətlər təşkil edilib, orta məktəblər, tibb məntəqələri, uşaq bağçaları və digər zəruri infrastruktur obyektləri tikilib.
ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev 2004-cü ilin fevral ayının 4-də Ağdamda yeni qəsəbələrin salınması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən, Bərdə və Ağcabədi rayonlarındakı çadır düşərgələrində və yük vaqonlarında müvəqqəti yerləşdirilən 3860 ailə üçün Ağdam, Goranboy və Ağcabədi ərazisində yeni qəsəbələr salınıb, onlara maliyyə yardımı və torpaq sahəsi ayrılaraq məşğulluqları təmin edilib. ölkə başçısının 1 iyul 2004-cü il tarixində təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən, bu kateqoriyalı insanların yeni mənzillərlə təmin olunması istiqamətindəki işlər mərkəzləşdirildi.
Prezident İlham Əliyevin təsdiq etdiyi 2009-2013-cü illəri əhatə edən yeni sosial-iqtisadi inkişaf proqramında da cəbhə bölgəsində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yeni infrastrukturların yaradılması kimi mühüm məsələlər öz əksini tapıb. ölkəmizdə qısa müddətdə çadır şəhərciklərinin ləğv edilməsi və müasir qəsəbələrin inşası, soydaşlarımızın işlə təmin olunması dövlət başçısının verdiyi vədə sadiq olduğunu bir daha sübut etdi.
Ərazisinin dörddə üç hissəsi işğal altında olan Ağdam real çətinliklərə baxmayaraq sosial-iqtisadi inkişafın sürətinə və miqyasına görə digər rayonlardan heç də geri qalmır. Dövlət başçısının təşəbbüsü ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində Avropa standartlarına cavab verən Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilib. 2008-ci il yanvarın 17-də Prezident İlham Əliyev Olimpiya İdman Kompleksinin açılış mərasimində bildirib: “Bu, çox əlamətdar bir hadisədir. Bu onu göstərir ki, bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında, özü də böyük peşəkarlıqla, yüksək səviyyədə yerinə yetirilir. Bu Olimpiya İdman Kompleksi beynəlxalq standartlara cavab verən bir idman qurğusudur. Azərbaycanda son illər ərzində müxtəlif bölgələrdə olimipiya idman kompleksləri tikilmişdir. Lakin ilk dəfədir ki, rayonlarda kənddə, əslində, indi qəsəbədir, amma biz kompleksin təməlini qoyanda Quzanlı kənd hesab olunurdu, - belə möhtəşəm Olimpiya İdman Kompleksi tikilmişdir. Bu onu göstərir ki, bölgələrin inkişafı, Azərbaycanın müxtəlif yerlərində, ən ucqar yerlərində yaşayan insanların şəraitinin yaxşılaşdırılması üçün, müasir infrastrukturun yaradılması üçün bütün tədbirlər görülür. Biz ölkəmizi hərtərəfli inkişaf etdiririk. İstəyirik ki, bütün bölgələr inkişaf etsin və hər bir yerdə, hər bir rayonda, hər bir qəsəbədə bütün lazımi şərait olsun”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40

