Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yaddan çıxan “Ruben”...

Yaddan çıxan “Ruben”...

19.05.2023 [10:50]

Vardanyan özünü aktuallaşdırmaq istəyir?

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır ki, artıq bu məsələ də mühüm inkişaf mərhələsindədir. Mayın 14-də keçirilmiş Brüssel danışıqları deyilənləri təsdiqləyir. Bağlanacaq müqavilə iki dövlət arasında ən əsas məsələyə - sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirəcək. Ermənistan isə Brüssel görüşündə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi şəkildə bəyan edib. Bu isə həm də Qarabağın Azərbaycanın daxili işi olduğunun növbəti təsdiqi kimi qiymətləndirilir.

Azərbaycan dövləti hər zaman bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Bəzi “fərqli düşüncələrə malik”, araqarışdıran, başqa maraqların təmsilçiliyini həyata keçirən şəxslərin apardıqları “təbliğat” isə nəinki işə yaramır, aşkar şəkildə iflasa uğrayır. Məsələn, vaxtilə Qarabağa başqa məqsədlərlə göndərilən, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib qondarma rejimin keçmiş “dövlət naziri” Vardanyan kimiləri bir zamanlar fərqli ritorika ilə danışırdılar. Bu gün isə onlar da Qarabağın Azərbaycan torpağı olmasını etiraf edirlər. Təbii ki, onun məkrli xisləti yenə də “iş başındadır”, bununla belə artıq əvvəlki “iddialardan” əsər- əlamət qalmayıb. 

Ruben nə istəyir?

Ötən ilin payızında Rusiyadakı biznes fəaliyyətinə xitam verərək Qarabağa gələn və qondarma separatçı qurumun “dövlət naziri” olan Vardanyan yaşadığı “siyasi uğursuzluğun” ardından bir müddət gözlərdən “itmişdi”. Yenidən “peyda olan” Ruben Vardanyan son müsahibəsində Qarabağdan çıxa bilmədiyini deyib. O bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları sərhəddə Qarabağa giriş-çıxışı yoxladığı üçün o, Xankəndidən çıxa bilmir. Helikopterlə çıxsa, Azərbaycanın həmin helikopteri vuracağını ehtimal edir.

Vardanyan yenə də erməni xislətindən əl çəkməyərək müsahibəsinin sonunda deyir: “Burada qalıb, öz xalqımla öz torpaqlarımızda azad yaşamaq uğrunda mübarizəni davam etdirəcəm”.

Vardanyanın qara niyyəti yoxdursa...

İlk olaraq qeyd edilməlidir ki, Azərbaycanın Laçın rayonu ərazisində qurduğu sərhəd-nəzarət məntəqəsi ölkəmizin suveren hüququdur. Bu məntəqə vasitəsilə Ermənistandan Qarabağa gedən şəxslərin və ya maşınların hərəkəti qanunla və Azərbaycanın sərhəd - buraxılış məntəqəsinin nəzarəti altında həyata keçirilir. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə bildirib ki, bu sərhəd məntəqəsində Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunur. Əgər Vardanyanın hər hansı bir qara niyyəti və ya qeyri-qanuni hərəkəti yoxdursa, niyə bu məntəqədən keçib getmir? Demək ki, onun niyyəti yenə də təxribatdır...

Azərbaycanın mövqeyi şəffafdır...

Vardanyanın bu açıqlaması Ermənistanın və onun havadarlarının Laçın rayonuda yerləşən qanuni və hüquqi status daşıyan sərhəd keçid məntəqəsinə qarşı  aparılan təxribatın növbəti səhifəsidir. Vardanyan və onun kimiləri nə qədər cəhd etsələr də, bu prosesi fərqli məzmunlarda və istiqamətlərdə “izah etməyə” çalışsalar da, yalanları işləmədi - Azərbaycanın mövqeyi isə şəffaf və demokratikdir. Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur. Bu sərhəd nəzarət-buraxılış məntəqəsi isə təhlükəsizliyin daha rahat və dəqiq təmin edilməsinə şərait yaradır. Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb.

Vardanyanın “çağırışı” nəyə hesablanıb?

Digər tərəfdən, bu açıqlama Vardanyana bir sıra haqlı suallar yaradır - Vardanyana sual vermək gərəkir ki, birincisi, sən kimsən və hansı “kimliklə” Azərbaycanın addımlarını təftiş etməyə özündə cürət tapırsan:

-Sən qarabağlı deyilsən;

-Qarabağın erməni əhalisi səni danışmaq üçün nümayəndə kimi “görəvləndirməyib”;

- Sənin kimliyin hər kəsə, o cümlədən Qarabağda yaşayan erməni vətəndaşlarımıza da gün kimi aydındır;

-Sənin kimlərin layihəsi kimi ortaya atıldığın da hər kəsə bəllidir.

Beləliklə, Vardanyan Qarabağ haqqında danışmaq üçün hər hansı bir “səlahiyyətə” və ya mənəvi haqqa malik deyil. Onun “mübarizəni davam etdirəcəm” fikri isə açıq şəkildə ara qarışdırmaq, sülhə mane olmaq cəhdidir. Bəlkə də Vardanyan artıq imzalanmaq mərhələsində olan sülhə qarşı formalaşdırılın ən mühüm təhlükələrdən biridir. XX əsrin sonunda Ermənistan ilə Azərbaycan arasında formalaşdırılan sülh prosesinin necə məhv edilməsi hər kəsin yaddaşındadır: həmin vaxt Ermənistanın siyasi rəhbərliyinə qarşı edilən terror bu prosesi 25 ilə qədər gecikdirmişdi. Görünən budur ki, indi də Vardanyan bu kimi bəyanatlarla gündəmə gəlmək istəyir. Məsələn o, bir müddət əvvəl “Artsax Gənclər Təşəbbüs Qrupu” adlı hansısa bir “təşkilatdan” danışaraq onun “fəaliyyət planları” haqda anonslar vermişdi. Bu “qrupun” isə ASALA-ya və ya başqa bir terror qruplaşmasına, hətta Azərbaycana qarşı düşmənçilik mövqeyində olan başqa bir region ölkəsinə məxsus qruplaşma olmasını istisna etmək mümkün deyil.

S.İsmayılzadə

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31