Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Elnur Aslanov: Azərbaycanla Türkiyə arasında münasibətlər daim inkişaf edir

Elnur Aslanov: Azərbaycanla Türkiyə arasında münasibətlər daim inkişaf edir

29.07.2011 [10:36]

“ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Türkiyə və Azərbaycan iki dost və qardaş dövlətdir. Bizim münasibətlərimizin tarixi kökləri var”. Bu fikirləri Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini şərh edərkən deyib. E.Aslanov bildirib ki, Türkiyənin Baş nazirinin səfəri, mühüm əhəmiyyət kəsb edir. çünki Baş nazir seçkilərdən sonra ilk səfərlərindən birini Azərbaycana edir. PA rəsmisinin bildirdiyinə görə, hər iki dövlət arasında münasibətlər müxtəlif istiqamətlərdə daim inkişaf edir. “Türkiyə dünyanın 17-ci iqtisadi gücüdür və türk iş adamları Azərbaycanda müxtəlif iqtisadi fəaliyyət sahələrinə investisiyalar yatırmışlar. Azərbaycan investisiya baxımından çox təhlükəsiz və əlverişli yerdir. Mövcud iş mühiti beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilib. Digər tərəfdən, Azərbaycanın artan iqtisadi qüdrəti, ona Türkiyədə enerji sahəsində geniş investisiya proqramları həyata keçirməyə imkan verir” - deyə o vurğulayıb. E.Aslanov qeyd edib ki, Türkiyə eyni zamanda Ermənistanın təcavüzkar siyasətinə qarşı hər zaman sərt münasibət bildirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qeyd-şərtsiz tətbiq edilməsini, beynəlxalq hüququn prinsip və normalarına hər bir dövlətin riayət etməsini tələb edib. “Təsadüfi deyil ki, Ermənistanla sərhədlər Azərbaycan ərazilərinin işğalından sonra bağlanıb. Türkiyə ilə Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət imkanlarını genişləndirir və bir-birinə diplomatik dəstək verirlər. Avropa Şurası çərçivəsində azərbaycanlı millət vəkilləri ilə türkiyəli həmkarları arasında olan münasibətlər bunun bariz nümunəsidir” - deyə, E.Aslanov bildirib.

Paylaş:
Baxılıb: 848 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30