Ermənistan hakimiyyəti terrorçu xisləti ilə özünü məhvə sürükləyir
11.08.2011 [02:22]
Ermənistanın həyata keçirdiyi işğalçılığın, terrora əsaslanan dövlət siyasətinin tək bölgə üçün təhlükə mənbəyi olmadığını, bu ölkənin özünü də uçuruma sürüklədiyini artıq işğalçı ölkənin siyasətçiləri də etiraf etməyə başlayıblar. Bu ölkənin keçmiş prezidenti, hazırda Sarkisyana qarşı müxalifətdə olan Levon Ter-Petrosyan yerli “A1+” telekanalına müsahibəsində bildirib ki, Ermənistan kimi kiçik ölkələr üçüncü qüvvəyə arxalanmaq siyasətindən əl çəkməlidir: “Ermənistan hakimiyyəti ölkəmiz üçün təcridin və bir qonşudan asılılığın nə dərəcədə mənfi hal olduğunu dərk etməlidir. Bu, hökuməti Dağlıq Qarabağ münaqişəsini və Türkiyə ilə münasibətləri real olaraq səhmana salmağa sövq etməlidir”.
Ter-Petrosyan rus-gürcü müharibəsinin və bu günə kimi davam edən gərgin Moskva-Tbilisi münasibətlərinin Ermənistana təsirinə də toxunub. Müxalifət lideri etiraf edib ki, üç il öncəki müharibə Ermənistan iqtisadiyyatının nə dərəcədə kövrək və həssas olduğunu bir daha nümayiş etdirib: “Bütün bunlar Ermənistan hakimiyyətini bu acı həqiqətə ciddi yanaşmağa və bundan nəticə çıxarmağa vadar etməlidir. Ermənistan kimi kiçik ölkələr üçüncü qüvvəyə arxalanmaq siyasətindən əl çəkməlidir. Əks halda bu avantüra Ermənistana baha başa gələcək”.
Bəli, məhz işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan hakimiyyəti öz ölkəsinin sonunu hazırlayır. İşğalçı ölkənin prezidenti Serj Sarkisyanın bir müddət öncə səsləndirdiyi bəyanat da çox şeydən xəbər verir. Yəni, Ermənistanda vəziyyət o qədər acınacaqlı hal alıb ki, ölkənin başçısı terror təşkilatının rəhbərinə xas bəyanatlar səsləndirir. Təbii ki, bu cür utopik bəyanatların arxasında son dövrlərdə Ermənistanda yaşanan gərgin sosial-iqtisadi və siyasi vəziyyət dayanır.
Xatırladaq ki, Ermənistan prezidentinin cəfəngiyyat dolu sonuncu bəyanatında Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın işğalı etiraf edilməklə yanaşı, Türkiyəyə qarşı da açıq torpaq iddiası da öz əksini tapmışdı. Təbii ki, bu bəyanat Ermənistan hakimiyyətinin aqressiv və antisülh mövqeyinin növbəti dəfə açıq şəkildə nümayişi idi. Bütün dünya ölkələrinin, o cümlədən, beynəlxalq təşkilatların Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə bağlı sənədlər qəbul etdiyi bir zamanda, Ermənistan prezidentinin bu cür qeyri-konstruktiv, terrora söykənən bəyanat səsləndirməsi işğalçı ölkənin bölgədə sülhün və sabitliyin təminatına real təhlükə olduğunu deməyə əsas verir.
Əslində, Ter-Petrosyanın da qeyd etdiyi kimi, Ermənistan prezidentinin bu cür məsuliyyətsiz, siyasətdən kənar bəyanat verməsi və yeridilən antisülh siyasəti Ermənistan əhalisinin sosial yaşam çəmbərini get-gedə daraltmağa xidmət göstərir. Vurğulamaq yerinə düşər ki, Ermənistanın da yerləşdiyi Cənubi Qafqaz regionu son illərdə məhz Azərbaycanın, Türkiyənin və Gürcüstanın müştərək şəkildə həyata keçirdiyi qlobalmiqyaslı layihələr nəticəsində yüksək inkişaf dinamikası əldə edib. Amma açıqlanan son statistik məlumatlar Ermənistanın bu inkişaf tempindən on dəfələrlə geri qaldığını göstərir. Bu isə məhz həmin ölkənin rəhbərliyinin bu gün də işğala və terrora əsaslanan siyasi kurs yürtüməkdən əl çəkməməsindən irəli gəlir. Nəticə etibarı ilə isə bu cür məsuliyyətsiz fikirlər Ermənistanın bir dövlət kimi mövcudluğuna ciddi təhlükə törədir. Ermənistan prezidenti öz məsuliyyətsiz bəyanatları ilə beynəlxalq ictimaiyyətdə hiddət və kinayə doğurmaqla yanaşı, özünü və ölkəsini gülünc vəziyyətə salmaqdadır.
Ter-Petrosyan Sarkisyanın məhz üçüncü qüvvənin əlində oyuncağa çevrilmiş bir terror təşkilatının başçısı olduğunu da üzə çıxarır. Qeyd edək ki, siyasi ekspertlər dəfələrlə, Koçaryan və Sarkisyan hakimiyyətlərinin terrorçu qruplaşma olduğunu bildiriblər. Bu şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara qarşı həyata keçirilən terror aktlarında şəxsən iştirakı da bunu deməyə əsas verir. Məsələn, 26 fevral 1992-ci il tarixində xalqımıza qarşı törədilmiş Xocalı soyqırımı Ermənistanın mahiyyət etibarilə terror dövləti olduğunu isbat edən ciddi arqumentdir. Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın bu faciə ilə bağlı söylədikləri isə qeyd etdiyimiz fikri bir daha təsdiq edir: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq”.
Qeyd edək ki, Sarkisyan, keçmiş prezident Koçaryan və bu ölkənin hazırki müdafiə naziri Seyran Ohanyan XX əsrin ən böyük qətliamlarından sayılan Xocalı faciəsinin törədilməsində bilavasitə iştark ediblər.
Bəli, son olaraq vurğalyaq ki, Sarkisyanın adıçəkilən bəyanatı Ermənistanın terror dövləti olaraq siyasətini davam etdirmək niyyətini açıq şəkildə ifadə edir, Ter-Petrosyanın fikirləri isə Sarkisyanın apardığı bu siyasət nəticəsində Ermənistanın məhvin bir addımlığında dayandığını göstərir. Bu isə dünyanın aparıcı ölkələrinin, o cümlədən, beynəlxalq təşkilatların bu terrorçu hakimiyyətə qarşı sərt mövqe tutmasını əsaslandırır. Əks halda, Ermənistan hakimiyyəti öz terrorçu, antisülh mövqeyi ilə regionda ümumi inkişafa təhdid olaraq qalacaq...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

