Hamını milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik...
07.06.2023 [10:00]
Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcəkdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti Rəyasət Heyətlərinin birgə iclasının protokolundan
7 iyun 1993-cü il
H.Əliyev: (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) - Bu gün sizi yığmaqda əsas məqsədim Gəncədə baş vermiş hadisələrə öz münasibətimizi bildirməkdir. Gəncədə nə baş verib, məlum deyil. Mən Elçibəylə telefonla danışdım. O mənə bildirdi ki, Surət Hüseynov qoşun qaldıraraq dövlətə qarşı çıxıb. Bildiyimizə görə, bir neçə ağsaqqal Surət Hüseynovla danışıq aparmaq üçün Gəncəyə gedib. Hələlik heç nə məlum deyil. Belə bir təklif var ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bu hadisəyə öz münasibətini bildirsin və bəyanat qəbul etsin.
Q.Məmmədov: (Naxçıvan MR Ali Məclisi sədrinin müavini) - Danışıq aparılmasına baxmayaraq heç bir nəticə əldə olunmayıb. Surət və onun tərəfdarları tərk-silah olmaq istəmirlər...
Təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin Rəyasət Heyətlərinin birgə bəyanatı oxunsun. Bəyanatı oxumaq üçün söz Ali Məclisin mətbuat xidmətinin rəhbəri Əli Həsənova verilir. O, bəyanatı oxuyur.
Q.Məmmədov: Qarşıdurma ancaq dövlət mənafeyi nəzərə alınmaqla həll olunmalıdır.
H.Əliyev: Hələlik bizə heç nə aydın olmadığından qəti fikir deyə bilmərik. Deyilənlərə görə, milli qvardiyanın rəhbəri vurulub. Ona görə də mən konkret bir fikir demək üçün bütün məsuliyyəti öz üzərimə götürə bilmərəm. Günahkar şəxslər və bu hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdırlar.
R.Həsənov: (Naxçıvan MR Ali Məclisi Sədrinin birinci müavini) - Mənə belə gəlir ki, bəyənat çox yaxşı yazılıb. Ancaq bu bəyanata dövlətçilik sözü əlavə olunsa, heç bir xələl gətirməz.
A.Kələntərli: (Naxçıvan MR Ali Məclisi Sədrinin müavini) -Qiyam qaldıranların rəhbərliyi ilə dəfələrlə söhbətlər aparılıb. Lakin nəticəsi yoxdur. Dövlət qoşunlarından da, quldurluq edənlərdən də ölənlər vardır. İndi qiyamçılar Samux rayonuna hücum ediblər. Mənim fikrimcə, silahlar yerə qoyulmalıdır.
H.Əliyev: Bizim bəyanatımız xalq birliyinə və sülhə, barışığa yönəlməlidir. Bu cinayətkarlığın təşkilatçıları məsuliyyətə cəlb olunmalıdırlar.
F. Şirzadov: (Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin üzvü) - Biz mühüm bir məsələni müzakirə edirik. Prezidentin əmri yerinə yetirilməyib. Rus orduları Gəncədən gedəndən sonra onların silahlarını toplayıb dövlətə qarşı çıxmış və çevriliş etmişlər. Biz bu baxımdan çıxış etməliyik.
M.Rəhimov: (Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin üzvü) - Cinayətkar ünsürlər qarşı duran tərəf deyil. Dövlətin hərəkatına qarşı çıxış bilavasitə çevriliş deməkdir. Naxçıvanın mövqeyi Azərbaycanda qiymətləndirilməlidir. Bu, ancaq dövlətə qarşı mübarizədir. Biz bəyanatımızda qəti fikrimizi bildirməliyik.
A.Kələntərli: Biz öz bəyanatımızda prezidentimizin adını çəkməli, xalqı prezidentin ətrafında birləşdirməyə çağırmalı və öz mövqeyimizi bildirməliyik.
H.Əliyev - Bizim bəyanatımız siyasi əhəmiyyət daşımalıdır. Biz bu bəyanatda hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə - vətəndaş müharibəsi qarşısındadır. Buna heç cür yol vermək olmaz. Araşdırıldıqdan sonra biz həmin məsələni geniş müzakirə edib, öz qəti fikrimizi deməliyik.
Bəyanat səsə qoyulur və yekdilliklə qəbul olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin Rəyasət Heyətlərinin
BƏYANATI
İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub. Faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabineti qətiyyətlə bildirirlər ki, bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik. Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcəkdir.
Gəncə hadisələrində həlak olanların hamısına Allahdan rəhmət, yaxınlarına səbr və dözüm diləyir, başsağlığı veririk.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Rəyasət Heyəti
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Rəyasət Heyəti
Naxçıvan şəhəri,
7 iyun 1993-cü il
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47

