Qəbələdə dünya klassik musiqisinin şah əsərləri Azərbaycanın milli folkloru ilə uyğunlaşdırılır
12.08.2011 [10:14]
Avqustun 9-da Rusiya Dövlət Musiqi Teleradio Mərkəzinin saytında (httr://www.muzcentrum.ru/news/2011/08/item5233.html) Viktor Aleksandrovun Qəbələ Beynəlxalq Musiqi Festivalına həsr olunmuş “Dağların qoynunda çağlayan musiqi” sərlövhəli geniş icmal məqaləsi yer alıb. AzərTAc həmin məqalənin tam mətnini təqdim edir.
Qafqazın bu dilbər guşəsinin Azərbaycanın İsveçrəsi adlandırılması bu gün heç kəsdə şübhə doğurmur. Əzəmətli dağların, sıx meşələrin, dağ çaylarının və ayna gözlü göllərin əhatəsində yerləşməsi Qəbələnin Cənubi Qafqazın mühüm mədəniyyət və turizm obyektlərinə aid olduğunu daha qabarıq nəzərə çarpdırır. Artıq üçüncü ildir burada beynəlxalq klassik musiqi festivalı keçirilir.
Foruma Heydər Əliyev Fondu qayğı və diqqət göstərir. Hər il musiqi bayramının açılışında dövlətin birinci şəxsləri iştirak edirlər: Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova.
Azərbaycan Prezidentinin xanımının festival iştirakçılarına müraciətində deyilir: “Azərbaycan həmişə öz musiqi ənənələri ilə fərqlənmişdir. Heydər Əliyev Fondu da öz növbəsində ölkəmizin musiqi irsinin qorunub saxlanmasına və təbliğinə dair bir sıra iri layihələr həyata keçirir. Bu layihələr sırasında Beynəlxalq muğam festivalını, Mstislav Rostropoviç adına musiqi festivalını, üzeyir Hacıbəyli, Dmitri Şostakoviç kimi dahi bəstəkar və ifaçıların yubileylərinə həsr olunmuş festivalları qeyd etmək istəyirəm. Qəbələ beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun Azərbaycan və dünya musiqisi incilərinin, mədəni dəyərlərin hifz olunması istiqamətində növbəti addımı olmuşdur”.
YUNESKO-nun baş direktoru İrina Bokovanın festival iştirakçılarına müraciətində deyilir: “Musiqinin Azərbaycan eyniyyətində dərin kökləri vardır, hər birimizdə estetik hisslər doğurur, mənşəyindən və inancından asılı olmayaraq bütün insanları yaxınlaşdırmaq üçün ən yaxşı vasitədir”.
Qəbələ festivalının musiqi rəhbərlərindən biri tanınmış violonçelçalan və dirijor Dmitri Yablonskidir.
Dmitri Yablonski: “İnsanların öz ailələri ilə birlikdə hər il klassik musiqi konsertlərində iştirak etdikləri bir çox festivalların tarixi son dərəcə maraqlıdır. Məsələn, sovet dövrünü yada salaq. SSRİ Dövlət Simfonik Orkestrinin Yurmalada qastrolları. Artistlər və qonaqlar bir neçə həftə orada yaşayır, hava, dəniz və yaradıcılıqdan zövq alırdılar. İstərdim ki, Qəbələdə də buna bənzər nə isə olsun. ötən qonaqlarımızdan biri olan London Kral Filarmonik Orkestri hər iki ildən bir mütləq bura qayıdacaqdır. Büdcə imkan versə, ola bilsin, iki-üç orkestr burada konsertlər verə biləcəkdir.
Proqramların tərtib edilməsi həmişə müəyyən problemlər yaradır. Hansısa artisti dəvət edəndə onun repertuar seçimi baxımından həmişə öz ideya və mülahizələri olur. Şəxsən mən çətin saydığım proqramları ifa etməyə çalışıram. Lakin burada, Qəbələdə dünya klassik musiqisinin şah əsərlərini Azərbaycan milli folkloru ilə uyğunlaşdırmaq çox vacibdir. İfa olunan musiqi əhalinin müxtəlif təbəqələrinə, o cümlədən bəlkə də ilk dəfə konsertə gələn gənclərə və uşaqlara aydın olmalıdır. Tezliklə 2 min yerlik yeni konsert salonumuz olacaqdır. Bundan əlavə, mədəniyyət mərkəzi tikilir. Orada 400 tamaşaçı tutan kamera salonu olacaqdır. İncəsənət Akademiyası tikmək ideyası vardır. Bir çox uşaq özünü musiqiyə həsr edə bilər, gələcəkdə musiqi təhsili ala bilər. Bu gün gənclərə musiqi dinləmək çox vacibdir. Təhsil və mədəniyyət layihələri bütünlüklə Heydər Əliyev Fondu tərəfindən dəstəklənir. Bu da heç şübhəsiz məni sevindirir”.
Festivalın möhtəşəm konsert proqramlarından əvvəl keçirilən pianoçuların II Beynəlxalq müsabiqəsində ABŞ, Koreya Respublikası, Rusiya, çin, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika, Ukrayna və Azərbaycandan 35 yaşınadək istedadlı ifaçılar iştirak etmişlər. Finalçılar sırasında Andrey Yaroşinskinin (Rusiya), Nərgiz Kəngərlinin (Azərbaycan), Mitsuxo Nakadanı (Yaponiya), Ketavan Cakarataşvilinin, Aleksandr Vaşadzenin, Anna Kipianinin (Gürcüstan), Aleksandr Samoylovun (Ukrayna) adlarını çəkmək olar.
Festivalın bədii rəhbəri, Xalq Artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli müsabiqənin nəticələrindən və festivalın xoş ab-havasından razıdır.
Fərhad Bədəlbəyli: “ölkənin iqtisadi inkişafı belə mədəni aksiyaların təşkil edilməsinə güclü təsir göstərir. Axı, superulduzları dəvət etmək bir o qədər də asan məsələ deyil. Festivalın afişasını həmişə Yuri Başmet, Boris Berezovski, Denis Matsuyev, Şlomo Mints, Sergey Leyferkus kimi adların bəzəməsini istəyirsən. S.Leyferkusla birgə konsertim oldu, biz bu konserti Sergey Raxmaninovun vokal lirikasına həsr etdik. S.Leyferkus çox incə duyumlu artistdir, hər bir romansda bir ömür yaşayır.
Yeri gəlmişkən, Azərbaycan bəstəkarlarının əsərlərindən danışmaya bilmərəm. Rauf Abdullayev Orta Asiya mənzərələrindən, obrazlarından doğan “Karvan” simfonik lövhəsinə dirijorluq etmişdir. Şlomo Mintsin ifasında Azər Rzayevin skripka üçün Birinci konserti parlaq milli kolorit və lirizmlə fərqlənirdi. Bu konsert ötən il ilk dəfə Böyük Britaniyada, Londonda Azərbaycan musiqi mədəniyyəti festivalında səslənmişdi. Budur, Şlomo Azərbaycana gəlmişdir. Amma təəsüf ki, Azər Rzayevin özü Qəbələyə gələ bilmədi. Onun 81 yaşı var. ümidvaram ki, birbaşa yayımlanan bu konsertə televiziya ilə baxmışdır.
ümumiyyətlə, yeni və konsert estradasında tez-tez ifa olunmayan əsərlərin səslənməsi Azərbaycan bəstəkarları üçün böyük stimuldur. Gələn il yenə də London Kral Filarmonik Orkestrini qəbul edəcəyik. Bir neçə bəstəkarlıq məktəbinə (Rusiya, Fransa, Almaniya, Amerika və Azərbaycan) həsr olunacaq beş gecə keçiriləcəkdir. Konsertlərdən birini böyük bəstəkar və dirijor Niyazinin anadan olmasının 100 illiyinə həsr edəcəyik. Festivala çoxlu sayda musiqiçi dəvət edə bilsək, bu, böyük həmvətənimiz, maestro Niyazinin xatirəsinə ehtiram əlaməti olacaqdır. “Novaya Rossiya” orkestrinin virtuoz ifasını qeyd etməyə bilmərəm. Tamaşaçıları yormamaq üçün konsertlərdə həmişə janr müxtəlifliyi olmalıdır. Festivalımız demokratikdir, kommersiya xarakteri daşımır. Arzu edən hər kəs istənilən konsertə gələ bilər. Azərbaycanın hakimiyyət orqanlarının ciddi akademik musiqiyə diqqəti məni çox sevindirir. İnanın mənə, Rusiyanın da, Azərbaycanın da, Gürcüstanın da əsl sərvəti raket və tanklar deyil, möhtəşəm milli mədəniyyətdir. Belə mədəniyyət insanları valeh etməyə bilməz, onları biganə qoya bilməz. Festivalların peşəkar forması və yüksək emosionallığı ilə fərqlənməsi sevindirici haldır”.
Azərbaycan və Rusiya simfonik orkestrlərinin, gənc muğam ifaçılarının çıxışları, Şəkidə və Ağdaşda səyyar konsertlər tamaşaçılarda böyük maraq doğurub. Musiqiçilərin və festivalın qonaqlarının Şəkidəki Xan sarayında, karvansarada, Kiş kəndindəki qədim alban kilsəsində olmaları onların Azərbaycanın tarixi keçmişinin ənənələrinə daha yaxından bələd olmalarına imkan verib.
Budəfəki musiqi marafonunun iştirakçıları arasında dünya vokal sənətinin ulduzları - Anna Samuil (soprano), Massimiliano Pisapia (tenor, İtaliya), Norveç təmsilçiləri - Oydun İversen (bariton) və Liina Yonson (soprano), eləcə də həmvətənimiz, Londonun “Kovent Qarden” Kral opera teatrının solisti, Rusiyanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı Sergey Leyferkus vardı.
Sergey Leyferkus: “Sözün düzü, Qəbələ kimi ecazkar təbiəti olan dağ rayonunda irimiqyaslı festivalın keçirilə biləcəyini təsəvvürümə gətirmirdim. Respublika hökumətindən tutmuş təşkilatçılaradək, yəni konsert proqramlarının tərtib olunmasında bilavasitə iştirak edən şəxslərədək ən müxtəlif insanların arzularının üst-üstə düşməsi gözəl haldır. Bu qollar axaraq ana çayda birləşmişdir, ona görə də bütün arzuları gerçəkləşdirmək mümkün olmuşdur. Xanımımla birlikdə Bakıda tez-tez oluruq, şəhərin görməli yerlərini gəzirik və həmişə azərbaycanlıların qonaqpərvərliyini hiss edirik. Lakin burada gördüklərimiz ən cəsarətli ümidlərimizi də üstələdi. Qəbələ festivalının uzunömürlü olacağına şübhə ola bilməz. Pianoçu Fərhad Bədəlbəyli ilə bu yaxınlarda tanış olmuşam. ötən il vokalçıların Bülbül adına nüfuzlu müsabiqəsinin münsiflər heyətində birlikdə təmsil olunmuşduq. Onda Fərhad mənə bu cənnət guşəsindən söz açdı. Qəbələ festivalında iştirak etməyim məsələsini birlikdə müzakirə etdik. Fərhad mənə Raxmaninovun əsərlərindən ibarət kamera proqramı hazırlamağı təklif etdi. Ansamblda yeni tərəfdaşlarla işləmək həmişə xoşdur. Fərhadla yaradıcılıq birliyim ürəyimə yatır. ümumiyyətlə, Azərbaycan böyük vokal və musiqi potensialı olan unikal ölkədir. Odur ki, festival haqqında tam təsəvvürə malik olmaq üçün mütləq burada olmaq, hər şeyi öz gözlərinlə görmək, köksündə təbiətin ruhunu hissi etmək və böyük musiqi dünyasına baş vurmaq lazımdır”.
Azərbaycan Dövlət Simfonik Orkestri ilə yanaşı, festivalın əsas iştirakçısı “Novaya Rossiya” simfonik orkestri (bədii rəhbəri və baş dirijoru Yuri Başmetdir) olub. Dünya şöhrətli altçalan və dirijor ikinci dəfədir, Qəbələdə konsertlər verir.
Yuri Başmet: “Aydın məsələdir ki, festival inkişaf edir və geniş vüsət alır. Əminəm ki, tezliklə o, Elba adasındakı festival kimi, Verbye festivalı kimi hamı tərəfindən tanınan beynəlxalq yay layihələri ilə bir sırada duracaqdır. Axı, Qəbələdə hər şey festival ideyasının fəal təcəssümünə rəvac verir: fantastik təbiət - mənzərəli dağlar, gözəl iqlim, Qəbələ rayonunun infrastrukturunun sürətli inkişafı, nəhayət, çoxlu sayda insanı - həm tamaşaçıları, həm də festival iştirakçılarını eyni vaxtda qəbul edə bilən əla mehmanxana kompleksi. Baxın, hər bir konsertdə nə qədər artist, tamaşaçı və mətbuat nümayəndələri (o cümlədən beynəlxalq) vardır! Bu, yalnız musiqi bayramına həqiqi maraqdan irəli gəlir”.
Moskva orkestrinin dirijor pultu arxasında Yuri Başmetdən başqa, Klaudio Vandelli (İtaliya), Rauf Abdullayev, Dmitri Yablonski və Terye Mikkelsen (Norveç) durublar. Azərbaycan torpağında çıxış etmək Terye Mikkelsenin çox xoşuna gəlib.
Terye Mikkelsen: “Dünyada festivalların sayı çoxdur. Bəzilərinin 50 və daha çox yaşı vardır. Belə layihələr bir gün ərzində görülmür. Birdən-birə çempion olmaq mümkün deyildir. Bunun üçün vaxt lazımdır. Festivalın konsert proqramlarında Azərbaycan və Skandinaviya mədəniyyətləri arasında çoxlu paralel gördüm. Axı, insanlar dörd min il əvvəl Skandinaviyaya Azərbaycandan səyahət etmişlər. 4 min il insan münasibətlərində uzun dövr olsa da, tarix üçün qısa müddətdir. Bakıya gələndə görünməmiş temperatur dəyişikliyi hiss etdim, amma hər halda buradakı iqlimə uyğunlaşa bildim. Qəbələdə yeni yaradıcılıq yüksəlişi və enerjimin artdığını duydum. özümü evdəki kimi hiss edirəm. Sensasiya! Burada açıq havada konsert vermək mümkündür. Norveçdə open-air konsertlər üçün imkanımız yoxdur”.
Konsertin afişasında yerli və xarici ifaçılıq məktəblərinin görkəmli nümayəndələrinin - skripkaçılar Şlomo Mints, Sergey Krılov və Alyona Bayevanın, “Terem-kvartet” ansamblının, habelə pianoçular Denis Matsuyevin və Boris Berezovskinin adları yer alıb.
Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunmuş qala-konsertdə Boris Berezovski Dmitri Yablonskinin dirijorluq etdiyi “Novaya Rossiya” Dövlət Simfonik Orkestrinin müşayiəti ilə macar bəstəkarının fortepiano üçün iki konsertini ifa edib.
Boris Berezovski: “List yaradıcılığı və həyatı qırılmaz tellərlə bağlı olan çox az bəstəkarlardan biridir. Fenomenal təxəyyülə malik Şumandan və misilsiz gözəlliyi ilə seçilən Şopendən fərqli olaraq, onun bir insan və sənətkar həyatı romantik musiqidə əksini tapmışdır. Listin həyatı həqiqətən bir çox hadisələrlə zəngin olmuşdur. Onun musiqisi romantik fantaziya kimi zərif olmasa da, hər halda onu çox sevirəm. Bu il mən Ferens Listin əsərlərini bir çox ölkələrdə ifa edirəm”.
ümid edək ki, Qəbələdə növbəti IV Beynəlxalq Musiqi Festivalı klassik musiqinin daha çox dostu və xiridarını bir araya gətirəcək, Azərbaycanın dünya ölkələri ilə tərəfdaşlıq əlaqələrinin və əməkdaşlığının inkişafına yeni təkan verəcək.
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

