Azərbaycanın müstəqil siyasət həyata keçirməsi bəzi xarici qüvvələri narahat edir
13.08.2011 [11:06]
Dinamik inkişaf edən Azərbaycanın həssas region olan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında rolu günü-gündən artmaqdadır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Məhz bu imkanlarından yararlanaraq ölkəmiz daxili sabitlik və çoxşaxəli xarici əlaqələr əsasında bölgədə sülh və sabitliyin təmin olunmasında öz mövqeyini konkret fəaliyyəti ilə ortaya qoyur.
Regionda tərəqqi və rifahın təşviqində hər zaman fəallıq nümayiş etdirən Azərbaycan başqa dövlətlərlə münasibətdə suveren hüquqlara hörmət və qarşılıqlı etimad prinsiplərini rəhbər tutur. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın öz gücünə arxalanması xarici siyasəti müəyyənləşdirən əsas faktorlardandır: “İstər yaxın ətrafımızdakı ölkələrlə, istərsə də uzaq xarici ölkələrlə praqmatizmə, realizmə, mənafelərin üst-üstə düşməsinə, qarşılıqlı hörmətə, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan münasibətlər qurmuşuq”.
Qeyd edək ki, Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi, öz yolu ilə irəliləməsi ölkənin siyasi nüfuzunu artırır. Məhz respublikamızın beynəlxalq siyasi nüfuzunun durmadan artmasının nəticəsidir ki, ölkəmizin dövlətlərarası və regional münasibətlərdə fəaliyyəti xarici ekspertlər və siyasi analitik mərkəzləri tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar ölkənin milli mənafeyi ilə dövlətlərarası münasibətlərin etik və hüquqi cəhətlərinin keyfiyyətli uzlaşdırılması sayəsində mümkün olub.
ümumiyyətlə, respublika rəhbərliyinin həyata keçirdiyi fəal xarici siyasət müxtəlif dövlətlərlə çoxistiqamətli faydalı əməkdaşlığa əsaslanır. Bu əlaqələr gerçəkliyə çevrilən nəhəng enerji və bir sıra digər layihələrlə daha möhkəm və praqmatik xarakter alır. Mövcud vəziyyətə əsaslanaraq deyə bilərik ki, Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Avroatlantik məkana sürətlə inteqrasiya edən respublikamızın regionun siyasi, iqtisadi həyatındakı əvəzedilməz rolu bölgənin inkişaf perspektivlərinin yüksəlməsinə yardım edir.
Lakin regionda davamlı stabil inkişafı ləngidən maneələr də mövcuddur. Xüsusən də, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan regionun siyasi, iqtisadi, hərbi təhlükəsizliyinə başlıca hədə olaraq qalmaqdadır. Azərbaycan işğalçı ölkə ilə uzun illərdir ki, danışıqlar aparmaqla problemin diplomatik yolla həllinə nail olmağa çalışır. Rəsmi Bakının bu məsələdə sərgilədiyi mövqe tamamilə beynəlxalq hüququn tələbləri çərçivəsindədir. Azərbaycanın istəyi isə aydın və başadüşüləndir, yəni, ölkəmizin suveren hüquqlarından irəli gələn ərazi bütövlüyü bərpa olunmalı, bütün məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması təmin olunmalıdır. Göründüyü kimi, Azərbaycan rəhbərliyinin bu istiqamətdə sərf etdiyi əmək münaqişənin sülh yolu ilə ədalətli həllinə nail olmaqla bərabər, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə xidmət edir.
Heç şübhəsiz, Azərbaycanın ədalətli mövqeyi dünya birliyinin də diqqətindən yayınmır və Cənubi Qafqaz regionunda siyasi, iqtisadi maraqlara sahib olan dövlətlər ölkəmizin sülhpərvər siyasətini təqdir edir. Bununla belə, təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və bunun nəticəsində də ciddi nailiyyətlər qazanması bəzi xarici dairələri narahat edir. Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan artıq beynəlxalq miqyasda da önəmli faktora çevrilib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq, ölkəmiz inkişaf edir, güclənir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi qüvvələr bütün bunlardan narahatlıq keçirirlər. Onlar hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. ölkəmizə qarşı yönələn bu addımlar bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsi ilə atılır. Bəzi hallarda isə bir sıra dövlətlərin hesabatlarında, hətta onların rəsmi şəxsləri tərəfindən də Azərbaycana qarşı qərəzli, hətta təhdid xarakterli fikirlər səslənir.
Əlbəttə ki, bu cür bəyanatlarla, hesabatlarla Azərbaycanı öz yolundan çəkindirmək mümkün deyil. ötən ilin dekabr ayında “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimində Prezident İlham Əliyev bu məsələlərə toxunaraq Azərbaycanın daim müstəqil siyasət aparacağını bəyan edib: “Azərbaycana qarşı böhtan kampaniyasının da əsas səbəbi ondan ibarətdir ki, ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur. Əlbəttə, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir. ölkə daxilində onların əlində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq biz buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir mübarizənin - siyasi mübarizənin bir üsuludur. Biz emosiyaya qapılmamalıyıq. Ancaq biz öz yolumuzdan da dönməyəcəyik. Bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimizdir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyildir. Bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi, bizə nə qədər çox təzyiq cəhdləri göstərilirsə, biz o qədər də mətin, dönməz, əyilməz və inadkar oluruq.
Azərbaycan müstəqil ölkədir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq. İstisna olunmur ki, gələcəkdə bizə qarşı təzyiqlər daha da güclənsin. çünki ölkəmizin coğrafi vəziyyəti, bölgədə gedən proseslər, Azərbaycanın güclənməsi və qüdrətli, müasir dövlətə çevrilməsi, əlbəttə, hesab edirəm ki, gələcəkdə bu təzyiqlərin artmasına gətirib çıxara bilər.
Biz xarici tərəfdaşlarla həmişə çox səmimi siyasət aparmışıq. Həmişə çalışmışıq ki, bu münasibətləri dostluq, əməkdaşlıq zəminində quraq və bayaq qeyd etdiyim kimi, dünyadakı dostlarımızın sayı artır. Amma bizi istəməyən qüvvələr də vardır. Qeyd etdiyim kimi, bunun müxtəlif səbəbləri vardır. Bəziləri sadəcə olaraq, Azərbaycanın uğurları ilə barışa bilmirlər...”.
Tam müstəqil siyasət həyata keçirən Azərbaycan dövləti yalnız milli maraqlara uyğun addımlar atır. Şübhəsiz, milli maraqlarımızı yüksək səviyyədə qorumaq və təmin etməyimiz bundan sonra müəyyən xarici dairələri narahat edəcək. Lakin dövlətimiz və onun rəhbərliyi milli maraqlara əsaslanan siyasəti davam etdirməkdə qətiyyətlidir. Təbii ki, müstəqil siyasət Azərbaycana gələcəkdə də böyük uğurlar qazandıracaq və beynəlxalq miqyasda nüfuzunu, mövqeyini gücləndirəcək. Belə olan halda, ölkəmizə qarşı xarici təzyiq və təhdid cəhdləri tam puça çıxacaq.
Təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinə qarşı olan bu addımlar ölkəmizdə fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələri tərəfindən ya düzgün başa düşülmür, ya da bilərəkdən başqa cür şərh olunur. Həmin KİV-lər bütövlükdə dövlətimizə qarşı olan təzyiq və təhdidləri yalnız hakimiyyətin üzərinə kökləməyə çalışırlar. Belə təsəvvür yaradırlar ki, guya xaricdən olan təzyiq və təhdidlər hakimiyyətə qarşı yönəlib və s. Bu fikirlər isə müxalifət mətbuatında əksini tapıb. Əlbəttə ki, bu situasiyanı real dəyərləndirməməklə həmin KİV-lər ictimai rəyə də yanlış fikir ötürürlər. Nəzərə almaq lazımdır ki, xaricdən yönəlmiş hər hansı neqativ addımlar konkret şəxslərə deyil, bütövlükdə müstəqil dövlətimizə və xalqımıza qarşı yönəlib. Ona görə də, hər kəs məsuliyyət hissini anlamalı, fəaliyyətində dövlətçilik, ümumxalq mövqeyindən çıxış etməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

