Toivo Klaarın ölkəmizə səfəri...
13.06.2023 [10:32]
Avropa İttifaqının vasitəçilik səyləri nəticə verəcəkmi?
Nardar BAYRAMLI
Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçiliyini intensivləşdirib. Ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın hər iki ölkəyə səfəri də bunu təsdiqləyir. İyunun 9-da ölkəmizə səfəri zamanı T.Klaar xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Xüsusi nümayəndə isə Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
“Məqsəd prosesi daha da irəli aparmaqdır”
Səfərlə bağlı Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko mediaya açıqlamasında bildirib ki, Avropa İttifaqının məqsədi sülhün bərqərar olduğu, çiçəklənən Cənubi Qafqazdır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində Aİ Şurası Prezidenti Şarl Mişelin güclü və intensiv iştirakı müşahidə olunur: “Brüssel prosesi davam edir. Mayın 14-də Azərbaycan və Ermənistan liderləri Brüsseldə görüşdü, növbəti görüşün iyulda keçirilməsi planlaşdırılıb. Həmçinin bu yaxınlarda Moldovanın paytaxtı Kişinyovda liderlərin görüşü oldu. Prosesin davam etməsi çox yaxşıdır. Avropa İttifaqı sülhə nail olmaq üçün əlindən gələn köməyi etmək istəyir. Aİ prosesdə fəal iştirak edir. Məqsəd prosesi daha da irəli aparmaqdır”.
Qeyd edək ki, son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər daha da inkişaf etməkdədir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi dövlətlərin, beynəlxalq təşkilatların, güc mərkəzlərinin regiona diqqətini və marağını daha da artırıb. Bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi də imzalanıb. Həmin sənəddə ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığı reallıqları Avropa İttifaqı da qəbul edir.
Rəsmi Bakı Brüssel formatını dəstəkləyir
Hazırkı əməkdaşlıq platformasında Avropa İttifaqı münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətindədir. Ona görə də, Avropa İttifaqı bölgədə sabitliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün fəallıq göstərir. Məlumdur ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 2021-ci ilin dekabrında, ötən il aprel, may, avqust aylarında, bu il isə may ayının 14-də üçtərəfli görüşü keçirilib. İyulun 21-də isə Brüsseldə növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Aİ-nin rəsmiləri mütəmadi olaraq iki ölkənin rəhbərləri ilə telefon danışığı aparırlar. Həm də Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar vaxtaşırı regiona səfər edir. Bütün bunlar proseslərin kifayət qədər aktivliyinin göstəricisidir. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır.
Azərbaycan danışıqlar prosesində mövcud Brüssel formatını müsbət dəstəkləyir. Brüssel formatının əsas gündəliyi belə deməyə əsas verir ki, bu format tərəflər üçün daha produktivdir. Bu formatda keçirilən danışıqlarda əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən Azərbaycana qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələlər təşkil edir. Azərbaycan Brüssel formatından da, Aİ ilə münasibətlərin vəziyyətindən də razıdır.
Avropa İttifaqının Prezidenti Şarl Mişelin Azərbaycan-Ermənistan nizamlanmasında nümayiş etdirdiyi mövqe təqdir oluna bilər. Belə ki, Şarl Mişel özünü vasitəçi kimi yox, daha çox Azərbaycan və Ermənistan arasında dialoqa dəstək verən tərəf kimi aparır. Mayın 14-də Brüsseldə liderlərin bu formatda keçirilən beşinci görüşündə növbəti danışıqların iyul ayında keçirilməsi barədə razılıq əldə olunması həm də onun bu prosesin məntiqi sonluqla nəticələnməsində səmimi olduğunu söyləməyə əsas verir.
Brüssel görüşləri zamanı Şarl Mişelin səsləndirdiyi bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsini işlətməməsi, hansısa “status” məsələsinə toxunmaması da bunu təsdiqləyir. Sonuncu görüşdə də postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Həmçinin humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib.
Aİ Zəngəzur dəhlizinin açılmasına maraqlıdır
Şarl Mişel Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu vurğulayıb. T.Klaarın regiona səfəri zamanı da bu məsələlər diqqət mərkəzində olub. Xatırladaq ki, xüsusi nümayəndə Azərbaycan??? əvvəl Ermənistanda oldu və orada baş nazir N.Paşinyan, baş nazirin müavini M.Qriqoryan və xarici işlər naziri A.Mirzoyanla görüşüb. Erməni tərəfi ilə görüşlərdə müzakirələr zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, Laçın yolundakı vəziyyətə toxunulub. Görüşlərdə o cümlədən Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və təşkili perspektivləri ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bu, onu göstərir ki, Aİ Zəngəzur dəhlizinin açılmasına maraqlıdır.
Azərbaycan Avropa İttifaqının vasitəçilik səylərinin müsbət nəticə verəcəyinə ümid edir. Bunun üçün isə bütün məsələlər ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmalıdır. Xüsusilə, Aİ Ermənistanın prosesi pozmaq cəhdinin qarşısını almaq üçün lazımi addımlar atmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

