Ankara görüşü nə vəd edir?
14.06.2023 [10:34]
Türkiyə, NATO və İsveç nümayəndələri iyul sammitinə qədər nəticə əldə etməyə çalışır
İyulun 14-də Ankarada Türkiyə, İsveç və NATO nümayəndələri arasında keçiriləcək görüş beynəlxalq birliyin diqqət mərkəzindədir. Görüşdə müzakirə mövzusu İsveçin alyansa üzvlük məsələsidir. Məlumdur ki, İsveçin NATO-ya üzv olmasına razılıq verməyən ölkə Türkiyədir. Rəsmi Ankara İsveçin terror təşkilatlarına dəstəyinin davam etdirdiyi müddətdə bu ölkənin NATO-ya üzvlüyünü dəstəkləməyəcəyini dəfələrlə bəyan edib. İsveç yalnız Türkiyənin haqlı tələblərini yerinə yetirdikdən sonra alyansa üzv ola bilər.
Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq iyunun 3-də Türkiyəyə səfəri zamanı bu məsələni müzakirə etmişdi. Baş katib Türkiyənin haqlı narahatlığının fərqində olduğunu, İsveçin bu narahatlığın aradan qaldırılması üçün əhəmiyyətli və konkret addımlar atdığını bildirmişdi. Buraya İsveç konstitusiyasına düzəlişlər, silah embarqosuna son qoymaq, PKK da daxil olmaqla, terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi kimi addımlar daxil idi.
Bugünlərdə isə İsveçin PKK terror təşkilatının tərəfdarını Türkiyəyə ekstradisiya edəcəyi ilə bağlı informasiya yayılıb. Ekstradisiya edilən 35 yaşlı şəxsin daha sonra PKK ilə əlaqələri üzə çıxıb. Ekstradisiya qərarı yaxın vaxtlarda həyata keçirilməlidir.
Bəs, Ankarada keçirilən üçlü görüşün nəticəsi necə ola bilər? İsveç öz öhdəliklərini yerinə yetirib, iyul sammitində NATO-ya üzv seçilə biləcəkmi? Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Türkiyə ilə NATO arasında olan münasibətlərdə İsveç mövzusu əsas prioritet təşkil edir və NATO şərqə doğru genişlənmək, öz nüfuzunu artırmaq yolunda davam edir. Finlandiya artıq Türkiyənin şərtlərini yerinə yetirdiyi üçün təşkilatın üzvüdür. Onun sözlərinə görə, Qərb İsveçin də NATO-ya üzvlüyü ilə şimal zolağında etibarlı müdafiə təşkil olunacağını düşünür: “Bununla yanaşı, NATO çox ciddi təlimlərə başlayıb. Təlimlərə minlərlə şəxsi heyət və texnika, silah-sursat arsenalı cəlb olunub. Təlimlərdə Finlandiya da iştirak edir. Bu NATO-nun nə qədər prinsipial və qərarlı olduğunu göstərir”.
Politoloq İsveçin NATO-ya üzv olması üçün Türkiyənin tələblərini yerinə yetirməsinin və terrorçuluqla mübarizədə Türkiyənin ədalətli mövqeyini dəstəkləməsinin vacibliyini vurğulayıb: “Yalnız belə olan halda, Türkiyə İsveçin NATO-ya üzv olmasına razılıq verəcək. Türkiyə böyük dövlətdir və düşünürəm ki, tələbləri əsassız deyil, faktlara əsaslanır. PKK terrorçularının Türkiyəyə təhvil verilməsi, eləcə də PKK-ya siyasi, iqtisadi və maliyyə dəstəyinin verilməməsi, onların sığınacaqlarla təmin olunmaması Türkiyənin və onun milli təhlükəsizliyi üçün önəmli məsələdir. İsveç öhdəliklərini operativ şəkildə yerinə yetirərsə, onu iyul sammitində NATO-nun üzvü kimi görə bilərik”.
Gülay Məmmədova
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

